Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Genetik Ehtiyatlar İnstitutunun əsərləri” (“Proceedings of the Genetic Resources Institute of ANAS”) jurnalı məqalə qəbulu elan edir.
Məqalələrin qəbulu aprelin 30-dək davam edəcək. Təqdim olunacaq məqalələr orijinal tədqiqatların nəticələrini əks etdirməli, Azərbaycan, ingilis və rus dillərinin birində yazılmalıdır. Tədqiqat xarakterli məqalələrin həcmi jurnalın qaydalarına görə tərtib olunmuş 4-8 səhifədən, icmal xarakterli məqalələr isə 8-10 səhifədən çox olmamalıdır.
Qeyd edək ki, jurnalda genetika, genomika, insan genetikası, bioinformatika, seleksiya və toxumçuluq, ekologiya və bioloji ehtiyatlar elmlərinin müxtəlif sahələrinə və fənlərarası tədqiqatlara aid yüksəkkeyfiyyətli məqalələr dərc olunur.
Tehsil-press.az