Xalq yazıçısı, akademik Kamal Abdulla ömrünün kamillik dövrünü yaşayır. Rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetində tələbələrinin etibarlı dayağıdır, gözəl pedaqoqdur. Məhsuldar elmi və ədəbi yaradıcılığını əzmlə davam etdirən akademik Kamal Abdulla, həmçinin dilçiliyimizin və ədəbiyyatımızın bugünkü vəziyyəti ilə bağlı silsilə ictimai mühazirələr oxumağa hazırlaşır. Bu yaxınlarda isə görkəmli alim Türk Ədəbiyyatı Vəqfi tərəfindən 2021-ci il üçün “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüb. Akademik Kamal Abdulla ilə müsahibəni təqdim edirik.
-Rektoru olduğunuz Azərbaycan Dillər Universitetinin ölkəmizin ali təhsil sistemində xüsusi yeri var. Keçən il Sizinlə müsahibəmizdə klassik dillərdən tərcüməçiyə ehtiyac olduğunu demişdiniz. Hazırda bu sahədə mütəxəssis hazırlığı nə yerdədir.
-Çox maraqlı sualdır və mən bu barədə öz fikirlərimi dəfələrlə demişəm. Hələ Elmlər Akademiyasında da çalışdığım zaman çox istədim ki, Azərbaycanda dilçilik, ədəbiyyatşünaslıq, fəlsəfə, tarix və bir sıra başqa istiqamətlərdə olan bir boşluğu həmkarlarımın, mənimlə düşüncəsi bir olan mütəxəssislərin yaxından iştirakı ilə doldurum. O boşluq Azərbaycanda indiyə qədər ciddi şəkildə klassik dillərin öyrənilməsi məsələsinin ortaya çıxmamasından yaranmışdı. Klassik dillər deyəndə adətən indi işlənməyən dillər, məsələn, sanskrit, latın, pəhləvi, qədim yunan və bir sıra başqa dillər nəzərdə tutulur. Bunları öyrənmədən müasir dillərin öyrənilməsi tam və dolğun şəkildə aparıla bilməz. Deyə bilərsiniz ki, bəs necə olur bizdə müasir dilləri öyrənmiş şəxslər yetişir? Yetişir. Amma alimlik yoluna düşüncə o dillərin öyrənilməməsi müəyyən sahələrdə özünü göstərir. Təəssüf ki, Azərbaycanda bu dilləri ciddi şəkildə bilən mütəxəssislər yoxdur. Biz düşündük ki, xaricdən bu dilləri bilən mütəxəssisləri Azərbaycana cəlb edək və yaxud o dilləri öyrənmək üçün həmin ölkələrə adamlar göndərək. Təəssüf ki, bu işlərin hamısı yarımçıq qaldı. Bu proses mən Dillər Universitetində çalışdığım müddət ərzində həyata keçirilməyə başladı. Biz Hindistan, Pakistan, Yunanıstan, hətta Rumıniya universitetləri ilə əlaqəyə girdik ki, həmin dillərin mütəxəssislərini universitetimizə göndərsinlər. Bizə müsbət cavablar verildi. O dərslərin burada tədrisi yəni ki, tez bir zamanda başlayacaq. İnanıram ki, biz klassik dillərin, ilk növbədə, sanskritin və latıncanın Azərbaycan humanitar elminə böyük bir dəstək olmalarına nail olacağıq.
-Müasir texnologiyalar tələbələr üçün də yeni imkanlar yaradır. Onlar dillərin tədrisi ilə bağlı internetdə mənbələr əldə edə bilirlər. Azərbaycan Dillər Universiteti ali təhsil sahəsində müasir çağırışlara necə cavab verir?
