BSU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

BSU-da Azərbaycan Gəncləri Günü qeyd olunub Bakı Slavyan Universitetində (BSU) 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov çıxışında vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi sahəsində müəyyən etdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rafiq Novruzov ulu öndər Heydər Əliyevin gənclərə daim qayğı ilə yanaşdığını və Azərbaycan Gəncləri Gününün təsis edilməsinin həmin qayğının təzahürü olduğunu bildirib.
Prorektor gənclərin öz fəaliyyətləri ilə bu etimadı hər an doğrultduqlarını, Prezident İlham Əliyevi daim dəstəklədiklərini vurğulayıb. Professor Rafiq Novruzov müstəqilliyin böyük nemət olduğunu deyib və hər bir gənci müstəqilliymizin qorunması sahəsində üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırıb.
BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova Azərbaycan Gəncləri Gününün yaranma tarixindən danışıb. Bildirib ki, Bakı Slavyan Universitetinin gəncləri ölkəmizdə keçirilən daxili və beynəlxalq miqyaslı tədbirlərdə könüllü olaraq fəal iştirak edirlər.
Tədbir çərçivəsində universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən 30 tələbəyə təşəkkürnamə təqdim olunub, BSU tələbələrinin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib.

BSU-nun Mtbuat Xidmti


BSU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

BSU-da Azərbaycan Gəncləri Günü qeyd olunub

Oxşar xəbərlər