Yanvarın 25-də ADA Universitetində Holokost soyqırımı ilə bağlı təşkil olunmuş “Vəzifədən kənar: Millətlər arasında ədalətli diplomatlar” sərgisi çərçivəsində müzakirələr keçirilib.
Müzakirələrdə çıxış edən BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan təmsilçisi Rəşad Hüseynov Holokost faciəsindən danışıb. O bildirib ki, hazırda əsas məsələ bu hadisə ilə bağlı məlumatların geniş işıqlandırılmasıdır. Müasir nəslin faciə barədə daha çox məlumatlandırılmasının önəminə toxunan R.Hüseynov təhsilin zorakılığın bütün növlərinə qarşı mübarizədə əsas silah olduğunu vurğulayıb.
İsrailin Azərbaycandakı səfirinin müavini xanım Avital Rosenberq çıxışında Holokost faciəsinin dəhşətləri barədə iştirakçılara məlumat verib. Dünyanın müxtəlif ölkələrindən 34 diplomatın günahsız insanlara kömək etdiyini söyləyən A.Rosenberq bununla bağlı İsrailin Baş naziri Benyamin Netanyahunun fevralda İsrail Xarici İşlər Nazirliyində həmin diplomatlara həsr olunan xatirə lövhəsinin açılışını edəcəyini bildirib.
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab keçmişdə baş verənlərin gələcəkdə təkrarlanmaması üçün ölkəsinin Holokostu yadda saxlamalı olduğunu qeyd edib.
Tədbirdə Polşa, İtaliya və Yaponiyanın Azərbaycandaki səfirləri də çıxış edib, Holokost faciəsi ilə bağlı fikirlərini bildiriblər.

Hikmət Əliyev