Qərb qonşumuz Gürcüstanda Qərbə bağlı müxalifətin etiraz dalğası ziqzaqvari şəkildə davam edir. Necə dəyərlər, əsas tərəflər və onların hədəfləri artıq məlum.
Aydındır ki, ölkənin əsas güc strukturları hakimiyyətə sadiq qaldıqca və dinc nümayişçilər arasında ölüm-itim olmayınca, “Gürcü Arzusu” Partiyasını zorla iqtidardan devirmək mümkün olmayacaq.
Hələ ki, hakimiyyət mümkün qədər “səliqəli” işləyir. Eyni zamanda, konstitusiyanı, qanunları kobud surətdə tapdayanları yavaş-yavaş həbsə atmaqla müxalifətin sıralarını seyrəltməyə, onun tərəfdarları arasında inamsızlıq yaratmağa çalışır...
Nə qədər paradoksal olsa da, Gürcüstanda etirazçı müxalif hərəkata həbsdəki Mixail Saakaşvili yox, hakimiyyətdə olan şəxs – Fransa casusu, prezident Salome Zurabişvili başcılıq edir. Səlahiyyət müddətinin bitməsinə 9 gün qalsa da (16 dekabr) Qərbin diktəsi ilə istefaya getməyəcəyini bəyan edən, bununla da daxili ictimai-siyasi vəziyyəti daha da qızışdırmağı və böhran yaratmağı hədəfləyən Zurabişvili.
Bu gün onun Fransaya səfər etdiyi barədə xəbər yayılıb. Gürcüstan Prezident Administrasiyasının məlumatına görə, Salome Zurabişvilinin ölkədə baş verən hadisələrlə bağlı görüşləri gözlənilir. Prezidentin konkret kiminlə görüşəcəyi isə bəlli deyil.
Ancaq 9 günlük prezidentin Parisdən, E.Makrondan konkret təlimatlar alacağı şübhəsizdir. Bütün hallarda onun Gürcüstana “odla” qayıdacağı da şəkk-şübhəsizdir - əgər qayıdacaqsa təbii ki.
Hərçənd bu dəqiqə Fransanın başı özünə qarışıb. Ölkədə faktiki hakimiyyət böhranı yaşanır. Amma unutmayaq ki, az öncə Gürcüstana qarşı təxribatçı qətnamə qəbul etməklə, 26 oktyabr seçkilərinin nəticələrini qeyri-legitim elan etməklə ölkəni qarışdırmaq qərarı vermiş Avropa Parlamentində əsas söz sahiblərindən biri məhz Fransadır...
Maraqlıdır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da bu gün Fransaya, “böyük bacı”nın yanına gedib - həyat yoldaşı Anna Akopyanla birgə. Bu barədə o, Feysbuk səhifəsində yazıb. Paşinyan Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Gümrüdən Parisə yollandığını bildirib. Kilsəsinin açılış mərasiminə ABŞ-ın yeni prezidenti Donald Tramp da qatılacağı gözlənilir. Demək ki, Zurabişvilinin Trampla da təmassa olmaq şansı olacaq.
Gürcüstan hökuməti isə ABŞ-ın yeni prezidentinin iş başına keçməsi ilə (yanvar, 2025) ölkə daxilində siyasi qovğanın səngiyəcəyinə ümid etdiyini artıq bildirib. Hər halda Tramp Bayden deyil.
Bu gözləntinin nə dərəcədə doğrulacağını zaman göstərək. Dəqiq olan odur ki, gürcü xalqı demokratiya və milli dözüm üzrə əsas imtahanı 10 gün sonra - ayın 17-də verəcək: Zurabişvili vəzifəsindən getməyəcəyi halda ertəsi gün onun zorla kürsüdən uzaqlaşdırmağa söz vermiş hakimiyyətin yanında durub-durmamaqla...
Tehsil-press.az