Rusiyanın Ural Federal Universitetinin professoru, xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterova Azərbaycan Dillər Universitetinin (ADU) dəvətli professoru adı verilib.
Bu münasibətlə keçirilən tədbirdə rektor Kamal Abdulla ADU-nun dəvətli professoru vəsiqəsini rusiyalı alimə təqdim edib. Buna görə ADU rəhbərliyinə minnətdarlığını bildirən qonaq Azərbaycanı çox sevdiyini bildirib. A.Nesterov Rusiyada azərbaycanşünaslığın inkişaf etdiyini və artıq elmi istiqamətə çevrildiyini deyib. O, azərbaycanşünaslıq istiqamətində fəaliyyətinin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Akademik K.Abdulla rusiyalı professorun Azərbaycanla bağlı gördüyü işləri xüsusi qeyd edib: “Mən sizə bizim missiyamızı həyata keçirdiyiniz üçün dərin minnətdarlığımı bildirirəm. Bizim missiyamız dünyaya, o cümlədən qonşularımıza Azərbaycanı, onun tarixini, mədəniyyətini, dil və ədəbiyyatını tanıtmaqdan ibarətdir”. Rektorun sözlərinə görə, A.Nesterovla belə razılığa gəlinib ki, onun rəhbərlik etdiyi Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti daha da genişləndirilsin.
K.Abdulla rusiyalı alimin bir neçə dəfə ADU-da olduğunu, burada mühazirələr oxuduğunu, müəllimlər və tələbələrin ona sevgi ilə yanaşdığını deyib.
Digər çıxış edənlər də A.Nesterovun fəaliyyətini yüksək qiymətləndirib, onun mühazirələrinin əhəmiyyətindən söz açıblar.

ADU-nun Mətbuat Xidməti