BDU-da “Kəpənək effekti” layihəsi reallaşdırılıb

BDU-da “Kəpənək effekti” layihəsi reallaşdırılıb Bakı Dövlət Universitetində “Kəpənək effekti” mövzusunda şəxsi inkişaf seminarı keçirilib.
Tədbirdə müxtəlif sahələr üzrə kifayət qədər uğurlara imza atmış ictimai, siyasi və incəsənət xadimlərinin, ekspertlərin çıxışları dinlənilib. Onların hər biri peşə, uğur nədir, motivasiya, şəxsi inkişaf, psixologiya sahəsində mövzulara aydınlıq gətirib.
Tədbiri açan layihənin ideya müəllifi, jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova seminarın əhəmiyyətindən danışıb.
Layihənin rəhbərlərindən biri - jurnalistika fakültəsinin tələbəsi Ümid Oruc seminar iştirakçılarını tədbirin proqramı ilə tanış edib.
Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev “Beynəlxalq jurnalist olmağın yolları” mövzusunda çıxış edib. O, jurnalistlik fəaliyyətindən söz açıb, tələbələri sosial medianın imkanlarından daha aktiv istifadə etməyə və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmağa səsləyib. Vüqar Əliyev tələbələri seçdikləri peşədən asılı olmayaraq öz ölkəsinin və millətinin tarixini də dərindən bilməyə çağırıb.
Seminarda “Barattson School of Business” şirkətinin rəhbəri Elşən Rəhimov “Uğurlu yolda təhsilin vacibliyi, xaricdə təhsilin üstünlükləri” mövzusunda çıxış edib.
“Caspian International Business Services”in təsisçisi, yalanın araşdırması üzrə mütəxəssis Təbriz Hacınski “Proqramlaşdırılmış beyin və düşüncələrin idarə edilməsi” mövzusunda məruzəsini təqdim edib. O, davranış psixologiyası, insan profilinin analizi, bədən dili kimi məqamlara toxunub, tələbə-jurnalistlərlə düzgün sual vermək qaydaları barədə diskussiya aparıb.
“Bir neçə sahədə uğurlu olmaq və dövlət strukturunda nüfuzlu şəxs kimi formalaşmaq” mövzusunda çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva gəncləri daha çox öyrənməyə, mütaliəyə, dünyagörüşünü zənginləşdirməyə çağırıb. O deyib: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”.
“Hünər Group” şirkətinin PR marketinq şöbəsinin rəhbəri Nəsimi Paşayev “Dövlət strukturunda və özəl sektorda uğurlu olmaq” mövzusunda danışıb. O, ictimaiyyət, media ilə əlaqələr, kommunikasiya əsrinin kütləvi informasiya vasitələri, hədəf auditoriyalara görə informasiya kanallarının seçimi, auditoriya üçün nəzərdə tutulmuş məlumatların klassik və müasir çatdırılma yolları, mətbuat xidməti və media mövzuları barədə ətraflı məlumat verib.
Tədbirdə tələbələrin sualları cavablandırılıb, şəxsi inkişafa aid videoçarxlar, sorğular təqdim olunub.

BDU-nun Mətbuat Xidməti



BDU-da “Kəpənək effekti” layihəsi reallaşdırılıbBDU-da “Kəpənək effekti” layihəsi reallaşdırılıbBDU-da “Kəpənək effekti” layihəsi reallaşdırılıb

Oxşar xəbərlər