Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti və memar Laura Peretti ilə görüşüb.
Görüşdə akademik Ramiz Mehdiyev Azərbaycanla İtaliya arasında tarixən mövcud olmuş əlaqələrdən söz açıb. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfərini xatırladan akademiya rəhbəri ölkələrimiz arasında bir sıra istiqamətlərdə, o cümlədən elm sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib.
Sonra Sandro Teti İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evinin fəaliyyəti barədə ətraflı məlumat verib. Rəhbərlik etdiyi poliqrafiya müəssisəsinin çap məhsullarının yayıldığı dünya ölkələri, həmçinin burada nəşr olunan kitabların tematikası, yayımı, yüksək çap səviyyəsi haqqında danışan italiyalı naşir fəaliyyət sahələrinin əhəmiyyətli tərkib hissəsini əhatə edən tərcümə əsərləri barədə söz açıb. O, burada xarici ölkə müəlliflərinin nəşr edilən əsərlərinin alim-tərcüməçilər tərəfindən yüksək peşəkarlıqla tərcümə edildiyini, əsərlərin orijinala daha yaxın olduğunu xüsusi vurğulayıb. “Sandro Teti” nəşriyyatında çap olunan kitablardan nümunələri və Azərbaycanla bağlı bir sıra kitabların çap olunmamış layihə variantlarını müzakirə üçün təqdim edən italiyalı qonaq AMEA rəhbərliyinə də öz peşəkar xidmətlərini təklif edərək əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Akademik Ramiz Mehdiyev Azərbaycan elminin bir sıra istiqamətlərini əhatə edən müxtəlif səpkili kitabların bu günə qədər dünyanın bir çox dillərinə tərcümə olunaraq yayıldığını qeyd edib. İtaliyanın nəşriyyat rəhbərinin Azərbaycanla bağlı təkliflərini yüksək dəyərləndirən akademik Ramiz Mehdiyev ölkə elminin Avropada təbliğ olunmasının genişləndirilməsi məqsədilə bir sıra əsərlərin italyan dilinə tərcümə edilib yayılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə nəşriyyat işi və arxeoloji memarlıq sahəsində fikir mübadiləsi aparılıb. Sonra Azərbaycan tarixi, ədəbiyyatı və folklorunu əhatə edən bir neçə əsərin mərhələlərlə italyan dilinə tərcümə edilməsi məsələləri müzakirə olunub.
İtaliyalı naşir rəhbərlik etdiyi nəşriyyatda çap olunmuş Bertelsin “Nizami Gəncəvi” monoqrafiyasını və İmadəddin Nəsiminin italyan dilində çıxmış kitabını AMEA rəhbərliyinə təqdim edib. Ulu öndər Heydər Əliyevin həyatı və yaradıcılığını, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, həmçinin “Kitabi-Dədə Qorqud” dastanını, o cümlədən çoxəsrlik Azərbaycan ədəbiyyatı nümunələrini əhatə edən əsərlərin İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evində peşəkar şərqşünas alimlər tərəfindən italyan dilinə tərcümə olunaraq çap edilməsi barədə ilkin razılığa gəlinib.
Görüşdə AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev də iştirak ediblər.
Tehsil-press.az