Zoologiya İnstitutunda rusiyalı alimin Uralda aparılan tədqiqatlarla bağlı məruzəsi dinlənilib

Zoologiya İnstitutunda rusiyalı alimin Uralda aparılan tədqiqatlarla bağlı məruzəsi dinlənilib Rusiya Elmlər Akademiyasının Ural bölməsinin Bitki və Heyvanların Ekologiyası İnstitutunun əməkdaşı, biologiya elmləri doktoru, professor Vladimir Verşinin Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda olub.
İnstitutda təşkil olunan elmi seminarda Vladimir Verşinin Ural ərazisində urbanizasiyanın landşaftlarda canlılara göstərdiyi təsir və baş verən dəyişikliklərə dair məruzə ilə çıxış edib. Rusiyalı alim təxminən 40 il ərzində bu istiqamətdə aparılan elmi tədqiqatların nəticələri barədə institut əməkdaşlarını məlumatlandırıb.
Mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər