İlahiyyat İnstitutunda “Bədii əsər oxuma müsabiqəsi”

İlahiyyat İnstitutunda “Bədii əsər oxuma müsabiqəsi” Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün artırılması və maarifləndirilməsi üçün “Bədii əsər oxuma müsabiqəsi” layihəsinə start verir. Layihədə yerli və xarici ədəbiyyatın görkəmli nümayəndələrinin seçmə əsərlərinin oxunması nəzərdə tutulur.
Müsabiqədə iştirak etmək istəyən tələbələr noyabrın 30-dək qeydiyyatdan keçməlidirlər.
Layihə “Bədii əsər oxuma müsabiqəsi (yerli ədəbiyyat)” və “Bədii əsər oxuma müsabiqəsi (xarici ədəbiyyat)” başlığı altında ildə iki dəfə keçiriləcək. “Bədii əsər oxuma müsabiqəsi (yerli ədəbiyyat) - I” dekabrın 21-də olacaq. Layihədə İsa Hüseynovun “Məhşər”, Süleyman Rəhimovun “Mehman”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Cəfər Cabbarlının “Almaz”, Hüseyn Cavidin “İblis” əsərlərinin oxunması nəzərdə tutulur. Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər