İŞİD silahlıları Suriyanın şərqində yerləşən Cizrə yaşayış məntəqəsində terror aktı törədiblər.
Təhsil-press.az xəbər verir ki, terrorçular bomba yüklənmiş avtomobili partladıblar. Nəticədə 20 dinc sakinin öldüyü, 23 nəfərin xəsarət aldığı bildirilir. Qeyd edək ki, Cizrə mart ayında İŞİD-dən azad edilib.