Ana vətən, ana torpaq, ana dili... Ana sözü ilə bağlı olan anlayışlar müqəddəsdir, uludur. Onu da xatırladaq ki, bu ululuğu, bu müqəddəsliyi bizə körpə vaxtlarımızda elə anamız öyrədir: layla oxuyur, şirin nağıllar deyir, yuxusuz qalıb keşiyimizi çəkir, böyüdüb ərsəyə çatdırır. Körpənin dil açması – anasının öyrətdiyi, laylay oxuduğu, nağıl dediyi dildə danışması evlərdə toy-bayrama çevrilir:
Bürünüb dona bülbül,
Köç edər sona bülbül.
Balam dil açan günü
Mat qalar ana bülbül.
Elimizin igid oğulları, namuslu gözləri, <<ağzından od tökülən natiqləri>> ilk təlimi, ilk tərbiyəni ana qucağında, ata ocağında alırlar. Anamızın öyrətdiyi zərif sözlər, atamızın igidlikdən söhbət açan <<başa gəldikləri>> qan yaddaşına çevrilir, ömür boyu unudulmur, qulağımızda bir deviz kimi səslənir: gözəl danış, gözəl düşün, gözəl davran!
Analarımız çox həssaslıqla duyurlar ki, onların övladları ulu dilimizin sirlərinə, incəliklərinə illər keçdikcə daha dərindən bələd olacaq, gözəl danışacaq, bir natiq kimi yetişəcək.
Bala dadı bal dadır,
Bala adam aldadır.
Şirin sözün, söhbətin
Hələ sənin daldadır!
Bir müddət ana tərbiyəsi bağça tərbiyəsi ilə əvəzlənir. Yaxşı tərbiyəçi öz cazibəli söhbəti ilə ulu dilimizə uşaq məhəbbətini bir qədər də artırır. Sonra... Orta məktəb illəri başlanır. Ana dilimizin səs sistemi, lüğət tərkibi, qrammatik quruluşu və üslubi imkanları hər sinifin öz tələbələri səviyyəsində şagirdlərə öyrədilir. Gözəl danışan müəllimlərin nitqi istedadlı insanlar üçün örnək olur. Orta məktəb illəri arxada qalır. Gənclərimizin bir qismi ali məktəblərdə təhsilini davam etdirir, bir qismi isə xalq təsərrüfatının müxtəlif sahələrində çalışır. Onlar ictimai-siyasi həyatımızda fəal iştirak edir, söz deyir, söz eşidirlər. Deyilən və eşidilən sözdən isə çox şey asılıdır.
Gözəl danışmağın sistemli tərbiyəsi ailədə başlanır, bağçada, orta və ali məktəblərdə davam etdirilir, ictimai-siyasi həyatda təkmilləşdirilir, öz nəticəsini göstərir. Biri digərini tamamlayan bu mərhələlər arasında vərəsəlik əlaqələri yaranır. Gənclərimizə gözəl danışıq vərdişləri aşılarkən belə vərəsəliyi unuda bilmərik...
Natiq kimi yetişmək də xoşbəxtlikdir. Gözəl danışmaq şəxsiyyətin ahəngdar inkişafının, mədəni səviyyəsinin tərkib hissəsidir. Xalqımızın estetik idealında cazibəli danışıq igidlik, qəhrəmanlıq, gözəllik anlamları sırasında durur. Həm də natiqlik sənəti ümümxalq mədəniyyətinin bir təzahür formasıdır. Buna görə də istedadlı gənclərimiz həmin sənətə biganə qala bilməz. Ailədə, məktəbdə öyrəndiklərimiz bir qədər dədərinləşdirməliyik. Bunun üçün biz öz xalqımızla yanaşı, başqa xalqların görkəmli natiqlərdən də öyrənməliyik...
Dünyasını vaxtsız Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Kamil MirYusif oğlu Əliyev (Allah ona rəhmət eləsin) 40 ilə yaxın idi ki, natiqlik sənəti, üslubiyyat və nitq mədəniyyəti sahəsində tədqiqat işi apardı. Bu sahədə xeyli kitabın müəllifi idi. Alimin arxivini araşdırarkən onun həm də natiqlik sənətinə dair söylənilən mülahizələri, əhvalatları, müşahidə edilən qəribə adət və faktları topladığını şahidi oluruq.
Hesab edirəm, həmin mülahizə, fakt və qəribə adətlər kütləvi oxucularımızın, xüsusilə də elm, təhsil, mədəniyyət sahəsində çalışan ziyalılarımızın marağına səbəb ola bilər.
Hakim soruşur:
- Müttəhim, siz özünüzü müqəssir bilirsinizmi?
Müttəhim cava verir:
- Əvvəllər bilirdim, amma, vəkilin nitqindən sonra görürəm ki, heç bir təqsirim yoxdur.
* * *
Sokrata bir nəfər kinayəli tərzdə demişdir:
- Sənin nitqini camaat anlamır.
Sokrat isə belə cavab vermişdir:
- Bu məni heç də narahat eləmir. Əgər desəydim ki, Sokrat yaxşı danışa bilmir, bu məni daha çox kədərlərində bilərdi.
* * *
Natiq dinləyicilərdən birinə müraciət edib deyir:
- Yanınızda əyləşəni oyadın!
Dinləyici belə cavab verir!
- Özünüz yatırtmısınız, indi də özünüz oyadın!
* * *
Bir dəfə XVI Lüdovik saray xidmətçilərindən birinə öz xüsusi hörmətini bildirmək üçün stolun üstündəki ən ləziz yeməkləri ona verdirir. Kral görür ki, xidmətçi başını sakitcə əyib, heç şeyə baxmadan boşqabdakıları yeyir.
- Xoşunuza gəldimi? – deyə kral nəzakətlə ondan soruşur.
- Əlahəzrət, mən heç zaman nə yediyimə diqqət yetirmirəm.
- Çox nahaq, - deyə kral etiraz edir. – Həm də yediyinə, həm də nə dediyinə diqqət yetirmək lazımdır...
* * *
Məşhur yunan natiqi Lisiy məhkəməyə işi düşən vətəndaşlar üçün müdafiə nitqləri yazıb muzd alarmış. Bu loqoqraf natiq müştərinin yaşını, təhsilini, işin mahiyyətini, hakimlərin xarakterini nitq yazanda nəzərdən qaçırmazmış. Buna görə də həmin nitqləri dərindən öyrənib söyləyən müştərilər məqsədlərinə, əsasən, nail olarmışlar.
Bir dəfə bir müştəri Lisiyin yanına gəlib deyir:
- Mən sizin yazdığınız müdafiə nitqini birinci dəfə oxuyanda çox xoşuma gəldi, lakin ikinci, üçüncü dəfə oxuyanda çox sönük qeyri-kafi göründü.
Lisiy gülərək belə cavab verir:
- Narahat olmayın, sizin hakimləriniz onu yalnız bircə dəfə eşidəcəklər!
* * *
Yunan natiqlik məktəbinin parlaq ulduzu sayılan Demosfen haqqında qəribə rəvayətlər yaranmışdır. Həmin rəvayətlərdən biri böyük natiqin zəhməti ilə bağlıdır. Deyirlər, o, bəstəboy, arıq cüssəli bir şəxs olub.
Danışanda sağ çiyninin tez-tez atarmış, <<r>> səsini düzgün tələffüz edə bilmirmiş. Bir qədər pəltək imiş, sözləri cır səslə deyirmiş və s. Az sonra o, siyasi natiq olmaq fikrinə düşür. Məşhur natiqlər yetişdirən antik Yunanıstanda bu məqsədlə nail olmaq çox çətin idi. Hər kəsdə belə qüsurlar olsa idi ki, natiq olmaq fikrinə düşməzdi. Ancaq o, Demosfen idi. O bu fikrə düşür və məqsədinə də çatır. Aktyor Satirdən sözlərin düzgün tələffüzünü öyrənir, dilinin altına kiçik daş qoyub dəniz kənarında saatlarla nitq söyləyir – məşq edir. Tavandan iti qılınc asır, onun altında durub danışır, çiynini çəkəndə qılıncın ucu bədəninə batır, beləliklə, pis vərdişi islah edir... Uzun zəhmət, yuxusuz gecələr, dözüm, iradə möhkəmliyi və nəhayət, istedad kara gəlir. Demosfen ən məşhur siyasi natiqə çevrilir.
