“Poetik səslər” bədii qiraət müsabiqəsinin qalibləri müəyyənləşib

“Poetik səslər” bədii qiraət müsabiqəsinin qalibləri müəyyənləşib Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə Uilyam Şekspirin həyat və yaradıcılığına həsr olunan ikinci bədii qiraət müsabiqəsinin builki “Poetik səslər” adlı mərhələsi onlayn formatda keçirilib.
Müsabiqədə 50-dən çox tələbə iştirak edib. Onların çıxışları sərrastlıq, səlislik və diksiya baxımından qiymətləndirilib. Birinci yerə Neyjen Sultanova, Nastassia Kalasauskaya və Cavidan Əsgərov, ikinci yerə Afaq Mustafazadə, Xanmed Paşazadə və Renat Məcidov, üçüncü yerə Afeliya Gocayeva, Beki İdahosa, Gülnaz Allahverdiyeva və Ayşən Abışova, dördüncü yerə isə Toğrul Salmanlı, Ülkər Məmmədova, Ətir Quliyeva və Gülarə Məmişova layiq görülüblər.
Qaliblərə sertifikatlar təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər