Unudulmaz müəllim professor Nəsir İmanquliyev haqqında xoş sözləri ilk dəfə şair-publisist Famil Mehdiden eşitmişəm. Nəsir müəllimdən gördüyü doğmalığı, isti münasibəti həmişə hörmətlə yad edər, “Bakı” qəzetinə işə götürülərək jurnalist kimi püxtələşməsində Nəsir müəllimin müstəsna xidmətlərini həmişə yüksək qiymətləndirərdi.
Qismət elə gətirdi ki, mənim də ilk yazım “Bakı” qəzetində işıq üzü gördü. Bir müddət sonra Azərbaycan Dövlət Universitetinin – (indiki BDU-nun) jurnalistika fakültəsinin birinci kursunda oxuyanda 1 semesterdə “Jurnalistikanın əsasları” fənnini bizə tədris edən ictimai xadim “Bakı” – “Baku” axşam qəzetlərinin baş redaktoru, görkəmli jurnalist, tərcüməçi alim, pedaqoq, professor, böyük insan Nəsir İmanquliyev oldu.
Yaxşı yadımdadır, Nəsir müəllimin söylədiyi mühazirələri yazar, diqqətlə onu dinləyərdik. Ucaboy, məğrur görünüşü, özünə məxsus şux qaməti ilə seçilən Nəsir müəllimin oturuşu da, duruşu da tələbələr üçün sanki bir örnək idi. Asta və aramla hərəkət edər, sakit və mülayim tərzdə xoş ünsiyyətlə davranar, sözünü, ölçülü-biçimli kəlamları sanki bir nəsihət təsiri bağışlayırdı. İnzibatçılıqdan, amiranəlikdən uzaq, müdrik nəzərləri ilə diqqəti çəkən, ədəb-ərkan ilə seçilən şəxsiyyət idi, Nəsir müəllim. Bu alicənablıq şübhəsiz ki, məni də duyğulandırmış, həyatımda müsbət izlər qoymuşdur...
Nəsir müəllim haqqında yaddaşımda qalan xatirələrimdən bəzi seçmələri oxucuların diqqətinə çatdırmağı özümə mənəvi borc bilirəm.
Ən əsası ona görə ki, yüksək insani keyfiyyətləri özündə daşıyan, canı-qanı, varlığı ilə vətənə və millətə öz əməlləri ilə xidmət edən şəxsiyyətlər – nümunə kimi örnək olmalıdır.
Bəzən yeniyətmə və gənclərimiz elə düşünməsinlər ki, ali təhsil almaqla və yaxud nüfuzlu bir yerdə işləməklə insan əxlaqi-mənəvi dəyərlərə sahib ola bilər.
Nəsir müəllim hər dəfə auditoriyaya daxil olanda tələbələrinə əxlaqi-mənəvi dəyərlərə yiyələnməyi və əməl etməyi öyrədirdi. O, hətta otağın qapısını necə açıb-örtməyi, maşına necə əyləşib, oturub-durmağın incəliklərini özünə məxsus tərzdə tələbələrinə, “özgənin nəzəri ilə özümüzə baxmağı” söyləyirdi. Ən vacib olan davranış qaydaları ilə yanaşı, beynəlxalq əhəmiyyətli məclis və görüşlərin diplomatiya ünsiyyətinin forma və məzmununa kimi incə mətləbləri özünə məxsus tərzdə izah edər, tələbələri maarifləndirərdi.
