Bu günlərdə Azərbaycan Kooperasiya Universitetinin 50 illiyi, Bakı Biznes və Kooperasiya Kollecinin 75 illik yubleyi ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə universitetin və kollecin bir qrup əməkdaşı “Tərəqqi” medalı, ”Əməkdar müəllim”, ”Əməkdar mədəniyyət işçisi” və ”Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları ilə təltif olunmuşdur. Həmin sərəncamla universitetin və kollecin yeddi əməkdaşı “Tərəqqi” medalı ilə, üç müəllim “Əməkdar müəllim” adı ilə, bir nəfər “Əməkdar mədəniyyət işçisi” və bir nəfər isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adları ilə təltif edilmişdir. Eyni zamanda Azərbaycan Kooperasiya Universitetinin 15 əməkdaşı, Biznes və Kooperasiya Kollecinin 8 əmkdaşı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir. Onu da qeyd edək ki, hər iki təhsil müəssisəsinin hamısı olan Azərittifaqın İdarə Heyətinin qərarı ilə universitetin 2 nəfər əməkdaşı fəxri kooperator döş nişanı ilə və kollecin bir nəfər əmkdaşı fəxri kooperator döş nişanı, 15 nəfəri kooperasiya əlaçısı döş nişanı ilə və kollecin bir nəfər əməkdaşı fəxri kooperator döş nişanı, bir nəfər kooperasiya əlaçısı döş nişanı ilə və bir nəfər əməkdaşı isə fəxri fərmanla təltif edilmişdir. Elə bu əlamətdar hadisə ilə bağlı bu il noyabrın 22-də universitetin və kollecin yubiley tədbiri keçirilmişdir. Tədbirdə respublikamızın sayılıb-seçilən nüfuzlu ziyalıları, alimləri, Milli Məclisin deputatları iştirak etmiş və onlar bu təhsil ocaqlarının respublikamızda önəmli təhsil müəssisələrindən biri olduğunu vurğulamışlar.
İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov hər iki təhsil müəssisəsinin yubileylərini təbrik etdi və respublika Prezidenti İlham Əliyevin 18 noyabr 2014-cü il tarixli sərəncamını oxudu və qeyd etdi ki, bu sərəncam sizin kollektivə ölkə Prezidentinin ünvanlandığı ən yüksək qiymətdir. Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov hələ 80-ci illərdə institutda müəllimlik etdiyi dövrü xatırlatdı və Təhsil Nazirliyi tərəfindən hər iki təhsil müəssisəsinin bir sıra əmkdaşının Fəxri fərmanla təltif olunduqlarını diqqətə çatdırdı. Odlar Yurdu Universitetinin rektoru, professor, millət vəkili Əhməd Vəliyev çıxışında bildirdi ki, kollektiv gördüyü işə görə qiymətini ala bilirsə, demək yaşayır. Bu ölkə rəhbərinin kollektivə diqqəti çox gözəl bir nümunədir. Sonra çıxış edənlər – Milli Məclisin deputatı Eldar İbrahimov, Türkiyənin Giresun Universitetinin rektoru, professor, doktor Aygün Attar, Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov, Qafqaz Universitetinin rektoru Ahmet Saniç və başqaları öz ürək sözlərini söylədilər.
Onu da qeyd edək ki, Azərbaycan Kooperasiya Universiteti respublikamızın ali təhsil strukturunda önəmli yer tutan ali təhsil müəssisələrindən biridir.
Hazırda universitetdə 267 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 158 elmlər namizədi və 15 professor çalışır. 50-dən çox fənn və tədris laboratoriyaları, o cümlədən 4 kompüter texnologiyaları laboratoriyası, mətbəə, tibb məntəqəsi, idman zalı, kooperasiya muzeyi, kitabxana, oxu zalı və s. vardır.
Universitetdə təhsil əyani və qiyabi formada olmaqla, Azərbaycan və rus dillərində həyata keçirilir, doktorantura və magistratura şöbələri fəaliyyət göstərir.
Universitetin nüfuzlu ali təhsil ocağı kimi formalaşması və inkişafı dövrünün ayrı-ayrı mərhələlərində Hacı Murad Tabasaranski, Süleyman Abdinbəyov, Səttar Səfərov, Yolçu Məsiyev, Mahmud Quluzadə, Gəncəli Gənciyev, Firəddin Quliyev, Eldar Zülfiqarovun müstəsna xidmətləri olmuşdur.
2011-ci ildən Azərbyacan Kooperasiya Universitetinə tanınmış alim və ictimai xadim, millət vəkili, iqtisad elmləri doktoru, professor Eldar Quliyev rəhbərlik edir.
