AMEA İnformasiya Texnologiyaları İnstitutunda “elibrary.ru” elektron elmi kitabxanasının imkanları, institutun bu kitabxanada təmsilçiliyinə dair mövcud problemlər və onların həlli yolları ilə bağlı onlayn seminar keçirilib.
Tədbirdə əməkdaş Nərgiz Abdullayeva “elibrary.ru” elektron elmi kitabxanasının imkanları haqqında məruzə ilə çıxış edərək, bu onlayn informasiya resursunda qeydiyyatdan keçmək qaydaları barədə danışıb. O, “elibrary.ru” elmi bazasının bir çox xidmətləri və onların funksiyalarından, burada mövcud olan jurnal, kitab, təşkilat, müəllif və s. tipli axtarış növləri və onlardan istifadə qaydalarından bəhs edib.
Daha sonra şöbənin digər əməkdaşı, institutun dissertantı və böyük elmi işçi Nərmin Adıgözəlova “İnformasiya Texnologiyaları İnstitutu “elibrary.ru” elektron elmi kitabxanasında” adlı məruzə ilə çıxış edib. O, “elibrary.ru” elmi bazasında institutun adını daxil edərək, təşkilat üzrə axtarış sorğusu verdikdə bu elmi müəssisədə fəaliyyət göstərən tədqiqatçıların elmi bazada dərc edilmiş məqalələrinin sayını görməyin mümkün olduğunu qeyd edib.
Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, institutun və əməkdaşların müxtəlif dillərdə olan elmi bazalarda identifikasiyası məsələsinə xüsusi diqqət yetirməyin vacibliyini qeyd edib. Alim qlobal informasiya məkanında müvafiq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təqdim olunan xidmətlərdən yararlanmağın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Akademik institutun müxtəlif elmi informasiya resurslarında təmsilçilik məsələləri üzrə qiymətləndirmələrin qurumun elmi fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Bu baxımdan, müntəzəm olaraq, müvafiq istiqamət üzrə göstəricilərin monitorinqinin aparılmasını tövsiyə edib.
Tehsil-press.az