Qış fəsli, dərs keçdiyimiz auditoriya çox soyuq olduğuna görə Nəsir müəllim paltosunu soyunub çiyninə atamazdan öncə hər dəfə tələbələrindən icazə istəyir, - üzünü bizə tutaraq – “siz də çəkinməyin, içəri soyuqdur, paltonuzu çiyninizə salın, icazə verirəm”, - deyərdi. Bir dəfə məni yanına çağırıb dedi: “nəvəmi qarşılamaq üçün aerolimana getməliyəm”. Moskvadan gələcək, dekanlığa demişəm, “Kommunist” (indiki “İstiqlaliyyət”) küçəsində sürücünü gözlə, gələndə mənə xəbər verərsən”. Bir neçə dəqiqədən sonra sürücünün gəldiyini Nəsir müəllimə bildirdim. O, təzədən auditoriyaya qayıdaraq tələbələrdən icazə istədi. Mən onu yola salarkən maşına minməzdən əvvəl yenə də bildirdi: ”ola bilsin, əvəz edən müəllim hər hansı bir səbəbdən iştirak edə bilməsin, auditoriyada mütləq sakitliyə əməl edin”. Təsəvvür edin, bu sözləri öz tələbələrinə jurnalistika fakültəsinin bünövrəsini qoymuş bir şəxs deyirdi. Ona görə ki, daxili intizam, varlığından gələn kültürlü onu belə etməyə sövq edirdi. Şərq filosofu Mövlanə Cəlaləddin Rumi deyirdi: “ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Nəsir müəllim öz həyatında şəxsi nümunəni göstərməyi bacaran kişilərdən idi. Ancaq təəssüflər olsun ki, hər yüksək vəzifə daşıyan şəxslərin çoxu belə səmimiyyəti əməllərində göstərə bilmirlər. Ya da ki göründüyü kimi olmağı bacarmırlar...
Universiteti bitirdikdən xeyli keçməsinə baxmayaraq Üzeyir Hacıbəyov küçəsindəki “Kitab evi”nin qarşısında tez-tez görüşər, səmimi və mehriban söhbətlər edər, fikirlərimizi bölüşərdik. Səhhəti ilə bağlı gileylənəndə Nəsir müəllimə müalicə əhəmiyyətli təbii otlardan çay dəmləyib işlətməyi məsləhət gördüm. Gülərək öz razılığını bildirdi – “lap unutmuşdum, yaxşı yadıma saldın. Təbii təbabətdən öz yeri var”. Elə bil hiss edib duymuşdur ki, evdə xəstəmiz var, məndən valideynlərimin sağlığını xəbər alar, vəziyyətimizlə maraqlanırdı – “bilirəm yurd itkisi, torpaq dərdi çox ağır olur, darıxmayın, Qarabağ bizim ağır dərdimizdir. Gec-tez haqq-ədalət öz yerini tapacaq” – deyərək mənə mənəvi təsəli, ürək-dirək verərdi.
Dəfələrlə məni “Kitab evi”nin qarşısındakı binaya, mənzilinə dəvət edərdi – “qorxma, bizim liftimiz həmişə işləyir” – deyib zarafatından da qalmazdı. Əziz müəllimim üçün əziyyət olmasın deyə dəvətə görə həmişə təşəkkür və minnətdarlığımı ona bildirərdim. Açığını deyim ki, Bakıda adamı evə dəvət etmək bir o qədər dəbdə deyil. Görünür, Nəsir müəllim inandığı və etibar etdiyi tələbəsinə dərindən bələd idi. Bunun nəticəsi olaraq o, mənzilinin telefon nömrəsini qeyd edib özündə saxladı. Bir gün Nəsir müəllim bizə telefon edib anamla danışmışdı, vəziyyətimizlə maraqlanmışdı. Sonra məni həmişə görüşdüyümüz, “Kitab evi”nin qarşısında dəvət etdi. Vədələşdiyimiz yerdə görüşüb piyada “Sahil” metrosuna, oradan da “Bakı Soveti” (indiki İçərişəhər) metro stansiyası qarşısına gəldik. Yol boyu mənə narahatlıq bir fikri açıqladı. Binanın sakinləri bir nəfər qonşu barəsində prokurorluğa şikayət edib. Arif müəllimin (sabiq Səbail rayon prokuroru) xahişi ilə bura gəlmişəm. Deyim ki, qonşuluq münasibətlərinin axır sonluğu barışla qutarsın. O, şəxs isə (şikayət olunan qonşu) qonşuluğun nə demək olduğunu heyif ki dərk etmir, anlamır. Güman edirəm vaxt gələcək etdiyi pis hərəkətlərdən gec-tez peşman olacaqdır...
Hələ paytaxda rəsmi tribunalarda azəri türkcəsi ilə danışan şəxslərə xor baxıldığı bir vaxtda rus dilli oxuculara doğma ana dilinin saflığından söz açırdı “Bakı” və ”Baku” axşam qəzetləri. Vətənpərvər qələm sahiblərinə, vətəndaş mövqeli, ziyalı yazılarına “Bakı”nın səhifələrində yer verər, publisist yazılarının ardıcıl olaraq çap olunmasında onlara bir baş redaktor kimi hər cür şərait yaradırdı. “İçərişəhər”ə yad əllər uzanarkən xalqın qədim tarixi memarlıq abidəsini qorumağa səsləyir, fəryad qopardı. Vətəni əyləncə yeri hesab edənlərə cəsarətlə münasibətini bildirər, doğru sözün “acısını” dönüklərə dadızdırdı.
Ülvi və bəşəri ideyaları xeyirxah əməli ilə yaşadan Nəsir müəllim nə qədər geniş bir ürək sahibi olduğunu hər dəfə şahidi olururuq. Məni düşündürən odur ki, insanlığın təəssübünü çəkən, Vətəninə, xalqına təmənnasız xidmət göstərmiş şəxsiyyətlərin öyrənilməsi, görəsən ayrıca elm sahəsi kimi niyə tədqiq olunmur? Doğrudur, bu başqa yazının mövzusuna aid olan bir məsələdir, ancaq hesab edir ki, Nəsir müəllimin zəngin irsinin öyrənilməsi baxımdan nəzəri təklifim alim və tədqiqatçılar tərəfindən məqbul sayıla bilər. Bağışlamağı, mərhəməti, insanpərvərliyi və nəcibliyi özündə göstərən bir şəxs kimi Nəsir müəllimin keçdiyi ömür yolunda qarşısına çıxan bütün çətinliklərə, maneələrə baxmayaraq, o, öz haqq yolunda dönməmiş və heç vaxt ruhdan düşməmişdir. O, daim humanizmliyinə, insanpərvərliyinə, xeyirxahlığına sadiq olmuşdur. Neçə-neçə jurnalist nəslinin yetişməsində gərgin zəhmətini, elmini, biliyini verməkdən yorulmamışdır.
Evsizə ev, mənzili darısqal olan yaradıcı adamların mənzil-məişət şəraitinin yaxşılaşmasına çalışmış, ona müraciət edənlərə yaxşlığını-səxavətini, xeyirxahlığını əsirgəməmişdir. Bütün bunlara rəğmən, professor jurnalistin peşə hazırlığına elmi-dünyagörüşünə, mədəni qabiliyyətinə xüsusi diqqət yetirərdi. Doğmasından doğmalıq, əzizindən hörmət, izzət umanların uman, ümid yeri olmuşdur Nəsir İmanquliyev. Arxası olmayanlara arxa, ailə həyatı quran gənclərə ağsaqqalıq etmişdir. Belə nəcib və ülvi duyğularla yaşamaq, ömür sürmək heç də hər kəsə nəsib olmur. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tarixi keçmişimizə, bütövlükdə mədəniyyətimizə göstərdiyi müstəsna xidmətlərini hansı kökdən gəldiyini açıq-aydın görmək olar. Ədəbi-mədəni fikir tariximizin böyük siması Mir Cəlal Paşayevin oğul nəvəsi, elm fədaisi, qüdrətli qələm sahibi, xeyirxah əməlli Nəsir İmanquliyevin qız nəvəsidir Mehriban xanım. Odur ki, hər bir xeyirxahlıq, saf əməl, ülvi niyyət kökdən, candan, qandan gəlir.
Xeyirxah əmələri ilə, insanlıq adını daim uca tutan müəllimlər müəllimi, böyük ürək sahibi Nəsir müəllimin ruhu qarşısında baş əyirəm, Allahdan ona rəhmət diləyirəm. Yerin behişt, qəbrin nurla dolsun, əziz və unudulmaz müəllimimiz.

Hikmət Əliyev,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü