İsmayıllı Peşə Tədris Mərkəzində gənclərə bələdiyyə seçkiləri barədə məlumat verilib

İsmayıllı Peşə Tədris Mərkəzində gənclərə bələdiyyə seçkiləri barədə məlumat verilib İsmayıllı Peşə Tədris Mərkəzində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.
Görüşdə mərkəzin direktoru Zaur Muradov ölkəmiz üçün böyük siyasi əhəmiyyət daşıyan növbəti bələdiyyə seçkiləri barədə məlumat verib, ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi istiqamətində görülmüş işlərdən danışıb.
İsmayıllı Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov gəncləri bələdiyyə seçkilərində fəal olmağa çağırıb. O, rayonda son illərdə dövlət-gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin rayonun ictimai-siyasi həyatındakı fəal rolunu diqqətə çatdırıb.
Rayon dairə seçki komissiyasının üzvi Hacı Məmmədov çıxış edərək növbəti bələdiyyə seçkilərinin də əvvəlki seçkilər kimi şəffaf, aydın keçirilməsi üçün hər cür şərait yaradıldığını vurğulayıb.
Tədbirdə Peşə Tədris Mərkəzinin 54 tələbəsi iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər