DİM-in əməkdaşı “Cambridge Assessment Network” tərəfindən təşkil olunan təlimdə iştirak edib

DİM-in əməkdaşı “Cambridge Assessment Network” tərəfindən təşkil olunan təlimdə iştirak edib “Cambridge Assessment Network” tərəfindən müasir test nəzəriyyəsinə (IRT) həsr olunmuş onlayn təlim təşkil edilib.
Təlim testlərin keyfiyyətinin qiymətləndirilməsinin empirik üsullarına maraq göstərən qiymətləndirmə mütəxəssisləri, eləcə də test tərtibatı ilə maraqlananlar üçün nəzərdə tutulub. “Cambridge Assessment Network”ün tərəfdaş təşkilatlarından mütəxəssislərin, təhsildə keyfiyyətin qiymətləndirilməsi ilə məşğul olan müxtəlif beynəlxalq təşkilat və agentliklərin nümayəndələrinin iştirak etdiyi bu təlimə Dövlət İmtahan Mərkəzinin Statistik araşdırmalar və elmi layihələşdirmə şöbəsinin baş məsləhətçisi Elmir Şirinov da qoşulub.
Üç təlimdən ibarət bu interaktiv seriya müasir test nəzəriyyəsinin (IRT) əsas anlayışlarını təqdim edib və təlimlərdə onun faydalı istifadəsinə dair aydın nümunələr göstərilib.
Təlimlərə iştirakçıların IRT modellərinin nəticələrini necə analiz edəcəkləri və nəticələrin şərh edilməsinə dair anlayışlarla bağlı praktiki fəaliyyətlər də daxil edilib.
Təlim iştirakçıları aşağıda göstərilən məsələlər ilə tanış olublar:
-IRT modellərinin müxtəlif növləri və onların necə faydalı ola biləcəyi haqqında anlayış;
-Müxtəlif IRT modellərinin nəticələrinin praktik müzakirəsi;
-IRT-nin testlərin tərtibində istifadəsi.

Tehsil-press.az

Oxşar xəbərlər