Eldar Quliyev universitet haqqında tədbir iştirakçılarına məlumat verərək demişdir:
- Bu inkar edilməz bir həqiqətdir ki, hər bir ölkənin inkişafı yalnız təhsil vasitəsilə əldə edilə bilər. Dünya təcrübəsi göstərir ki, istənilən dövlətin inkişaf səviyyəsini ölkənin təbii sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yüksək potensiala malik insan kapitalına çevrilməsi təmin edir.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Eliyevin böyük uzaqgörənliklə dediyi: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevrilməliyik. Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlət tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, o ölkələrin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir , elmi-texniki tərəqqidir, yeni texnologiyalardır, ” – konseptual fikrinin əsasında da məhz həmin tələb, müasir təhsil sisteminin yetişəcəyi əsas strateji hədəf dayanır.
Bu gün Azərbaycanda 36 dövlət, 14 ali özəl məktəb fəaliyyət göstərir. Bütün bunlar bir daha ondan xəbər verir ki, ölkəmizdə təhsilə, elmə, biliyə böyük önəm verilir. Belə təhsil müəssisələrindən biri bu il əlli illiyini qeyd edən Azərbaycan Kooperasiya Universitetidir.
Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur və yarandığı ildən 2000-ci ilə qədər Azərbaycan Kooperasiya İnstitutu kimi tanınan təhsil müəssisəsi bir neçə adlarla fəaliyyət göstərmiş, keşməkeşli uzun bir ömür yolu keçmişdir.
2000-ci ildən Azərbaycan Respublikasının Prezidenti, ümummmilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Kooperasiya Universitetinin profilinin genişləndirilməsi ilə əlaqədar Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə göstəriş verilmişdir.
Bunun nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, Təhsil Nazirliyinin 2000-ci il tarixli razılıq məktublarına əsasən Azərittifaqın İdarə Heyətinin 03 may 2001-ci il tarixli qərarı ilə Azərbaycan Kooperasiya İnstitutu Azərbaycan Kooperasiya Universitetinə (AKU) çevrilmişdir.
Son illər universitetdə təhsil almaq arzusunda olan abituriyentlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Əgər 1999-2000-ci tədris ilində bizim ali məktəbdə 11 ixtisas üzrə 1410 tələbə təhsil alırdısa, artıq 2014-2015-ci tədris ilində 19 ixtisas üzrə onların sayı 3835 nəfərə (bakalavr və magistrlər birlikdə) çatmışdır. Hazırda universitetimizdə 7 istiqamət üzrə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 50-yə yaxın doktorant və dissertant uğurla elmi tədqiqat işlərini davam etdirir.
50 illik tarixi ərzində universitet çətin, lakin şərəfli bir yol keçmişdir. Hər şey 1964-cü ildə Moskva Kooperativ İnstitutunun Bakı filialı açılaraq Zaqafqaziya, Şimali Qafqaz və Orta Asiya respublikaları gənclərinin təhsil alması ilə başlamışdır. AKU-nun məzunları arasında iri biznesin görkəmli nümayəndələri, məşhur alimlər, parlamentin deputatları, müxtəlif səviyyəli icra hakimiyyəti orqanlarının rəhbərləri vardır.
Universitet özünün 50 illik yubiliyeni yaradıcılıq yüksəlişi və dinamik inkişaf şəraitində qarşılayır. Azərbaycan Kooperasiya Universiteti öz gücünə və gələcəyinə inanır. Bu inamın əsasında iqtisadi cəhətdən möhkəmlənən və demokratik yolla inkişaf edən Azərbaycan, onun zəngin elmi ənənələri olan müdrik xalqı, ölkəmizin Prezidenti möhtərəm İlham Heydər oğlu Əliyevin ali təhsilin və elmin inkişafına daimi qayğısı, həmçinin təsisçimiz olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının (Azərittifaqın) gündəlik köməyi dayanır.
Azərbaycan Kooperasiya Universiteti hazırda müasir tədris korpuslarına, yeni texnika ilə təchiz olunmuş 10-dan artıq ixtisaslaşdırılmış laboratoriyaya, beynəlxaq şəbəkəyə çıxışı olan kompüter zallarına, linqofon kabinələrinə, böyük, işıqlı auditoriyalara malikdir. Universitetin nəzdində bütün MDB ölkələri, Baltikyanı respublikalar, həmçinin, uzaq xarici dövlətlər (İran , Türkiyə, ABŞ və s.) ilə əməkdaşlığa imkan verən Beynəlxalq Əlaqə Mərkəzi fəaliyyət göstərir.
Təhsil illəri tələbələrin əksəriyyəti üçün yalnız tədris prosesi ilə deyil, əyləncəli universitet gecələri, səyahətlər elmi konfranslarla da yadda qalır. Tələbələrin bədii özfəaliyyətini və idman nailiyyətlərini ayrıca qeyd etmək lazımdır. Futbol və stolüstü oyunlar üzrə keçirilən çempionatlar gənclərdə sağlam həyat tərzi keçirmək vərdişi yaradır. Bütün bunların nəticəsi olaraq mən öz adımdan və rəhbərlik etdiyim kollektiv adından dövlətimizə, dövlət başçısı, möhtərəm Prezindentimiz İlham Əliyevə bizə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm. Kollektivimizə verilən qiymət bir daha sübut etdi ki, təhsil dövlətimizin ən önəmli prioritet sayılan və diqqətdə olan bir sahədir. Biz verilən dəyəri qiymətləndirməli və öz işimizi nümunəvi şəkildə qurmalıyıq...
Bakı Biznes və Kooperasiya Kolleci isə yarandığı gündən təhsilimizə öz töhvələrini verməkdədir. Onu da qeyd edək ki, respublika kooperasiya sistemi üçün orta ixtisaslı təhsilli kadr hazırlamaq məqsədi ilə vaxtilə Bakı Koperativ Texnikumu adı ilə tanıdığımız indiki Bakı Biznes və Kooperasiya Kolleci zərurətdən yarandığı qeyd edilən bu təhsil müəssisəsinin əsası 1939-cu ildə Balaxanı tədris kurs kombinatının bazasında “Sentrosoyuz”un və “Azərittifaq” İdarə Heyrətinin müvafiq qərarı ilə yaradılmışdır. Bu günlərdə kollecdə 14 ixtisas üzrə 2100-dən artıq tələbə təhsil alır. Yüksək maddi-texniki bazası və kadr potensialı olan kollecin göstərilən ixtisaslar üzrə yüksək peşə ixtisasına malik olan kadr hazırlamasında müstəsna rolu vardır. Yubiley tədbirində çıxış edən kollecin rektoru “Tərəqqi” medallı fəlsəfə doktoru Fatimə Quliyeva demişdir:
- Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Ölkəmizdə təhsil sahəsində problemlərin həllinə yönəlmiş bir sıra dövlət proqramları birmənalı şəkildə məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü sayəsində öz həllini tapmışdır.
Heydər Əliyevin əzəmətli şəxsiyyəti, onun Azərbaycana, doğma xalqına həsr edilmiş şərəfli ömür yolu, zəngin fəaliyyəti bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, ibrətamiz vətənpərvərlik tərbiyəsi məktəbidir.
Bu dahi şəxsiyyət məlum olduğu kimi, bütün dövrlərdə təhsilimizə diqqət və qayğı göstərmişdir.
Yəqin çoxunun yadındadır ki, 2000-ci ilin 30 avqustunda Azərbaycan respublikasında təhsilin inkişaf etdirilməsinin təkmilləşdirilməsi haqqında ümummilli lider Heydər Əliyev tərəfindən fərman imzalanmışdı.
Həmin fərmanın 7-ci bəndində uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası
Təhsil nazirliyi ilə razılaşdırmaqla profili genişləndirilən Azərbaycan Kooperasiya İnstitutunun bazasında Azərbaycan Kooperasiya Universiteti, Bakı Kooperativ Texnikumunun bazasında isə Bakı Biznes və Kooperasiya Kolleci yaradıldı.
Sonrakı müddət ərzində Azərittifaqın idarə heyəti tərəfindən Azərbaycan Kooperasiya Universitetində və Bakı Biznes və Kooperasiya Kollecində maddi-texniki baza möhkmləndirildi, ixtisasların siyahısı daha da genişləndirildi, pedaqoji işçilərin elmi potensialının yüksəldilməsi sahəsində əsaslı işlər görüldü.
Biz fəxr edirik ki, Azərbaycan bu gün dünyanın ən inkişaf edən ölkələrindəndir. Azərbaycan regionda lider dövlətdir. Heç şübhəsiz bunlar Heydər Əliyev tərəfidən yaradılmış sosial-iqtisadi, mədəni inkişafınmızın uğurlu modelinin nəticəsidir və həmin model bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində məktəb binalarının tikilməsi, əsaslı təmiri, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlər böyük razılıq və rəğbət hissi ilə qarşılanır.
Bakı Biznes və Kooperasiya Kolleci respublikamızda milli iqtisadiyyatın fəaliyyət sahələri üçün orta ixtisaslı mütəxəssislər hazırlayan təhsil ocağıdır. Artıq Azərbaycan dünyaya daha sıx inteqrasiya olunur. Odur ki, müasir düşüncə təfəkkürünə malik mütəxəssislərin yetişdirilməsi daha vacibdir. Ölkənin gələcəyi, cəmiyyətin sabahı bu gün bizim təhsil verdiyimiz, yetişdirdiyimiz gənclərdən asılıdır. Dərin biliklərə yiyələnmiş, müasir dünyagörüşlü vətənpərvər və bacarıqlı gənclər çox olmasına çalışmaq lazımdır.
Aqillər düz buyurub: O xalq daim inkişaf edər ki, onun düzgün tərbiyələnən, düzgün həyat yolu seçən gəncləri olsun. Hamımız fəxr etməliyik ki, gəncliyimizin qayğısını daim diqqət mərkəzində saxlayan, onların hamısı, himayədarı olan dövlətimiz var. Biz pedaqoqların da başlıca məqsədi o olmalıdır ki, gənclərimiz təhsilli, savadlı, intellekli olsun.

Hazırladı:
Əkbər HÜSEYNZADƏ
Əkbər HÜSEYNZADƏ