İlahiyyat İnstitutunun “Bədii əsər oxuma müsabiqəsi”nə qeydiyyat davam edir

İlahiyyat İnstitutunun “Bədii əsər oxuma müsabiqəsi”nə qeydiyyat davam edir Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün artırılması və maarifləndirilməsi üçün “Bədii əsər oxuma müsabiqəsi” layihəsinə start verir. Layihədə yerli və xarici ədəbiyyatın görkəmli nümayəndələrinin seçmə əsərlərinin oxunması nəzərdə tutulur.
Müsabiqədə iştirak etmək istəyən tələbələr noyabrın 30-dək institutda qeydiyyatdan keçməlidirlər.
Xatırladaq ki, layihə “Bədii əsər oxuma müsabiqəsi (yerli ədəbiyyat)” və “Bədii əsər oxuma müsabiqəsi (xarici ədəbiyyat)” başlığı altında ildə iki dəfə keçiriləcək.
“Bədii əsər oxuma müsabiqəsi (yerli ədəbiyyat) - I” dekabrın 21-də olacaq. Layihədə İsa Hüseynovun “Məhşər”, Süleyman Rəhimovun “Mehman”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Cəfər Cabbarlının “Almaz”, Hüseyn Cavidin “İblis” əsərlərinin oxunması nəzərdə tutulur. Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər