Heydər Əliyevin zəhmətinin bəhrəsini biz bu gün də yaşayırıq - ELMİRA SÜLEYMANOVA

Heydər Əliyevin zəhmətinin bəhrəsini biz bu gün də yaşayırıq - ELMİRA SÜLEYMANOVA İnsan hüquqları üzrə sabiq müvəkkil (Ombudsman), professor, Prezidentin fərdi təqaüdçüsü ElmiraSüleymanova müsahibəsi:
- Elmira xanım, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Uzun illər dövlət orqanında çalışmış bir şəxs kimi Heydər Əliyevlə bağlı fikirləriniz maraqlıdır.
- Elə indicə əlimdə “Qurani-Kərim” oxuyuram. Dinə, imana, dünyanın həqiqətlərinə baxanda anlayıram ki, Heydər Əliyev dünyaya zəruri şəxs kimi gəlmişdi. Heydər Əliyev bu xalqın xilaskarıdır. Hakimiyyətə gələn vaxtı dünyada, eləcə də Azərbaycanda xaos, gərginlik, insanlar arasında nifaq vardı. Azərbaycanda az qala vətəndaş müharibəsi baş qaldırırdı, iqtisadi tənəzzül hökm sürürdü. Ölkəni bu vəziyyətdən xilas etmək üçün Heydər Əliyev dühası lazım idi. O Heydər Əliyev ki, illər əvvəl bu günü, Azərbaycanın o çirkablardan, əzablardan xilas olub ağ günə çıxacağı günü görmüşdü. Heydər Əliyevin sözləri hər zaman qulağımızdadır: “Azərbaycan dünyaya günəş təki doğacaq”.
Belə də oldu. O zaman dünya elə bilirdi ki, Azərbaycan ağır vəziyyətdən çıxa bilməyəcək. O zaman ölkəmizi bu çətinlikdən qurtarmaq üçün Heydər Əliyev uzaqgörənliyi lazım idi. Bugünkü qalib və güclü Azərbaycan məhz Heydər Əliyev siyasətinin uzaqgörənliyinin nəticəsidir. Mən Heydər Əliyev barədə saatlarla danışaram və sözüm tükənməz. Ulu öndər məhz uzaqgörənliyi sayəsində günə uyğun strateji hədəflər müəyyənləşdirməkdə usta idi. Xalq bütün bunları görür və qiymətləndirirdi. Heydər Əliyevin qayıdışı zamanı yaşanan məhz bunu deməyə əsas verir. Onun qayıdışı hər bir azərbaycanlı üçün bayram idi. Həmin günün bəhrələrini biz bu gün də yaşayırıq. Bu gün İlham Əliyev Azərbaycan iqtisadi inkişaf strategiyalarında özünü təsdiqlədi, xalqın, millətin birliyinə nail oldu, pərən-pərən düşən insanları bir əqidəyə-saf əqidəyə, azərbaycançılığa, vətənpərvərliyə, quruculuğa gətirib çıxartdı. Heydər Əliyev siyasəi kursunun layiqli davamçısı İlham Əliyev saysində Azərbaycan dünya ölkələri arasında söz sahibinə çevirilir.
- Bu, həm də Vətən müharibəsindəki tarixi qələbəmizlə birbaşa bağlıdır.
- 44 günlük Vətən müharibəsindəki qələbə Azərbaycanı tarixdə görüməyən zəfərə gətirib çıxartdı. Bu onu yalnız dövlət rəhbəri, siyasətçi kimi dünyaya tanıtmadı, eyni zamanda, əks-həmlə ilə bağlıdəqiq məqamın müəyyən etməsi də da İlham Əliyev uzaqgörənliyinin nəticəsi idi. Hər şey o qədər yerində idi ki, səhv etməyə imkan yox idi. Biz 30 il idi ki, Qarabağ həsrətilə yaşayırıdıq. Dünyada olan siyasi qüvvələr, siyasi ab-hava, əslində alternativ söz tapmıram fikrimi ifadə etmək üçün, çünki çox ağır səslənər, elə ATƏT kimi deyim, qüvvələr və onların havadarları olan dövlətlər nə qədər maneçilik törətdilərsə, buna nail ola bilmədilər. ATƏT hər gələndə deyirdi “bu münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır”. Əslində yaradılanda da bu məqsədlə yardılmışdı.
Amma ATƏT sülhə deyil, münaqişəni alovlandıran qüvvələrə xidmət edirdi. Onların missiyasını da cənab İlham Əliyev yerinə yetirdi. Bu məsələləri analiz edib zamanında qərar verən də məhz İlham Əliyev oldu. Cənab Prezident yumruq strategiyası ilə düyünü çözdü. Hamı da bu yumruğun ətrafında birləşdi.
- Elmira xanım, bu qələbə həm uğurlu siyasət, həm də igid oğullarımızın torpağa tökülən qanı hesabına qazanıldı...
- Heç şübhəsiz!. Bizim minlərlə gəncimiz könüllü, çağırış gözləmədən orduya yazıldı. Müharibəyə ölməyə yox, öldürməyə getdilər. Amma müharibə həm də ölüm deməkdir. Əlimdəki Quranda da yazılıb ki, heç kəs şəhidə “öldü” deməsin. Çünki şəhid cənnətin ən yüksək məqamındadır. Biz nə etsək də onların haqqını verə bilmərik. Allahdan şəhidlərimizin ailələrinə səbr diləyirəm. Biz həm də onların ailəsiyik. Azad olunmuş torpaqlarımızın hər qarışını onlara borcluyuq.
