Peşə təhsil mərkəzində Gənclər Günü

Peşə təhsil mərkəzində Gənclər Günü Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Gəncləri Günü qeyd olunub.
Tədbir təşkilatçısı ixtisasının tələbələri Fatimə Əliyeva və Rəşidə Əliyevanın aparıcılığı ilə 2 fevral Gənclər gününə həsr olunan veriliş hazırlanıb. Verilişdə 2 fevral – Azərbaycan Gəncləri Günü haqqında ətraflı məlumat verilib. Mərkəzin tədbir təşkilatçısı qrupunun tələbəsi Aynur Dadaşova musiqi nömrəsi ilə gəncləri təbrik edib, eləcə də eyni ixtisasın tələbələri Elvin Əlizadə və Aygün Salmanova rəqs nömrəsi ilə çıxış ediblər.
Sosial-ictimai fəaliyyətinə, təhsildə göstərdikləri nailiyyətlərə görə fərqlənən tələbələrə diplom təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər