Slovakiyalı mütəxəssislər tələbələrimizə sertifikatlar veriblər

Slovakiyalı mütəxəssislər tələbələrimizə sertifikatlar veriblər Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bu ali məktəbin nəqliyyat fakültəsinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) birgə təşkilatçılığı ilə Slovakiyanın “SUDOP TRADE project” şirkətinin mütəxəssisləri tərəfindən aparılan “Dəmir yolunun inşaatı” adlı birillik kurslar yekunlaşıb.
Bu gün həmin kursları uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub. Təqdimat mərasimində “SUDOP TRADE project” şirkətinin mütəxəssisi Yozef Hovanets, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov bildirib ki, bu gün ölkə başçısının ali təhsil müəssisələri qarşısında qoyduğu əsas tələblərdən biri mütəxəssis hazırlığı məsələsidir. Bu istiqamətdə universitet rəhbərliyi mühüm işlər görür, istehsalat müəssisələri ilə əlaqələr genişləndirilir. Prorektor universitetdə 2 mərhələdə aparılan kursların savadlı və bacarıqlı mütəxəssislərin yetişdirilməsində rolunu vurğulayıb, fakültənin bu addımını yüksək qiymətləndirib. O, slovakiyalı mütəxəssislərin dəmir yollarının əsaslı təmiri istiqamətində olan təcrübələrini tələbələrlə bölüşmələrini təqdirəlayiq hal kimi dəyərləndirib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev də öz növbəsində təmsil etdiyi qurum adından hər kəsi salamlayıb. Hazırda dəmir yolları və magistral yollarda savadlı və bacarıqlı mütəxəssislərə ehtiyac duyulduğunu vurğulayan departament rəisi kursların tələbələr üçün olan faydasını diqqətə çatdırıb.
Fakültənin dekanı Elçin Yusifzadə “SUDOP TRADE project” şirkətinin 3 layihəçisi tərəfindən aparılan kurslara böyük maraq göstərildiyini qeyd edib. Bildirilib ki, kurslara 62 nəfər müraciət edib. Yekunda isə 44 tələbə imtahan verib, onlardan 10-u fərqlənmə, 15-i müvəffəqiyyət, qalanları isə dinləyici sertifikatlarına layiq görülüb.
Sonda kursları uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.

AzMİU-nun Mətbuat Xidməti


Slovakiyalı mütəxəssislər tələbələrimizə sertifikatlar veriblərSlovakiyalı mütəxəssislər tələbələrimizə sertifikatlar veriblərSlovakiyalı mütəxəssislər tələbələrimizə sertifikatlar veriblərSlovakiyalı mütəxəssislər tələbələrimizə sertifikatlar veriblər

Oxşar xəbərlər