Azərbaycan Dillər Universitetinin (ADU) Elmi şurasının növbəti onlayn iclası keçirilib. İclası açan universitetin rektoru, akademik Kamal Abdulla bildirib ki, mayın 26-da ADU-da “Arye Qut və Azərbaycan həqiqətləri” mövzusunda dəyirmi masa keçirilib. Həmin tədbirdə elan olunub ki, Arye Quta ADU-nun “Fəxri professoru” adının verilməsi Elmi şuranın gündəliyinə daxil edilib.
Kamal Abdulla əlavə edib ki, Arye Qut xaricdə təşkil olunan ən mötəbər tədbirlərdə Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır, ən nüfuzlu media orqanlarında dəyərli məqalələrlə çıxış edir. O, ABŞ-da, Avropa və Yaxın Şərq ölkələrində təşkil olunan ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycan reallıqları haqqında çıxış edərək bu istiqamətdə çox vacib işlər görür.
“Uzun illərdir Arye Qut Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası və İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin tədbirlərində, ustad dərslərində, dəyirmi masa və görüşlərində yaxından iştirak edir. Onun Qarabağ münaqişəsi, Xocalı faciəsi, Ermənistan-Azərbaycan münasibətlərinə aid yazılmış 700–dən artıq məqaləsi müəllimlər və tələbələr tərəfindən araşdırılır və öyrənilir. Bütün bunları nəzərə alaraq, Arye Quta ADU-nun “Fəxri professoru” adının verilməsi təklif olunur”, - deyə rektor bildirib.
Elmi Şura üzvləri təklifi təqdirəlayiq hal kimi dəyərləndiriblər.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova və Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva Arye Qutun fəaliyyəti haqqında çıxış edib, onun imza atdığı işləri yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Arye Qut 1975–ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər fakültəsini bitirib. Gənc yaşlarında BDU-da müəllim kimi fəaliyyət göstərib. Azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır.
2000–ci ildən İsrailə köçən Arye Qut, İsrail-Azərbaycan münasibətlərinin inkişafında, İsraildə Azərbaycan diasporunun fəaliyyətində daim fəal iştirak edib.
O, hazırda İsraildə “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısıdır. 2016-cı ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir.
Tehsil-press.az