***
Hindu qəbilələrində natiqə çox ciddi tələblər verilir. Xüsusən uzun-uzadı danışmaq qəbahət sayılır. Qəbilə başçısı görəndə ki, natiq dinləyiciləri yorur, fikrini isə tamamlamağa tələsmir, onda işarə ilə bildirir ki, natiq bir ayağı üstündə durub danışsın. Şübhəsiz, belə vəziyyətdə çox danışmaq olmaz. Buna görə də başqa natiq məcbur olur ki, öz fikrini yığcam ifadə etməyi bacarsın. Əks-təqdirdə, o da bir ayağı üstündə durub danışar, əziyyətə dözməli olur...
***
Ucadan danışmaq da... cəhalətin bir nişanəsidir. (N.Vəzirov.)
***
Cəbhədə qılınca, məclisdə gözəl və dəyərli nitqə malik olanlar əsil qəhrəmandır. (M.S.Ordubadi).
***
Natiq o adam hesab olunur ki, forumda və məhkəmə prosesində danışarkən inandırmağı, ləzzət verməyi, dinləyiciləri özünə tabe etməyi bacarır. İnandırma zərurətdən irəli gəlir, ləzzət nitqin xoş təsirindən doğur, dinləyicələri özünə tabe etmək isə qələbəsidir. (M.T.Siseron).
***
Çətin elm yoxdur, onun yalnız çətin həzm olunmayan ifadə tərzi var. (A.İ.Gertsen).
***
Natiq yalnız o zaman hədəfə sərrast dəyir ki, ifadə olunan hər sözdə danışanın ürəyi çırpınır, keçirdiyi daxili həyəcanın gücü hiss olunur. (N.V.Şelqunov).
***
Yazmağı, oxumağı bacarmamaq kimi, pis danışmaq da ziyalı üçün qəbahət sayılmalıdır; gözəl danışmaq təhsildə, tərbiyədə əsas yeri tutmalıdır. (A.P.Çexov)
***
Biz söhbətlərimizdə çox vaxt sözə ehtiyatla yanaşmırıq, yalnız xitabət kürsüsünə çıxanda ona qayğı göstərərik. Bu, ciddi səhvdir. Xitabət kürsüsündə olarkən sözlərin tələsik seçilməsi nitqə sünilik gətirir. (P.S.Poroxovşikov).
***
Mənim şəxsi müşahidələrimə görə natiq üç şərtə əməl etməlidir:
Haqqında danışdığı predmetin bütün məziyyətlərini, qüsurlarını dəqiq bilməlidir; ana dilinin incəliklərinə yiyələnib, ondan istifadə etməyi bacarmalıdr; doğma ədəbiyyat xəzinəsi ilə tanış olmalıdır. (A.F.Koni).
***
Antik Yunanıstanda natiq kimi tanınmayan dövlət xadimini başqa ölkəyə səfir göndərməlidir. Gözəl danışmaq səfirə verilən ən başlıca tələblərdən biri idi. Məsələn, məşhur natiq Hiperid Delos adasına səfir göndərilib, Afinanın xeyrinə orada xeyli iş görüb.
Yaxud:
Makedoniya hökmdarı Filipp Pifonu Afinaya səfir göndərib. İsokratın keçmiş şagirdi Pifon eramızdan əvvəl 343-cü ildə Afinada ağalığını qəbul etsin. Demosfenin müdrik nitqi həmin təsiri xeyli azaldıb.
***
Firudun bəy Köçərli demişdir: <<Molla Pənah artıq dərəcədə fəsih və şirinzəban və hazırcavab bir vücud imiş ki, hər qism mətləbi öz məqamında, münasibi-hal söylər imiş>>.
***
Əli Vəliyev Əbdülrəhim bəy Haqverdiyev barəsində yazıb: <<Aramla danışır, səlis cümlələr, tutarlı dəlillərlə fikrini izah edirdi... O cür maraqlı və gözəl mühazirələrini dinlədikdən sonra, şairlik eşqinə düşmüdüm...>>.
Tehsil-press.az

Səyadulla Kərimli
Publisist
Publisist
Natiqliyə aid mülahizə və faktlar