İnformasiya Texnologiyaları İnstitutunda bu il elektron dövlətin, biliklər iqtisadiyyatının, e-təhsilin formalaşması problemləri istiqamətində araşdırmalar aparılıb.
Bu barədə baş mütəxəssis Rasim Mahmudov Elmi Şuranın növbəti iclasında məlumat verib.
R.Mahmudov cari ildə yerinə yetirilən elmi tədqiqat işləri haqqında məlumat verib. O qeyd edib ki, vətəndaş məmnuniyyəti əsasında dövlət xidmətlərinin qiymətləndirilməsi, COVID-19 pandemiyasının yayılmasının modelləşdirilməsi, e-dövlət mühitində e-demoqrafiya sisteminin arxitekturasının işlənilməsi üzrə elmi tədqiqatlar aparılıb. Məruzəçi biliklər iqtisadiyyatının formalaşması problemləri istiqamətində IV Sənaye İnqilabının sosial-iqtisadi trendləri ilə bağlı, eyni zamanda, kiberfiziki sistemlərin sosial-iqtisadi perspektivlərinin, Big Data fəaliyyətinin tənzimlənməsi və s. məsələlər üzrə araşdırmalar aparıldığını qeyd edib. O, həmçinin institutun gənc tədqiqatçıları tərəfindən korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin, həmçinin etnobotanika informasiya sisteminin işlənməsi mövzuları üzrə görülən işləri təqdim edib, nəşr olunan məqalələr barədə məlumat verib.
Daha sonra məruzəçi cari ildə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti barədə məlumat verib.
Tehsil-press.az