Biri vardı, biri yox. Qoca Şərqin qapısı, odlar yurdu Azərbaycanımızın dilbər guşələrindən olan Zəngilanın zəngilanlılarla nəfəs-nəfəsə oldiğu çağlar vardı... Sən demə köz olub dil yandıran köçünlük kəlməsi də varmış... Tarzən-pedaqoq, yazıçı, publisist Çərkəz Nəsirli dünyaya gəlişinin 70 illiyini də bu təzadlarla yaşamalı oldu.
Nağıl dili yüyrək olar, deyiblər.. Yaradıcı insanın da ömrü nağıla bənzər... Bir də baxırsan ki, şəvə saça dən salıb illər... Düşünürsən ki, nə tez ötdü qaynar cavanlıq çağı... Amma yox! Yaradıcı insanlar heç vaxt yaşlasmır. Cunki sevgi dolu bir ürək həmişə şövqlə çarpır... yaza-yaza, yarada-yarada. Çərkəz Nəsirli də beləcə ömrün dərələrindən sel kimi, təpələrindən yel kimi, badi-sərsər kimi keçərək 70 illik yubilyardı.
Əsrlərin, qərinələrin o üzündən bəri gələn ədəbi düşüncəmizin, şifahi söz sənətimizin incilərindən olan nağıl başlanğıcındakı epik formulla yubilyar haqqında düşüncələrimə “bismillah” etməyim də rəmz olaraq məhz bu məğzdən qaynaqlanıb.
Düşünürəm ki, çoxumuz sərt və sal qayaların “qabar-qabar” olmuş bəzi yerlərində zoğların boy göstərdiyini müşahidə etməmiş deyilik. Nədir bu? Təbiətin ecazkarlığı qarşısında əriyən sərtliyin məğlubiyyətimi, yoxsa hansısa qüvvənin təzahür forması? Yox, bu yaranışın vəhdətə qovuşması, günəş ziyasına üz tutmaq, yaşam təzahürünün təcəllisidir. İnsan da özünü, həyatın mənasını dərk etdiyi gündən enişli-yoxuşlu həyat yolu keçib, özünü sübut etməyə, təsdiqləməyə çalışır. Hərə bir cür... İnsan da təbiətin bir parçası, yaranışın zərrəsidir. Öz - özlüyündə bir dünyaya dönür. İllər keçdikcə Tanrının ona bəxş etdiyi ömür qismətinin hər anı gözünə, könlünə köçür.
Təzadlarla üz-üzə, gerçəkliklə göz-gözə acılı-şirinli, kədərli-sevincli, sevgili-nifrətli həyat yaşayır... Beləcə, ömrün yaşanmış məqamları özündən uzaqlaşdıqca, tarixləşdikcə bitib-tükənməyən nəhayətsiz çalarlara boyanır.
Təxəyyül və idrak sonsuzluğunda qurub-yaratmaq, yaşayıb-yaşatmaq istəyi süsləyir özünü dərk edən insanın ruhunu, varlığını.
Müdriklərdən birinin “İnsan sirdir, onu açmaq gərək; əgər bütün ömrünü buna sərf etsən, vaxtımı itirdim demə” deyimini xatırlayıram. O insanlar ki, varlığı, enerjisi ədalət ülgüsündən keçir, xeyir bağlarına dayaqlanır, insanlıq adının ülviliyinə ünvanlanır.
Yaşadığımız zaman kəsiyindən arxaya boylanıram. Köklü-köməcli bir xalqın ərənləri, zəkaları, dühalarının yüksək amalları ülviləşən qüdrəti salamlayır bizləri. İnsanlıqla yaşıd bir gerçəklik hakim kəsilir düşüncəmə. Əbədi həyat iksiri xalqın nəhəng, tükənməyən yaradıcı gücü, mənəvi dünyasıdır. Bu xalq neçə-neçə ərənləri, igidləri, zəka sahiblərini, neçə-neçə qeyrət mücəssəməsi olan oğulları böyüdübdür.
