Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələrlə görüş keçirilib.
Görüşdə tədris, təlim-tərbiyə, təhsildə qazanılan naliyyətlər, həyata keçirilən yeni layihələr və digər cari məsələlər müzakirə olunub.
Aİİ-nin rektoru Ceyhun Məmmədov tələbələri salamlayaraq bildirib ki, görüşün məqsədi gələcək hədəf və vəzifələr barədə onları məlumatlandırmaq, sosial problemlərini, tədris sahəsində olan çətinliklərini və təkliflərini öyrənmək, bir sıra tövsiyələr verməkdir. Rektor ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Respublika Prezidentinin bu sahəyə diqqət və qayğısı nəticəsində ciddi nailiyyətlər qazanılmış, təhsilin davamlı inkişafına yönəlik əsaslı tədbirlər görülmüşdür.
C.Məmmədov qeyd edib ki, Aİİ-də dövlətin qayğı və təminatı ilə tələbələr üçün hər cür şərait yaradılıb. Təhsilalanların ictimai həyatda aktivliyindən və dil biliklərinin daha yaxşı mənimsənilməsindən danışan rektor gənclərə öz peşələrinə mükəmməl yiyələnməklə yanaşı, Vətəni və milləti sevən, onun təəssübünü çəkən layiqli vətəndaş olmağın önəmini vurğulayıb. İnstitut rəhbəri təlim-tərbiyə prosesinin uğurla həyata keçirilməsi üçün ali təhsil müəssisəsində müəllim və tələbələr arasında qarşılıqlı münasibətlərin düzgün qurulmasının əhəmiyyətini qeyd edib.
Daha sonra C.Məmmədov tələbələrə İnstitutun və ölkəmizin sosial həyatında fəal iştirak etməyi, könüllü proqramlarına qoşulmağı, layihələrdə aktiv iştirak etməyi tövsiyə edib.
Aİİ-nin II kurs tələbəsi Fərid Qasımzadə tələbələrin adından çıxış edərək bildirib ki, gələcəkdə peşəkar mütəxəssis olmaq istəyiriksə İnstitutun bizə göstərdiyi etimadı hər zaman doğurultmağa, ali təhsil müəssisəsinin və ölkəmizin ictimai və sosial həyatında aktiv iştirak etməyə, dərslərimizdə fəal olmağa çalışmalıyıq.
Tədbir tələbələrin Aİİ rektoruna tədris prosesi, təlim, təhsil və sosial məsələlər ətrafında suallar ünvanlaması ilə davam edib. C.Məmmədov öz məsləhət və tövsiyələrini verərək, bir sıra problemlərə aydınlıq gətirib.
Tehsil-press.az