Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Sosial və elmi araşdırmalar departamentinin nəzdində fəaliyyətə başlayan “Vikipediya” qrupu tərəfindən İkinci Dünya müharibəsində alman faşizminə qarşı vuruşmuş azərbaycanlı partizan Mirdamət Seyidov haqqında məqalə yaradılıb.
Bu barədə Tehsil-press.az-a AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk məlumat verib. O bildirib ki, məqalədə azərbaycanlı partizanın keçdiyi döyüş yolu haqqında maraqlı məlumatlar yer alıb.
Məqalədə qeyd edilib ki, Mirdamət Seyidov İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliya ərazisində işğalçılara qarşı cəsarətli əməliyyatlar aparan sovet zabiti və kəşfiyyatçısı kimi xidmət edib. Onun əfsanəvi partizanlar Cavad Həkimli, Mehdi Hüseynzadə ilə tanışlığı da buradan başlayıb. Onlar dəfələrlə birlikdə çətin tapşırıqları çiyin-çiyinə yerinə yetiriblər. Mirdamət Seyidov və Mehdi Hüseynzadə gizli antifaşist təşkilatı yaradıblar. Bir-birinin ardınca əldə olunan uğurlar onu nəinki bütün ölkədə, hətta İtaliya və Yusoqlaviyada da məşhurlaşdırır. Mavi gözlü gənc partizanı artıq İvan Ruskiy, Miriço Mario və Vesilin təxəllüsləri ilə tanıyırdılar. Mirdamət Seyidov və Mehdi Hüseynzadə 1944-cü il aprelin 2-də Triest şəhərinin yaxınlığında – Opçine adlı yerdə kinoteatrı partladıblar.
Mirdamət Seyidovun partizan həyatını əks etdirən müxtəlif sənədlər AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır. Mirdamət Seyidov 2011-ci ildə vəfat edib və Göygöl rayonunun Qızılca kəndində dəfn olunub. O, qələbənin əldə olunmasında göstərdiyi igidliyə görə dəfələrlə orden və medallalra təltif olunub. Onun italyan pasportu, diplomları, ordenləri hazırda Moskvadakı Frunze adına Silahlı Qüvvələr Muzeyində qorunur.
Tehsil-press.az