Bax, Çərkəz müəllim bu dəyərləri gözünə, könlünə köçürən bir ziyalıdır. Necə deyərlər, bu dəyərlər onda gözəl olur ki, həyata gözəl baxa biləsən, Allahın yaratdığı gözəllikləri dəyərləndirə bilib, cəmiyyəti gözəl görmək istəyəsən və öz əməlinlə buna can atasan.
Düşünürəm ki, Çərkəz Nəsirlinin ömür yolunu özündə ehtiva edən bioqrafiyası ilə tanışlıq və bu qısa bioqrafik məlumatın ehtiva etdiyi xronoloji xülasə onun 70 illik ömür salnaməsinin ştrixlərinə işıq tutan bir vəsilə olar:
Çərkəz Cəlal oğlu Nəsirli 1949 cu il iyun ayının 15-də Zəngilan rayonunun Keçikli kəndində dunyaya göz açmışdır. 1956-1966-cı illərdə Zəngilan rayonunun 1 saylı orta məktəbində və eləcə də rayon uşaq musiqi məktəbinin tar sinfində təhsil almışdır. 1961-1966-cı illərdə Üzeyir Hacıbəyov adına Ağdam şəhər orta ixtisas musiqi məktəbində təhsil alaraq, tar üzrə müəllim ixtisasına yiyələnmişdir. 1970 - 1972-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1972 - ci ilin dekabr ayından Zəngilan rayon uçaq musiqi mıktəbində tar müəllimi olaraq əmək fəaliyyətinə başlamış və 1973-cü ilin may ayından 1990-ci ilin aprel ayınadək Zəngilan rayon uşaq musiqi məktəbinin direktoru vəzifəsində çalışmışdır.
1979 -1984-cü illərdə Azərbaycan İncəsənət İnstitunda mədəni-maarif ixtisası üzrə ali təhsil almışdır.
1990-cı ildən 1993-cü ilə qədər Zəngilan rayon Bartaz uşaq musiqi məktəbində direktor vəzifəsində çalışmışdır.
Çərkəz Nəsirli 1993 cü ildən - Zəngilan rayonunun işğalından sonra Bakı şəhərində məcburi köçkün kimi məskunlaşmış və Binəqədi rayonunda fəaliyyət göstərən Zəngilan rayon Bartaz kənd uşaq musiqi məktəbinin direktoru olaraq çalışmaqdadır.
Onunla tanışlıq tariximiz obrazlı desək, “qədim” olmasa da münasibətlərimizin təməlində dayanan dəyər - ağsaqqallıq milli-mənəvi köklərimizə bağlılığı ilə qədərincə qədimdir. O dəyər ki, neçə-neçə əsrlərin, qərinələrin təfəkkür təbəddülatlatını adlayaraq, yaddaş aynamıza müdriklik rəmzi olaraq həkk olub. Bu məqamda yaddaşımda “Ağsaqqal - sabaha Dədəlik yolu” adlı şerim yarpaqlanır:
Ağsaqqal – sabaha Dədəlik yolu,
Bir elin, ulusun ehtiram tacı.
Ədəb-ərkanı da özütək ulu,
Haqdır, ədalətdir məslək, inancı.
Hər atası kordan Koroğlu olmaz,
Ağsaqqal sayılmaz hər ahıl kəs də...
Olsa da nə qədər saç-saqqal bəyaz,
Müdriklik bir şərtdir ağsaqqal kəsdə.
Ağsaqqal çağrılır kimi yaş ilə,
Saqqalın ağlığı üzüağ deyil.
Batmanlıq ölçülüb uca baş ilə...
Həqiqəti demək üzə ağ deyil.
Batman kişilərin üzü nurludur,
Baharı nəğməli, qışı nağıldır.
Ağsaqqal kəlməsi, sözü dürlüdür,
Əxlaq hüsniyyəti kamal, ağıldır.
Hər nəyin, hər nəyin zirvəsi varsa,
Ömrün yaş zirvəsi bəlkə də yoxdu.
Ömrün bahar, payız cilvəsi varsa,
Ürəkdə çağlayan arzular çoxdu.
Nurdan yoğrulubdu dədə öyüdü,
Tanrıya bağlanan qəlb sevgi dolu.
Ulu Dədə Qorqud mərdləri öydü,
Ağsaqqal – sabaha Dədəlik yolu.
Ömrünün böyük və faydalı hissəsini musiqiçi kadrların yetişdirilməsinə sərf edən Çərkəz Nəsirli müsahibələrinin birində deyir: “Ötən əsrin 60-70-ci illərində Zəngilanın musiqi məktəbində yerli pedaqoqlar yox idi. Buraya kənardan təyinatla gələn müəllimlır isə bir müddət işlədikdən sonra çıxıb gedirdilər. Qarşıma məqsəd qoydum ki, nəinki özüm, başqa uşaqları da bu işə - musiqiçi olmağa cəlb edəcəyəm. Belə də oldu...”
Ariflərin təfəkkür aynasında işıqlı şəxsiyyət beş fəzil keyfiyyəti özündə cəmləyir. Bu beş hikmət insanın müdriklik və kamillik məqamını şərtləndirir: elm, ədalət, səxavət, səbir və həya. Elmsiz adam tavansız ev kimidir. Ədalətsizlik-məcrasından çıxmış çay kimidir. Səxavətsiz insan meyvəsiz ağac kimidir. Səbirsiz olmaq işıqsız lampa kimidir. Həyası olmayan insan duzsuz təam kimidir.
Bu hikmət müstəvisində sadalanan insani keyfiyyətlər (elm, ədalət, səxavət, səbir və həya) müdriklik zirvəsinə aparan yoldur ki, Çərkəz müəllimin həyat yolunu məhz o mənəvi dəyərlər şərtləndirir.
Dünya işığına göz açan andan
Ömür dediyimiz bir yol üstəyik.
Belə xəlq edibdi Ulu Yaradan,
Təpədən-dırnağa arzu-istəyik.
Ağsaqqal çağında yol gedənlərin
Düşər çöhrəsinə Tanrı işığı.
Ağsaqqal zirvəsi fəth edənlərin
İlahi qüdrətdən nur yaraşığı.
Hər kəsin əməli onun aynası,
Sənin həyat yolun gəncliyə örnək.
Ağsaqqal yolunun idrak-mayası
Haqqa, həqiqətə yön olan məslək.
Çərkəz Nəsirli pedaqoji fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyəti ilə də rayon ictimaiyyətinin rəğbətini qazanan qələm sahiblərindəndir. “Musiqi ilə döyünən ürəklər”, “Zəngilanda musiqi ocağı” “Köç gedəndən sonra”, “Gülnisə xalanın gəlini” kitablarının müəllifidir.
Çərkəz Nəsirlinəsri gerçək məzmuna uyuşmayan intonasiya və saxta romantik pafosun əhatəliyindən uzaq olmaqla əsasən real həyata , faktlara dayaqlanan yazıçı təxəyyülünün məhsuludur. Ayrı-ayrı fərdlərin timsalında sosial gerçəkləri əks etdirən bu bədii örnəklərdə lirik-psixoloji təhkiyə tərzi daha qabarıqdır. Bədii fakt “virtual” olsa belə , özünü ” vizual şəkildə “ inikas etdirir, assosiasiya olunur.
Özünəməxsus yazı üslubu və dərin mühakimə qabiliyyətinə malik olan Ç. Nəsirlinin hekayələrinin dili morfoloji-sintaktik quruluş, leksik tərkib baxımından xalq dilinə, canlı danışıq dilinə çox yaxındır. Bu fikirləri müvazi olaraq onun publisistik yazılarına da şamil etmək olar. Zənnimcə, Çərkəz müəllim mahir tarzən olaraq mizrabla sarı simdə necə gəzişmə edirsə, o sayaq da qələmi ilə, bədii sözü ilə də sarı simə vurur... Çərkəz müəllimin istər publisistik qələm nümunələri, ustərsə də nəsrini oxuduqca məhrəm bir düşüncənin, duyguların ovqatında öz-ozümə pıçıldayıram: bu səs mənə tanış gəlir...
Uzaq keçmişdən süzülüb gələn bu sehrli səslər: “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çahargah”, “Bayatı- Şiraz” və “Hümayun” (yeddi əsas muğam) Azərbaycan musiqisinin əsasını, özəyini təşkil edir ki, milli mənlik şüuru dərinləşdirə bilmək qüdrətinə malik olmaqla misilsiz mənəvi nemətdir. Əbəs yerə deyilmir ki, muğamlar ömrümüzün əbədiyyət nəğməsidir. O nəğmə ki, dinlədikcə düşünürsən: bu səs mənə tanış gəlir. İlahi nidası, həqiqətin sədası tək ruhumuza hopduqca...“Bu səs mənə tanış gəlir” adlı şeirimdə yazdığım kimi:
Çahargah”da həyacanım,
Damarımda coşur qanım.
Göz önündə dağ-aranım...
Bu səs mənə tanış gəlir.
“Bayatı-Şiraz”–qəm səsim,
İtirib kimi kimsəsin.
Dağlı sinələr dinləsin…
Bu səs mənə tanış gəlir.
“Şüştər”imdə dərin kədər,
Oxu, boğur məni qəhər.
Çəkilən ah getməz hədər…
Bu səs mənə tanış gəlir.
“Humayun”da kədər gəzir,
Dərdlə ürək oldu canbir.
Ay oxuyan, nədir bu sirr?
Bu səs mənə tanış gəlir.
“Segah”ımda məhəbbət var,
Duyğularım sığallanar.
Qənşərimdə mələk durar,
Bu səs mənə tanış gəlir.
“Rast”da mərdlik əhvalı var,
Dilləndikcə simlərdə tar.
Zirvələnib səs ucalar,
Bu səs mənə tanış gəlir.
“Şur” şən ovqat sədasıdır,
Ürəklərin sevdasıdır.
Ruhum səslə doyasıdır…
Bu səs mənə tanış gəlir.
Səs selində yüngülləşdim,
Artdı qəlbdə Tanrı eşqim.
Bəlkə, səslə izə düşdüm…
Bu səs mənə tanış gəlir.
Mənəvi ucalığın bir məqamı da “Elin gözü tərəzidir” - el deyiminin ehtiva etdiyi örnək ülgüsüdür ki, bu məqama yetişən, ülviləşən insanlar öz əməlləri ilə elin, cəmiyyətin rəğbət, ehtiramını qazanmış olurlar. Bu insanlar təbii ki, Vətənə, xalqa, insanlıq adına töhfə vermiş, fərddən şəxsiyyətə yüksəlmiş insanlardır. Hər kəs ki el- obsını sevirsə və bunu işində, əməlində həyata keçirirsə, belələrinin ömür yolu şərəfli bir ömür yolu hesab olunur. Bax, beləcə ömür yaşayıb və yaşayır Çərkəz Nəsirli.Ürəyi daim xeyirxah arzularla dolu olan, Vətəninə bağlı olan Çərkəz müəllim 70 ildir ki, bu yolla sabaha inamla, şövqlə addımlayır.
Azərbaycanımızın Boyük Zəfər Yürüşü, ulu, əzəli yurd yerlərimizə dönmək-Qayıdış inamı ilə addımlarınız uğurlu, sabahlarınız müjdəli olsun, Vətən sevdalı, yurd nisgilli Çərkəz müəllim!

Tapdıq ƏLİBƏYLİ
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident Təqaüdçüsü
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident Təqaüdçüsü