Ətraf mühit, elm və texnologiyanın, mühəndislik texnologiyasının inkişafı üzrə ixtisaslaşmış latviyalı professor Janis Vilgerts Qərbi Kaspi Universitetində olub. Professor universitetin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində və Texnoparkında yaradılmış şəraitlə tanış olub, universitetin bu sahə üzrə mütəxəssisləri ilə fikir mübadiləsi aparıb.
Müzakirələr xüsusilə təkrar emal və bərpa texnologiyaları sahəsi və bu ixtisas üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, infrastrukturun, maddi-texniki təchizatın gücləndirilməsi və təhsilin praktik yönümünün keyfiyyətinin artırılması ilə bağlı olub.
Qonağa məlumat verilib ki, Qərbi Kaspi Universiteti gənclərimizdə dəyişən dünyaya uyğunlaşma prosesini sürətləndirmək, əmək bazarında daha çox tələb olunan mühəndislik, robototexnika və kompüter sahələri üzrə peşəkar kadrların hazırlanmasına dəstək məqsədilə ardıcıl proqramlar həyata keçirir. Artıq iki ildir ki, universitet Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində bu istiqamətlər üzrə kadr hazırlığı aparır. Tələbələrdə praktik biliklərin möhkəmləndirilməsi məqsədi ilə Məktəbin nəzdində unikal qurğu və avadanlıq təchiz olunmuş laboratoriya və mərkəzlər və Yüksək Texnologiyalar Parkı yaradılıb.
Bildirilib ki, texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir.
Ötən tədris ilində texnoparkda universitetin tələbələri və orta məktəb şagirdlərinin birgə işlədikləri layihələrdən biri (Vooby – ingilis dilini online öyrənmə platforması) Türkiyədə keçirilən beynəlxalq müsabiqədə 800-dək layihə arasından finala vəsiqə qazanaraq mükafatlandırılıb.
Professor J.Vilgerts 2003-2004-cü illərdə Latviyanın Davamlı İnkişaf Təşkilatında idarə heyətinin sədri, 2005-ci ildən indiyə kimi JSC “BAO” müəssisəsində müşahidə şurasının sədri, 2010-cu ildən indiyədək Latviya Tullantıların İdarə olunması Assosiasiyasının sədri, 2011-2014-cü illər ərzində Ətraf Mühit, Bioenerji və Biotexnologiya Bacarıqları Mərkəzində məclis üzvü vəzifəsində çalışıb.
J. Vilgertsin apardığı tədqiqatlar əsasən, ətraf mühit məsələləri üzrə təhlükəli tullantıların proqnozlaşdırılması, axını və ölçülməsi metodikası üzrədir. Bir çox məqalələrində təhlükəli tullantıların axınının ölçülməsi üzrə metodiki işin təşkilindən, idarə olunmasından və həyata keçirilməsindən bəhs edib. Beynəlxalq konfranslarda ətraf mühit məsələləri, elm və texnologiyanın, mühəndislik texnologiyasının inkişafı üzrə məqalələrlə çıxış edib.
Mətbuat Xidməti