Bakı Dövlət Universitetinin (BDU) və tarix fakültəsinin 100 illik yubileyi münasibətilə “100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi davam edir. Layihə çərçivəsində fakültənin məzunu, gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüş keçirilib.
Tədbirdə çıxış edən tarix fakültəsinin dekanı, dosent Azad Rzayev layihənin məqsədinin fakültənin məzunlarının sadəcə elm və təhsil sahəsində deyil, dövlət idarəçiliyi və digər sahələrdə də uğurlu fəaliyyət göstərdiyini bir daha diqqətə çatdırmaq olduğunu qeyd edib.
İntiqam Babayev çıxışında gələcək hədəflərin məhz tələbəlik dövründə müəyyənləşdirilməsinin daha uğurlu nəticələr əldə edilməsinə mühüm təsir etdiyini gənclərin diqqətinə çatdırıb və bununla bağlı tövsiyələrini bildirib. O, həyatda fürsəti vaxtında dəyərləndirməyin, cəmiyyətdə rəqabətə davam gətirmək üçün peşə və dil biliklərini daim artırmağın vacib olduğunu vurğulayıb. Nazir müavini dövlətin gənclər siyasəti, gənclərin təhsil və elmi fəaliyyəti üçün mövcud imkanlar haqqında məlumat verib, bu gün tarixçi gənclərin qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüb.
İntiqam Babayev çıxışından sonra fakültənin professor-müəllim və tələbə kollektivinin gənclərin sosial problemləri, işlə təminolunma imkanları, qrant və mübadilə proqramları, gənclər barədə qərar qəbulunda onların iştirakı haqqında suallarını cavablandırıb.
Tədbirdə iştirak edən BDU-nun rektoru Elçin Babayev dövlətin gənclər siyasəti barədə bir çox məsələlərə aydınlıq gətirdiyinə, verilən sualları ətraflı cavablandırdığına görə İntiqam Babayevə təşəkkür edib.
Xatırladaq ki, “100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi cari ilin mart ayından reallaşdırılır. Layihənin rəhbəri tarix fakültəsinin dekanı dosent Azad Rzayev, müəllifi dosent Səidə Quliyevadır.
BDU-nun Mətbuat Xidməti