İlahiyyat İnstitutunda aprel ayının yekunları ilə bağlı iclas keçirilib

İlahiyyat İnstitutunda aprel ayının yekunları ilə bağlı iclas keçirilib Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində aprel ayının nəticələrinə həsr olunmuş növbəti iclasını keçirib. İnstitut rəhbərliyi və əməkdaşlarının iştirak etdiyi tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub.
Rektor Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət ayrılır. İnstitut rəhbəri vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Gənc nəslin sağlam ruhda yetişməsinin, dünya standartları ilə ayaqlaşan yüksək təhsillə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirən C.Məmmədov Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən bəhs edib. Tədris prosesi, müəllimlərin fəaliyyəti, kitabların nəşri, elmi məqalələrin çap olunması istiqamətində görülən işlər, həmçinin nəzərdə tutulmuş işlər haqqında fikirlərini bölüşüb.
Rektor xarici universitetlərlə əlaqələrin qurulması, tələbələrin tətil zamanı yay məktəblərində iştirakı istiqamətində məqsədyönlü fəaliyyəti nəzərə çatdırıb.
Zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik, dərinbilikli, vətənpərvər mütəxəssislərin yetişdirilməsinin İnstitutun əsas vəzifələrindən olduğunu nəzərə çatdıran C.Məmmədov bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər etdiyini, ona göstərilən yüksək inam və etimadı doğrultmaq üçün var gücü ilə çalışdığını bildirib.

Aİİ-nin Mətbuat Xidməti


İlahiyyat İnstitutunda aprel ayının yekunları ilə bağlı iclas keçirilib

Oxşar xəbərlər