Əgər Allah gizli bir işarə ilə bildirsəydi ki, onun sağ ovucunda həqiqət, sol ovucunda həqiqətin axtarışıdır, mən həqiqətin özünü deyil, onun sol ovucunda olanı, təni həqiqətin axtarışını götürmək istərdim.
Zaman şəxsiyyəti yetişdirir, yoxsa şəxsiyyət zamanı? Dünyanı lərzəyə gətirən, məhvlərindən çıxaran böyük siyasətçilər, nəhəng simalar haqqında çox eşitmişik, onların həyatlarının görünən və görünməyən tərəfləri barədə çox yazılıb. Maraqlı görünən tərəflərdən biri də bu olub ki, həmin şəxsiyyətləri müəyyən zaman çərçivəsində xalqa birmənalı şəkildə deyil, ya müsbət ya da mənfi obraz kimi tanıdıblar. Fikirləşəndə isə belə qənaətə gəlirsən: ən ciddi, zülmkar, yaxud əksinə, ən humanist, rəhmli hökmdarların - şəxsiyyətlərin nə qədər mənfi cəhətıəri olubsa, çox güman ki, müsbət cəhətləri olmamış deyil və yaxud əksinə...
Kənd təsərüfatı sahəsində dünya şöhrətli alimlərimizdən olan, akademik Firuz Məlikovun oğlu Yaşar Məlikov bir neçə il əvvəl söhbət əsnasında dedi ki, atam İmam Mustafayev və uzun illər M.Bağırov bir yerdə işləmiş Həsən Seyidovla dost olmuşdur. Onlat tez-tez bizim evə gələr, çay içər, nərd oynayardılar. Bir dəfə atam İmam Mustafayevə təklif etdi: “İmam, gəl Bağırov haqqında həqiqətləri xalqa açıb deyək”. İmam Mustafayev isə “Deyərik nə tələsik işdir”- cavabını verdi. Atam mən uşaq ikən dünyasını deyişdi. Sonra İmam Mustafayev rəhnətə getdi. Bu günlərdə isə eüitdim ki, Həsən Seyidov da dünyasını dəyişib.
Təbii ki, Həsən Seyidov on bir il M.Bağırovun birinci katibliyi dövründə Mərkəzi Komitənin katibi işləmişdi və xalqa hələ də məlum olmayan, çoxlarının bu gündə bilmədiyi, yaxud Bağırovla bağlı zaman-zaman açıqlanmaqda olan həqiqətləri, sirləri ölümündən qabaq deyə bilərdi. Çox təəssüf ki, adları çəkilən həmin insanlara öz sözlərini deməyə zaman imkan vermədi.
Sovet vaxtı Türkiyəyə səfərə gedən bir yazıçı xatirələrində belə bir ifadə işlətmişdi: “Onlar (türklər) mənə, siz əsl həqiqəti əlli ildən sonra yazırsınız” – deyə, yarı-zarafat söz atdılar.
Bəlkə bu, 70 il hökm sürən imperiya qorxusudur, xofudur və bu gün də bizi tərk etmir, içimizdədir, nə ölür, nə də ki, qəlbimizdən çıxır. Bəli, etiraf edək ki, biz həyat həqiqətlərini vaxtında söyləməyi bacarmırıq. Bizim üçün hər şey ya ağdır ya da ki, qara. Belə olmasaydı, itkilərimiz də çox olmazdı. Əgər o vaxtlar müdafiə naziri təyin olunan mülki şəxsin yaxasından tutaraq başa salıb, yerində oturdan, Sovet Ordusunda general rütbəsi qazanan əsl hərbiçi Valeh Bərşadlını fitə basanların “dərsini” verən tapılsaydı, üstümüzə yeridilən rus tanklarını nifrəti ilə əridən fədailəri ağıllandıran olsaydı, bəlkə də bu müsibətlər başımıza gəlməzdi.
Xalq arasında belə bir söz işlədilir: yerində olan adam və yaxud əksinə. Son zamanlar dövrü mətbuatda Fövqəladə Hallar Naziri Kəmallədin Heydərovun adı tez-tez çəkilir. Və təbii ki, bəzən bu, bir mənalı olmur. Həm də bu nədənsə kimlər üçünsə vahiməli, qorxulu səslənir. Ondan kim və nə səbəbdən qorxur?!
Kəmaləddin Heydərov məlum olduğu kimi, uzun illər Gömrük Komitəsinin sədri vəzifəsində çalışmışdır və burada yüksık idarəçilik bacarığı sayəsində yeniləşdirmə, dəyişikliklər, aparılan islahatlar göz qabağındadır, danılmaz həqiqətdir.
Vaxtilə mən də Gömrük Komitəsində işləmişəm. Doğrudur, həmin vaxtlarda müstəqillik əldə etmiş respublikamızın yeni yaradılmlış bu strukturu hələ tam formalaşmamışdı. O dövrdə komitəyə səmimi insan kimi tanınan İbrahim Vəliyev başçılıq edirdi.
Sonradan hamının “çox yaxşı tanıdığı” bir şəxs – “serjant” səviyyəli “general”- Tahir Əliyev Komitəyə sədr gəldi... heç bir əsas olmadan işimi itirdim.
Sokrat yazırdı: “Hökmdar o kəs deyil ki, başında tac, altında qızıl taxt var, o kəs deyil ki, adlı-sanlı əyanlar tərəfindən seçilib, o kəs deyil ki, taleyin, yaxud zorakılığın sayəsində hakimiyyətə gəlib, xeyir, hökmdar o kəsdir ki, “hökümranlıq” etməyi bacarır”. Bəli müqayisə edəndə görürük ki, K.Heyderov doğrudan da ona tapşırıldığı sahələrdə müsbət mənada , dövlətin, xalqın yerinə “hökmranlıq” etməyi bacarır və artıq cəmiyyətdə öz nüfuzu, öz yeri, öz çəkisi olan şəxsiyyətlərdəndir. Özünün təşkilatçılıq bacarığı, qabiliyyəti ilə çoxlarından yuxarıda durur. Atalarımız yaxşı deyib ki, ölkənin böyüklüyü çox vaxt onun şəxsiyyətlərinin böyüklüyü ilə müəyyən olunur. Bax, əsas məsələ bundadır!
Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləyəndə onun qəbuluna gələnlərin sayı başqa nazirliklərlə, komitələrlə müqayisədə qat-qat çox idi. Təbii ki, bu da təsadüfi deyildi. Çünki K.Heydərov onların problemlərini özününkü hesab edib, onları heç vaxt naümüd qaytarmayıb.
Insanlara isti münasibət, insanların isə Kəmaləddin Heydərov haqqında müsbət rəyi olub. Bəlkə ona görədir ki, Kəmaləddin Heydərovun adı, soyadı bəzi mətbuat orqanlarında qısqanclıqla çəkilir.
Kəmaləddin Heydərov kimi təcrübəli, təşkilatçı dövlət adamına, belə bir şəxsiyyətə həmişə ehtiyac var. Bu gün Azərbaycanda sosial-iqtisadi sahələrdə yüksək irəliləyişlər əldə olunub. Təəssüf ki, bəzən məmur özbaşınalığı, işlərini yarıtmaz yerinə yetirənlərin ucbatından yaxşılarında üzərinə kölgə düşür. Onların qapıları vətəndaşların üzünə qapanıbdır.
Mətbuatdan oxuyuruq: K.Heydərov 50 tikilinin (söhbət istismara verilən binalardan gedir) istismarına icazə verməyəcək. Maraqlıdır, görəsən niyə? Görünür nazirin bunu etməkdə əsası, sübutu, dəlili vardır. Və hamı da inanır ki, bu tələb obyektiv tələbdir. Və bu mübağiləsiz məhz belədir. Hamı onun – K.Heydərovun sözünün sahibi olduğunu da yaxşı bilir. Deyərdim ki, rəhbər üçün ən başlıca amillərdən biri qətiyyət, iradə nümayiş etdirmək və sözünün sahibi olmaqdır. Həqiqət naminə deyək ki, bu keyfiyətlər K.Heydərovda cəmləşib.
Bir müdrik demişdir: “Mənim sərvətim məndə olanlar deyil, etdiklərimdir”. Hər bir kəs öz üzərinə düşən vəzifəni, vətəndaşlıq vəzifəsini layiqincə yerinə yetirsəydi, yaşamaq hamımız üçün rahat vəz gözəl olardı. Yaşadığımız cəmiyyətdə haqq, ədalətin olması hamımıza gərəkdir...
Son zamanlar republikada baş verən təbii fəlakətlər, insanlara dəyən maddi və mənəvi ziyanlar təkcə bir qrup insanın deyil, bütöv Azərbaycan xalqının, hər bir vətəndaşın ağrısı, dərdidir. Təbii ki, heç kəs, heç bir dövlət təbii fəlakətdən sığortalanmayıb, bu hər an baş verə bilər. Məhz ölkədə baş verən daşqın fəlakəti zamanı ümidlər Fövqəladə Hallar Nazirliyinə, xüsusilə onun rəhbəri Kəmaləddin Heydərova dikildi, fəlakət bölgəsində ümid dolu gözlər, son güman yeri onu bildilər, hamı yenə ona arxayın oldu. Dövlət də, sadə vətəndaşda. Bəli, məhz bu belədir, bu reallıqdır, həqiqətdir. Dünyanın ən qüdrətli dövlətlərinin təbii fəlakət qarşısında duruş gətirə bilmədiyinin, aciz qaldıqlarının şahidi çox olmuşuq. Təbii fəlakət analoqu olmayan bir hadisədir, heç kəs vaxt, kimliyindən asılı olmayaraq həmişə təbiət qarşısında aciz və gücsüzdür. Söz yox, biz kiçik bir dözlət olaraq bu kimi fəlakətlərin törətdiyi fəsadlarla mübarizə aparmaq asan olmur. Ancaq bu qabaqlayıcı tədbirlərin, görülən təxirə salınmaz işlərin nə qədər effektli olduğu danılmazdır.
Söhbət ondadır ki, təbii fəlakət baş verdiyi zaman bu işə bilavasitə cavabdeh olan şəxslər də Kəmaləddin Heydərovun sanki məsləhətini, belə deyək yaxud göstərişini gözləyirdilər. Nəyi necə etməyi? Bax məsələ budur. Söz yox, bu tip misalları daha çox çəkmək olar. Təbii ki, məqsədim K.Heydərovun fəaliyyəti haqqında uzun-uzadı danışmaq deyil, hər şey göz önündədir. Həqiqəti hamı bilir və görür. Ancaq bir daha yuxarıda dediyim məsələyə qayıtmaq istəyirəm. Niyə məhz K.Heydərov adının bəzi mətbuat orqanlarında yerli-yersiz hallandırılması, bu adın kimlərəsə bu və digər şəkildə kölgə salmağa çalışması... Deməli söhbət insanların xidmətindən, gördüyü işdən xalq, vətən üçün, gələcək üçün etdiklərindən yox, siyasi məqsəd üçün hallanmasından gedir. Doğrudanmı güc və söz sahibi olmaq təhlükəlidir, qorxuludur? Əlbəttə belə deyil. Bəs onda niyə K.Heydərova qısqanclıqla yanaşırlar. Bəzi qüvvələr şübhəsiz ki, belə istəyirlər. Fövqəladə Hallar Nazirliyi yaranana qədər suda batanların, itənlərin, boğulub ölənlərin. Uçmuş evlərin altında qalanların köməyinə gələn tapılmırdı, tapılsa da yalnız ölənləri tapmağa gələrdilər. Evi yanıb, külə dönənin tıfağı dağılandan sonra yanğın maşınlarının siqnalları eşidilərdi. Bu nazirlik mövcud olana qədər “pajarniklərə” salam verən yox idi. Indi bu yanğınsöndürənlər ölkədə ən adlı-sanlı, sayılıb-seçilən olublar. Bəli, məhz Kəmaləddin Heydərovun rəhbərliyi və nüfuzu hesabına. Bir anlığa təsəvvür edək ki, bu nazirlyin rəhbəri başqası olaydı, fərqi yoxdur. Kim olur-olsun . Vallah Fövqəladə Hallar Nazirliyi əvvəlki kimi “fövqəladə hallar komissiyası” kimi olacaqdı, ölü bir təşkilat! Odur ki, düz deyiblər heç də komitə, təşkilat, nazirlik iş görmür, işi insanlar, onlara rəhbərlik edən şəxslər görürlər.
Tələbkarlıq, işə ciddi yanaşmaq, işi kimə tapşırmağı bilmək rəhbər üçün birinci şərtdir. Işçi də rəhbərinin kim olduğunu yaxşı bilir, məsuliyyətmhiss edir, işinə möhkəm yanaşır. Belə bir söz var: Qanun güclüdür, lakin məhrumiyyət və ehtiyac ondan da güclüdür? Hökmdar həmişə bunu nəzərə almalıdır. Əlbəttə, bu təşkilatın əməkdaşları nə qədər məsuliyyətlə və tələbkarlıqla işləsələr də, onların maddi və mənəvi tələbatları da ödənilir. Qayğı, diqqət olduğunu yaxşı bilirlər. Təkcə şərt işçidən iş tələb etmək deyil, əməkdaşa yaradılan şərait də mühüm amillərdən biridir. K.Heydərov hələ Gömrük Komitəsinin sədri olmamışdan öncə bu komitənin bütün sərhəd məntəqələri ya kiçik bir dəmir, yaxud da taxta butulkalardan ibarət idi. Hansı ki, ölkəmizə gələn insanlar, xarici qonaqlar, dövlət rəhbərləri, turistlər ilk öncə onlardan sərhəddə ölkəmiz haqqında təsəvvür yaranır.
Kəmaləddin Heydərov bu Komitəyə sədr təyin ediləndən sonra onun şəxsi rəhbərliyi və təşəbbüsü ilə Azərbaycanın bütün sərhəd keçid məntəqələri ən yüksək formada, dünya standartlarına cavab verən yüksək bir formada, deyərdim ən inkişaf etmiş dövlətlərin sərhəd Gömrük orqanlarından da yuxarıda durdu. Bu reallıqdır...
Yeni yaranan bir təşkilat – FHN sovet dövründə mövcud olan, 70 illik tarixə malik təşkilatların (komitə və nazirliklər) çoxunu kölgədə qoyub. Deməli, iş təşkilatın nə adında, nə də formasında deyil. Rəhbərin bacarığındadır, bu bir həyat həqiqətidir. Hamı onun sözünün və işinin sahibi olduğunu yaxşı bilir və belə də tanıyır. Heç vaxt ona olunan müraciət cavabsız qalmır. Hər ağ kağızın, hər olunan müraciətin arxasında insan faktoru dayanır, rəhbər şəxs bunu bilməlidir, təəssüf ki, bu hər yerdə belə deyil.
Bəlkə pis olmaq olar, mümkündür. Söhbət yaxşı əməldən, xeyirxah işdən, insana olan insani münasibətdən gedir. O dövlətə və dövlətçiliyə sadiqdir. Qrub yaradılanları, hələ heç kəs özüylə aparmayıb. Görülən işlər, yaxşı nə varsa hamısı vətən üçün, xalq üçün, gələcək nəsillər üçündür, əgər dövlətimiz güclü olarsa vətənimiz basılmaz olar, ölkəmiz qüdrətli olarsa insanlarımız yaxşı, firavan yaşayar. Ömür bir dəfə verilir, heç kəs təkrar doğulub təzədən yaşamayıb. Insanları düşünmək, yaşadmaq dövləti sevindirmək lazımdır. Çünki əhalinin yaşam tərzi nə qədər yüksək olarsa, dövlət qayğısını nə qədər üzərində hiss edib, özünə dözləti arxa bilərsə...
Bu bir reallıqdır ki, övladını hərbi xidmətə göndərən valideyinlərin əksəriyyəti onların məhz FHN strukturunda xidmət etməsi istəyir. Çünki burada əsl xidmət, qayğı, diqqət var, etibar var, hər əsgər özünü təhlükəsiz və arxalı bilir. FHN-də istər sravi əməkdaş olsun, istərsə general. O rəhbərinə güvənir və arxalanır. Bəli, K.Heydərov belə bir rəhbər və şəxsiyyətdir.
Yaxşıları qiymətləndirmək, tanıtmaq, təlqin etmək insanın insani borcudur. Insan dünya qrub yaratmaq, yaxşı işlər, əməllər sahibi olmaq üçün gəlib. Məhəmməd Peyğəmbər buyurmuşdu: Mən ancaq ən gözəl, ən pak xasiyyətləri tamamlamaq üçün göndərilmişəm. Yaxşı, pak əməl sahibi olmaq hər bir inasnın borcudur. Xeyirxah əməllər sahibi olmaq, təmənnasızyaxşılıqlar etməyi bacarmalıdır.
...Onun qəlbində bir musiqi dünyası da var. Bəlkə bu sevginin rüşeymi və kökü elə oradan qaynaqlanır, oradan, alovlanır. Musiqi oxumu güclü olanın sevgisi ölməz və tükənməz olur. Hər yaranan söz musiqiyə, hər deyilən söz ürəyə toxuna bilmir, qəlbləri kövrəldə, beyinləri düşündürə bilmir. Ancaq onun musiqisi bunları bacarır, ürəyə hökm, qəlbə hakim kəsilə bilir, eşq olsun belə duyğuya! Şah sözü həmişə sözlərin şahı olub. O, sözündə, sözünün şahdır. Onun haqqında yazmaq qərarına gələndə mən həqiqəti və düzgünlüyü yazımın baş qəhrəmanı seçdim. Həmişə haqqın və ədalətin yanında olsuğumu, sözümü deməyi bacarmağı bilirəm. Bildiyim bu həqiqətləri niyə yazmayım? Onsuzda bu həqiqətlər nə vaxtsa yazılacaqdır! Çünki Kəmaləddin Heydərov buna layiqdir! O, xalqına, vətənə, insanlara gərəkli bir şəxsiyyətdir!
Ümummilli liderimiz Heydər Əliyevin beə bir sözü var: vəzifə insana heç bir şey vermir, sadəcə olaraq səlahiyyət verir. Qalan hər şey onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır.
Artıq şərhə ehtiyac duymuram...
T.E.Lessinq

Əkbər Hüseynzadə
“Aktual” qəzeti,
15 iyun 2010-cu il
“Aktual” qəzeti,
15 iyun 2010-cu il