- Bu gün illərlə gözlədiyimiz Qarabağ həsrətimizin sonudur. Ölkə başçısının göstərişilə o torpaqlarda geniş quruculuq və yenidənqurma işlərinə start verilib. Siz də buna şahidlik etmək, o torpaqlara getmək istərdinix, yəqin...
- Bu, bir vətəndaş kimi məni çox fərəhləndirir. Necə böyük sürətlə işlər aparılır. Bəlkə də heç bir dövlət buna cəsarət edə bilməzdi. Hərtərəfli, geniş bərpa işləri gedir. Xüsusilə “ağıllı kənd” layihəsinin reallaşdırılması istiqamətində aparılan işlər... Çoxları sual edirdi ki, “ağıllı kənd” nədir? İndi görünür ki, “ağıllı kənd” layihəsi ən müasir və innovativ texnologiyaların tətbiqilə ərsəyə gətirilir. Bunu reallaşdırmaq üçün bir dövlət xadimi kimi güc, qüvvə lazı idi ki, xalqı səfərbər edəsən. O da İlham Əliyevdə cəmləşib. Biz onun rəhbərliyilə Qarabağa qayıtmışıq.
- Söhbətə başlayanda, dediniz Qurani-Kərim oxuyursunuz. Maraqlı gəldi, din əhlisiz, oruc tutub, namaz qılırsınız?
- Bilirsiniz, məncə hər bir azərbaycanlı İslam dininin bütün dəyərlərini qoruyub saxlamalıdır. Mən dinin nə olduğunu bilmədiyim uşaqlıq illərimdə yadıma gəlir ki, nənəm namaz qılırdı. Sovet dövründəki qadağalara, yasağa rəğmən nənəm ibadətini edirdi. Nəinki İslam, ümumiyyətlə din yasaq idi. Amma bizim evdə, qapının üstündə Qurani-Kərim var idi. Biz evə girib-çıxanda Quranın altından keçirdik. Bu dinimiz, imanımız tarixdən, nəsillərdən gəlir, yeni bir şey deyil. Elə içərisində olduğumuz Ramazan ayının özü də birliyin, nəcibliyin, insanpərvərliyin, nəcib hisslərin bir hissəsidir. Allah bu sülhü, əmin-amanlığa çatdığımız dövrü bizə çox görməsin, əbədi eləsin. Allah Şəhidlərimizə, çal-çağırla döyüşə gedib, cavan canlarını torpağa qurban verən balalarımıza rəhmət eləsin, ailələrinə səbr versin. O Şəhidlər hər birimizin balasıdır. Kiminsə bunu unutmağa haqqı yoxdur. O gənclər cavan ömürlərini ona görə qurban verdilər ki, Azərbaycanın birliyi, qüdrəti, suverenliyi pozulmasın, ərazi bütövlüyü bərpa olunsun.
Onu da bildirim ki, mən Ağsaqqallar Şurasının sədr müavini kimi cənub zonasındakı rayonlara səfərlər edirəm. Bölgələrdə Ağsaqqallar Şurasının yeni sədri, tərkibi seçilir. Orada şəhid və qazi ailələri də təmsil olunur. Bu, onların haqqıdır.
- Sonda uzun illər Ombudsmana rəhbərlik etmiş şəxs kimi qurumun indiki fəaliyyətini qiymətləndirmənizi istərdik. İnsan hüquqları müvəkkil Səbinə Əliyevanın rəhbərliyilə necə qorunur?
- Ombudsmanı təsisat kimi yüksək dəyərləndirirəm. Onun rəhbəri Səbinə xanım müasir tələblərə uyğunolaraq çalışır, davamlı fəaliyyətdədir. Ombudsman üçün müəyyən olunan idarəetməni lazımi səviyyədə icra edir. Xüsusilə müharibə dövrü düşmən cinayətlərilə bağlı beynəlxalq qurumları erməni vəhşiliyilə bağlı məlumatlandırması, azərbaycanlılara qarşı erməni qanında olan nifrəti, baş vermiş soyqırımını beynəlxalq ictimaiyyətə çatdırması təqdirəlayiqdir ki, dünya ölkələri sülh tərəfdarı olan Azərbaycan xalqına dəstək olsunlar.
Tarixən ermənilərə məxsus heç nə, heç qəhrəmanları da olmayıb. Bizi isə dövlət rəhbərlərinin içərisində xalqa xidmət edən, onun azadlığı, istəkləri, milli azadlığı ilə yaşayan prezidentimiz olub, indi də var. Amma ermənilər tarixən belə liderə, belə qəhrəman rəhbərə sahib olmayıblar. Bizim isə bütün dövrlər üçün qəhrəmanlarımız var. Elə bu günlərdə qeyd etdiyimiz 9 May qələbə günündəki kimi. Azərbaycanın Böyük Vətən Müharbəsindəki yeri danılmazdır. Bizimkilər arxa və ön cəbhədə necə lazımdırsa vuruşdu, itkilərimiz oldu, fəxri ad alanlarımız oldu. Demək istəyirəm ki, onlar bugünkü Vətən müharibəsinin qəhrəmanlarının babasıdır.
İlham Əliyev demişkən, II Qarabağ savaşında vuruşanlar onun dövründə yetişmiş gənclərdir. Nəsillər arasında körpülər bizim ən böyük qüdrətimizdir.
Zənginiz gözlənilməz oldu. Ekspromt müsahibə mənim üçün də xoş oldu.

Tehsil-press.az


Oxşar xəbərlər