Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, müəssisənin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov, həmin qurumun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülnarə Balakişiyeva və fransalı professor Xavier Foissacın birgə apardıqları tədqiqatlar nəticəsində dünya elmi üçün yeni məlumat əldə edilib.
Araşdırma zamanı Azərbaycanda "Candidatus Phytoplazma solani" fitopatogeninin həşərat vektorları "mtCOI mitoxondri" markeri vasitəsilə barkodlaşdırma əsasında identifikasiya olunub. Müəyyən edilib ki, bu fitoplazma növü "Hyalestes obsoletus" və "Reptalus noahi" həşəratları ilə yayılır. Alınan nəticə "Reptalus noahi" həşərat növünün "Candidatus Phytoplazma solani" fitoplazmasını yayması haqqında dünyada ilk məlumatdır.
Tehsil-press.az