Bakı Mühəndislik Universiteti, Dünya İqtisadiyyatı kafedrasının müdiri Dr. Sərvər Qurbanov, Səudiyyə Ərəbistanın paytaxtı Ər-riyad-da yerləşən Kapsarc beyin mərkəzinin tədbirində çıxış edib. Tədbirin dəyirmi masa müzakirəsinə 23 nəfər dəvət edilib. Bakı Mühəndislik Universiteti ilə yanaşı, tədbirdə, Corctaun Universiteti (Georgetown), Tafts Universiteti (Tafts Universiteti), mərkəzi Vaşinqtonda yerləşən Beynəlxalq Valyuta Fondu (IMF), mərkəzi Paris-də yerləşən Beynəlxalq Enerji Agentliyi (IEA) və Kanada Mərkəzi Bankı kimi mötəbər qurumların da tədqiqatçıları və iqtisadçıları iştirak ediblər. 15 ayrı millətdən tədqiqatçıların fəaliyyət göstərdiyi beyin mərkəzinin baş mənzil qərargahı, Heydər Əliyev Mərkəzinin də müəllifi olan ingilis memar mərhum Zaha Hadid xanım tərəfindən dizayn edilib. Tədbirin mövzusu, neft ixrac edən ölkələrin enerji şokları qarşısındakı reaksiyaları olub.
Sərvər müəllimin çıxışı isə əsasən, BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Africa Respublikası) ölkələrinin enerji tələbatının istiqaməti ilə bağlı olub. Dr. Sərvər Qurbanovun çıxışı diqqətlə dinlənilib və yüksək qiymətləndirilib.
Dr. Sərvər Qurbanov, öz çıxışının xülasəsini aşağıdaki kimi verib.
“Yenilənəbilən enerji mənbələrinin xüsusilə Almaniyada məşğulluq baxımından xüsusi əhəmiyyət kəsb etməyə başlaması, enerji ixrac edən ölkələri enerji effektivliyini artırmağa vadar edir. Almaniyada alternativ enerji sektorunda 1,5 milyon əmək qüvvəsi fəaliyyət göstərir. Əlaqəli sektorlarda məşğulluğu bu rəqəmə əlavə etdiyimizdə, alternativ enerji sadəcə təklif baxımından yox, eyni zamanda məşğulluq baxımından da ciddi potensialını praktiki mənada büruzə verir. Əvvəla onu qeyd etmək lazımdır ki, enerji mənbələrindən səmərəli istifadə edilməsi, əsasən OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) ölkələrində uğursuz həyata keçirilir. 1971 – 1990 –cı illər ərzində, Yaponiya enerji effektivliyini 30 faiz artırmağa nail olmuşdur. Son qırx ildə isə, dünyada enerji tələbatı 2 dəfədən çox artdığı halda, sadəcə 12 üzvü olan OPEC ölkələrinin enerji istehlakında 10 dəfəlik artım qeydə alınıb.
Əslində dünyada alternativ enerji mənbələri barəsində kifayət qədər potensial var. Məsələn illik günəş enerjisi potensialı 130 min gigaton neft ekvivalenti olduğu halda, dünyanın istehlakı cəmi 9 gigaton-dur. Praktiki maneələrdən və maliyyə mənbələrinin zəif olmasından ötrü alternativlər, ənənəvi enerji mənbələrini əvəzləyici rolunu oynayabilmir. Sadəcə elektrik istehsalını, 2035`ə qədər karbon enerji resurslarından uzaqlaşdırmaq üçün 20 trilyon dollarlıq investisiyaya ehtiyac var. Yenilənəbilən enerji mənbələrinə qoyulan investisiya illik 300 milyard dollara çatıb, halbuki, 2035-ci ilə qədər sadəcə elektrik istehsalını alternativ mənbələrə istiqamətləndirmək üçün illik 1 trilyon dollarlıq investisiyaya ehtiyac var. Eyni zamanda, inkişaf etməkdə olan ölkələrin enerji tələbatı kəskin olduğu üçün, yenilənəbilir enerjinin qarşısında əyləc kimi dayanır.
Məsələn Hindistanda emal sənayesinin ÜDM-dəki payı 16 faizdir. Bildiyiniz kimi, emal sənayesi məşğulluq üzərində multiplikator təsiri yaradır. Emal sənayesində meydana gələn bir iş, digər sektorlarda da yeni məşğulluq fürsətlərinin ortaya çıxmasına imkan yaradır. Bu baxımdan Hindistan, 2022-ci ildə, emal sənayesinin ÜDM-dəki payını 25 faizə qədər artırmağı planlaşdırır. Eyni zamanda, Hindistan rəhbərliyi, əhaliyə 100 milyon yeni iş yeri vəədi var. Hindistanın enerji istehlakının 50 faizini isə kömür təşkil edir, ölkədə istehsal edilən kömürün 78 faizi isə elektrik enerjisinin əldə edilməsinə istiqamətləndirir. Hindistan nümunəsi, yeniləbilən enerji mənbələrinə keçidin qarşısındaki bir maneə kimi bariz görünür. Enerji tələbatının kəskin surətdə artması, ənənəvi və əlçatan vasitələrin daha sürətlə əldə edilməsinə gətirib çıxarır.
Bununla yanaşı onu qeyd etmək lazımdır ki, yenilənəbilən enerji sektoru, fürsətlərin də ortaya çıxmasına səbəb olur. Məsələn Çinli Goldwind, Ming-Yang, Sinovel və Dongfang Alman şirkətlərindən lisenziya alaraq, bu sahədə istehsallarını artırırlar. Eyni zamanda onu qeyd etmək lazımdır karbohidrogen enerji resurslarının Çin və Hindistan kimi ölkələrin tələbatı ilə birlikdə kəskin artması, qlobal istiləşmənin də getdikcə daha bariz ortaya çıxmasına səbəb olur. Məsələn, bu tendensiya davam etsə, 2030-cu ildə Rusiya, qlobal istiləşmə və iqlim dəyişməsi kimi amillərin nəticəsində, ÜDM-sində illik 1 – 2 faizlik itki ilə üzləşəcək. Bununla yanaşı, aparılan nikbin hesablamalar onu göstərir ki, 2015-ci ildə günlük 92,5 milyon barel olan neft istehlakı, 2040-cı ildə günlük 104 milyon barelə çatacaq. Bugün dünyada, 1,5 milyon elektrikli maşın var, Beynəlxalq Enerji Agentliyi, karbohidrogen mənbələrindən yayınmanın geniş vüsət alacağı təqdirdə, bu rəqəmin 150 milyona çatacağını proqnozlaşdırır.
Ümumilikdə, dünya iqtisadiyyatında enerji tələbatı iki qüvvədən asılı olaraq öz istiqamətini tapacaq: inkişaf etməkdə olan ölkələrin enerji tələbatı ilə yenilənəbilən enerji sektorunda meydana gələn texnoloji tərəqqi. Bu qüvvələrdən hansı daha güclü olsa, dünyada enerji istehsalı o istiqaməti daha üstün tutacaq. 2050-ci ildə, dünya əhalinin 90 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayacaq.”

Dr. Sərvər Qurbanov
Bakı Mühəndislik Universiteti
Dünya İqtisadiyyatı Kafedrasının Müdiri
Bakı Mühəndislik Universiteti
Dünya İqtisadiyyatı Kafedrasının Müdiri