AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda “Sənnə” tipli xovsuz xalça növü olan XIX əsr Urmiya kilimi (200x300 sm.) saxlanılır.
1974-cü ildə muzeyə daxil olan yun və pambıq qarışıqlı kilimin üzərində stilizə olunmuş nəbati naxışlar həkk olunub. Kənarında üç zolaqda həndəsi naxışlı yelən haşiyə, ara sahədə isə bir-birindən kiçik üç rombvarı medalyon toxunub. İki tərəfi saçaqlıdır.
Qeyd edilib ki, zərurət səbəbi ilə kilim muzeyin bərpaçı rəssamı Qənirə Məmmədova tərəfindən bərpa edilib. Öz rənglərinə uyğun rəngli iplərlə bərpa olunan kilim yenidən fonda təhvil verilib.
Bərpa prosesində - kilimin toxunuşunda istifadə olunmuş tünd qəhvəyi rəngli iplərin qoz ağacının meyvəsi ilə boyandığı aşkar olunub. Zaman keçdikcə bu boyanın “özü özünü yeməsi” və eyni zamanda kilimin ara sahəsinin daha çox ayaq altda sürtülməsi, kilimdəki həmin hissələrin sökülüb tökülməsinə səbəb olub. Ən çox bərpaya ehtiyacı olan hissələrin bərpasında oxşar rəngli təbii iplərdən istifadə edilib. Bu zaman kilimin sağ küncündə, haşiyədən yerliyə doğru 7x10 sm ölçüdə cırılmış hissəyə əriş çəkilib, arğacına lazım olan iplərlə eyni naxışlar salınıb. Sökülmənin qarşısını almaq məqsədilə kilimin hər iki baş hissələri sumax toxunuşu ilə bərkidilib.
Kilim XIX əsr Azərbaycan və İran etnoqrafiyasını tədqiq etmək baxımından əhəmiyyətlidir.
Tehsil-press.az