-Fikrimcə, universitet bir tələbənin püxtələşməsi, onun mütəxəssisə çevrilməsi üçün heç də bütün işləri görə bilməz. Burada tələbənin də öz üzərində çalışması lazımdır. Hər tələbənin öz “universitetləri” olmalıdır. Qorkinin məşhur əsəri var - “Mənim universitetlərim”. Yəni, insan öz üzərində çalışmağı, öz universitetini yaratmağı bacarmalıdır. İndiki halda universitet tələbənin o çalışmalarının bünövrəsini yarada bilər, onun möhkəm dayaq nöqtəsi ola bilər. Əlbəttə ki, internet də çox şeyi əvəz edir, amma hər şeyi əvəz edə bilməz. Sən gərək kitabı da vərəqləyəsən, səhifənin gərək mənəvi hərarətini duyasan. Belə olmayanda bəlkə də o internetdən olan bilik kifayət qədər adekvat şəkildə sənin ümumi bacarığına, vərdişlər sisteminə daxil ola bilmir. Ona görə interneti, kitabxanadan kitab götürməyi, dükandan kitab almağı, evdəki kitabxanadan istifadə etməyi birləşdirməyi bacarmaq lazımdır. Biz universitetimizdə belə bir ənənənin əsasını qoymuşuq. I kurs tələbələri aldıqları hər hansı kitabın çekini universitetə təqdim etdikdə onun pulunu ödəyirik və o kitab universitet tərəfindən həmin tələbəyə bağışlanmış sayılır. Məqsədimiz odur ki, hər tələbənin öz şəxsi kitabxanası formalaşsın.
- ADU beynəlxalq əlaqələrində hansı ölkələrə üstünlük verir?
- Burada hansısa ölkəyə üstünlük verilib-verilməməsindən, elə bilirəm, söhbət gedə bilməz. Dillər Universiteti hələ sovet dövründən Avropanın üç əsas aparıcı dili - ingilis, fransız, alman dilləri üzərində qurulmuşdu. Müstəqillik isə universitetə başqa dilləri də seçmək imkanı yaratdı. İndi bizdə 20-dən çox ixtisas dili tədris olunur. Bu sıraya Skandinaviya ölkələrinin dilləri, Yaponiya, Koreya, İndoneziya, Rusiya, Gürcüstan, İtaliya, Çin, İspaniya və başqa ölkələrin dilləri daxildir. Sanskrit, qədim yunan, yaxud latın dilləri də əlavə olunanda siz müstəqillik düşüncəsinin verdiyi o rəngarəngliyi görə biləcəksiniz.
Ölkələrə üstünlük verilməsi deyəndə, lap axırıncı işimiz dostluq və qardaşlıq nöqteyi-nəzərindən vacib olan ölkələrdən birinin Pakistanın urdu dilinin öyrənilməsidir. Universitetimizdə bu məqsədlə Pakistan dil və mədəniyyət mərkəzinin açılışı yüksək səviyyədə keçirildi. Bizim təklifimizə əsasən, Pakistan Xarici Dillər Universitetində də Azərbaycan dili və mədəniyyət mərkəzi açılacaq. Mən buna çox sevinirəm, çünki Pakistanın bizim haqq işimizdəki rolunu hamımız yaxşı bilirik və bu nöqteyi-nəzərdən Pakistan gəncliyi və elmi ilə Azərbaycan gəncliyi və elmi bir-birinin yanında olsa, bundan yalnız fayda qazanmaq olar.
-Distant təhsilə münasibətiniz...
-Təhsilin formalarından biridir. Lakin təhsilin bütün növlərini, dayaq nöqtələrini onun üzərində qurmaq bəlkə düzgün olmazdı. Distant da ola bilər, canlı da ola bilər. Bunları bir-biri ilə çalışıb üzvi şəkildə birləşdirmək lazımdır. Elə məqamlar olur ki, burada distant şəkildə məsələni həll etmək mümkün olmur. Yəni, sən hökmən tələbənin gözünə baxmalısan, üzünə baxmalısan. Onun bilik həcmini və bilik dərəcəsini müəyyənləşdirməlisən. Elə də olur ki, bunun əhəmiyyəti olmur və sən tələbəyə hər hansı bir biliyi uzaqdan ötürə bilirsən. Başqa formalar da var. Məsələn, biz alışmışıq ki, bir nəfər mühazirə oxuyur, xeyli nəfər də qulaq asır. Mən Strasburq Universitetində mühazirə deməyə dəvət olunmuşdum. Mühazirəyə fransız dilinə tərcüməçimlə qoşuldum. Bu, görkəmli fransız türkoloqlarından biri idi. Bir də gördük ki, mənim mühazirəm bizim ikimizin bir-biri ilə söhbətinin əsasında keçir. Yəni, biz bir-birimizlə mübahisə edə-edə nəyisə sübut edirdik, izah edirdik, tələbələr də bu prosesə qoşulurdular. Bu cür tədris formatından mən də, digər iştirakçılar da böyük mənəvi zövq aldıq.
Distant təhsilə normal baxıram. Amma bu, o demək deyil ki, pandemiyadır, biz ancaq onlayn təhsil sistemində yaşamalıyıq. Müxtəlif formalar bir-birini tamamlaya bilər.
-Universitetinizdə özünüidarə forması – “Birgünlük xəlifə” mövcuddur. Elə olubmu ki, “Bir günlük xəlifə”nin qəbul etdiyi qərar sonralar da universitetin idarə edilməsində tətbiq olunsun? Yəni, tələbələrin qəbul etdiyi qərar yaxşı bir nümunə kimi universitetdə həyata keçirilsin?
-Bu layihəni mən Bakı Slavyan Universitetində çalışdığım zaman həyata keçirməyə başladım. Tələbələr son dərəcə ciddi hazırlaşırdılar həmin günə. Dillər Universitetində də çox sevindim ki, tələbələrim mənim bu ideyama səs verdilər və layihəni həyata keçirməyə başladıq. Bu yaxınlarda son “xəlifə”lər artıq seçiliblər və fəaliyyət göstərəcəklər. Heç bir vəzifəli şəxs bu prosesə qatıla bilmir. Tələbələr özləri seçir, bir-biri ilə debata girirlər. Bir-birinə, xüsusilə də tələbələrə sübut etməyə çalışırlar ki, sən səsini mənə ver. Bax, belə bir ciddi prosesdən sonra rektor, prorektorlar, dekanlar, şöbə müdirləri seçilir və həmin gündən sonra ilboyu “kölgə kabineti” kimi fəaliyyət göstərirlər, təkcə bir günlə kifayətlənmirlər. Universitetin ictimai, tədris həyatında yaxından iştirak edirlər. Bu, gənclərin formalaşması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin gündən sonra rektoratda, yaxud elmi şurada biz o tələbələrin verdikləri əmrləri hökmən müzakirə edirik. Adətən, 40 əmrdən bəlkə də 35-36-nı təsdiq edirik. Bəzən verilən qərarlar maliyyə tərəfi nəzərə almır. Bəzən subyektivizmə yol verilir. Biz bunları tələbələrə izah edirik və onlar bizimlə razılaşırlar. Yəni, konsensus olmadan biz o əmrin üstündən keçmirik. Tələbələr son dərəcə ağıllı, düşünülmüş qərarlar verirlər. Mən sevinirəm ki, onlar bizim görə bilmədiyimiz, bizim etməyi belə çətin ağlımıza gələn məsələləri ortaya atırlar. Bizdən daha uzağı görürlər və onu universitetdə həyata keçirmək istəyirlər. Ən azından buna cəhd edirlər.
-Azərbaycan Dillər Universiteti məzunların iş probleminin həllinə nə kimi dəstək göstərə bilir?
-Bizdə karyera ilə məşğul olan qurum var. Elə tələbə var ki, universiteti bitirib. Amma ya zaman keçir, ya da bu gün işləmək istədiyi yerdə tələb olunan biliyi vaxtilə universitet ona tam verə bilməyib. O, universitetə qayıdıb dil biliyində olan hansısa boşluğu doldura bilir. Struktur belə qurulub ki, dillə, yaxud başqa fənlərlə bağlı çətinliyi varsa, biz ona kömək edirik. Bəzən isə tələbələrimiz IV kursdan təcrübəyə gedir, elə çox zaman orada da işə götürülürlər. Bu gün o qədər istedadlı gənclər yetişib ki, təkcə dili bilməyinə görə deyil, ümumiyyətlə, həyat hadisələrinə münasibətinə görə, azərbaycanlılıq anlayışının bunlarda hakim olmasına və digər müsbət keyfiyyətlərinə görə onları hələ tələbə ikən işə dəvət edirlər.
-Keçən il Azərbaycan Dillər Universiteti də Vətən müharibəsini yaşadı. Eyni zamanda, xalqımızın haqq səsinin dünyaya çatdırılmasında ADU-nun kadr potensialı, xüsusən dil baxımından, daha çoxdur...
-Universitetimiz öz potensialından, deyərdim ki, tam şəkildə istifadə etməyə çalışdı. Bilirsiniz ki, Azərbaycan həqiqətlərini dünya xalqlarına, cəmiyyətlərə, ölkələrə, ölkələrdəki qurumlara çatdırmaq o qədər də asan iş deyil. Bizim həqiqətimizə inananlar da var, inanmayanlar da var. Bilib inanmayanlar da var, bilməyib inanmayanlar da var. Biz Azərbaycan həqiqətləri ilə bağlı 104 ölkəyə 22 dildə 4610 məktub göndərdik. Hətta bir çox cavablar da gəldi. Məsələn, Fransa Senatından, İtaliya universitetlərindən, Rusiyadan cavablar gəldi. Əlbəttə ki, bu həqiqətlərin çatdırılmasının müəyyən psixoloji məqamı da var – müraciətlər onların dillərində edilirdi. Bunun da öz əhəmiyyəti var idi.
Bizim üç şəhidimiz var. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Universitetimizdə tələbəmiz olmuş şəhidlərin adına üç auditoriya var.
-Keçən il Azərbaycanda Peşəkar Tərcüməçilər Assosiasiyası yaradılıb və Siz bu barədə açıqlama da verdiniz. Hazırda Assosiasiyanın fəaliyyəti nə yerdədir?
- Bizdə tərcümə işi pis deyil. Tərcümə fakültəsi də var. Başqa peşəkar tərcüməçilərimiz var ki, bu istiqamətdə fəaliyyət göstərirlər. Amma bütün bunlar bir sistem daxilində olmalıdır. Yəni, bu gün Azərbaycan ədəbi məfkurəsinə, Azərbaycan ədəbiyyatı ilə, dünya ədəbiyyatı ilə məşğul olanlara hansı əsərlər, hansı ölkə yazıçılarının əsərlərinin tərcüməsi lazımdır, yaxud bizim hansı əsərləri hansı ölkələrdəki auditoriyalara çatdırmaq lazımdır kimi suallara cavab vermək asan deyil. Biz çoxdan hazırladığımız “Azərbaycan tərcümə ensiklopediyası”nı nəhayət ki, çap etdik. Əlbəttə ki, bu, birinci işimiz idi və burada müəyyən nöqsanlarımız da yox deyildi. Biz bunu dəfələrlə mütəxəssislərimizlə müzakirə etdik və düzəldilmiş, tamamlanmış ikinci nəşri artıq hazırlamışıq. Bu mənada Tərcüməçilər Assosiasiyasının bizim nəşriyyatlarımız, universitetlərimiz ilə birgə fəaliyyəti çox vacibdir. Onu da etiraf edim ki, pandemiya olduğu üçün Assosiasiya bütün gücü ilə fəaliyyət göstərə bilməmişdir. Amma Azərbaycan dilindən və Azərbaycan dilinə olan tərcümələrin sistemli mənzərəsini vermək, sistemli şəkildə bu işə girişmək son dərəcə vacibdir. Dillər Universitetindəki tərcüməçilərin, peşəkar mütəxəssislərin fikrincə, biz bunun öhdəsindən gələcəyik.
-Siz alim və yazıçı olaraq yaradıcılığınızın ən yüksək zirvəsindəsiniz. Azərbaycan elminin və ədəbiyyatının bu gününü Xalq yazıçısı və akademik Kamal Abdulla necə qiymətləndirir?
-Mən belə deyərdim: daha yaxşı ola bilərdi. Bütün elmlərlə bağlı fikir söyləməyə mənəvi səlahiyyətim çatmaz. Amma dilçilik və ədəbiyyatşünaslıq haqqında bunu deyə bilərəm. Bizim dilçiliymizdə müəyyən böhran baş verir. Böhran onunla bağlıdır ki, ciddi və dərin əsərlər işıq üzü görmür, yaxud diqqətdən kənarda qalır.
Akademiyada mən çalışarkən biz dilçiliklə, Dilçilik İnstitutunun fəaliyyətinin yenidən qurulması ilə bağlı bölmədə müxtəlif tədbirlər keçirir, alimlərlə, deputatlarla, adi vətəndaşlarla, əməkdaşlarla söhbətlər aparırdıq. Bu, silsiləli və sistemli şəkildə həyata keçirilirdi və yəqin ki, o söhbətlərdə iştirak edənlər bunu gözəl xatırlayırlar. O zaman doğrudan da çox ciddi nəticələrə gəldik. Həmin nəticələr bu gün Dilçilik İnstitutunun strukturunda özünü göstərir. Təəssüf ki, ancaq strukturun adında. Məsələn, Monitorinq şöbəsi yaradıldı ki, bu, Azərbaycanda dil situasiyanı tənzim etməli idi. Bilirik ki, müxtəlif rayonlarda, şəhərlərdə dildən doğru-düzgün istifadə edilməyən hallar var. Monitorinq qrupunun üzvlərinin o rayonlara gedib yerindəcə vəziyyəti öyrənib təkliflərini verməsi nəzərdə tutulurdu. Rayondakı təşkilatlarla müqavilələr bağlanılmalı idi, instituta maliyyə vəsaiti gəlməli idi. Çox cəhd etdim, kömək göstərdim ki, bu, həyata keçsin, lakin həyata keçirilmədi. Nə üçün? Onun öz səbəbləri var. Yeri gələndə mən onların hamısı barədə ayrıca danışa bilərəm. İnstitutda qədim dillər şöbəsi yaradıldı, amma şöbənin fəaliyyəti qənaətbəxş deyil. Bir qədər əvvəl qeyd etdim: buraya sanskrit dilini, latın dilini bilənlər gələcək. Mən çox istərdim ki, latın dilini bilirəm, sanskriti, etrusk dilini, italyan dilini bilirəm, “filan dilləri bilirəm” deyənlər həmin o mütəxəssislərin yanında sözlərini desinlər. Ciddi elm, ciddi dilçilik bir az başqadır. Bu adamların düşündükləri deyil. Biz o zaman bunun üçün əlimizdən gələni etdik. Biz o zaman bölmədə çox çalışdıq qədim dillər öyrənmək məqsədilə xaricə adamlar göndərək. Alınmadı. Mən orada işlədiyim hər günün, hər saatın hesabatını verməyə hazıram. Mənə elə gəlir ki, indi də gec deyil və biz Azərbaycanın ciddi alimləri ilə bir yerdə hamımız əl-ələ verib bu boşluqları, bu çatışmazlıqları doldura biləcəyik.
-Biz bilirik ki, Siz dilçilik və mifologiyanın qovşağında olan hadisələrin tədqiqinə önəm verirsiniz. Bununla bağlı gələcək planlarınız barədə danışardınız.
- Doğrudur, mən son zamanlar belə bir maraqlı istiqamətdə çalışmağa cəhd göstərirəm. Mifoloji dilçilik – mifolinqvistika adlanan bu sahə Azərbaycan dilçiliyində, belə demək olarsa, yeni bir sahədir. Adda-budda şəkildə buna müraciət edənlər yəqin ki, olub. Amma sahə kimi, istiqamət kimi bu, yenidir. Mənə elə gəlir ki, bunların qovşağında baş verən proseslər həm müasir dilimizin, həm dil tariximizin, həm də fəlsəfənin və semiotikanın bir çox məsələlərini açıb üzə çıxarmağa bizə imkan verəcək. Bir nümunə gətirim. Azərbaycan dilində belə bir ifadə var: “de görüm”. “Kitabi-Dədə Qorqud”da da bu ifadə belə işlənib: “De, bakalım, nə dersən”. İndi mən sual vermək istəyirəm. Deyiləni necə görə bilərsən? Sən axı “de görüm” deyirsən. Yəni, de, mən də onu görüm. Bax bu, mifoloji cəhddir.
Bizdə çox vaxt özü barədə deyirlər ki, dil tarixçisiyəm. Füzulinin, Dədə Qorqudun dilindən yazan dil tarixçisi ola bilməz. Dil tarixçisi dillərin ədəbiləşməsindən əvvəlki dövrün dil hadisələrini və qanunauyğunluqlarını öyrənən bir mütəxəssisə deyilə bilər. Dil tarixçisi bədii-ədəbi mətnlə əlimiz çatmayan yerin tarixçisidir. Bax, haman o dövrdə sözü görüblər. Söz mifoloji personifikasiya olunmuş şəkildə mövcud olub. Söz gəlib, söz gedib, söz hərəkət edib. Dədə Qorqudda belə bir ifadə var: “qarşı yatan qara dağ”. Dağ yatar? Bax, bunun adına XIX əsr dilçiliyində “dil xəstəliyi” deyilib. Dil “xəstə” olub ki, gücü çatmayıb “qarşıda duran qara dağ, ala dağ” desin, çünki o “durmaq” sözü hələ kəşf olunmayıb. Mənim aləmimdə belə maraqlı məsələlər bizə həm müasir dilimizin bəzi məsələlərini daha dərindən bilmək imkanı yaradır, həm də dil tariximizin. Çünki biz həmin dil tarixinə hələ çox nadir hallarda gedib çıxmışıq. Təkcə Vaqifin dilindən yazmaqla dil tarixçisi olmur. Vaqifin dilini Dədə Qorqudun dili ilə müqayisə edərkən, bəli, biz dil tarixçisinə çevrilirik. Dədə Qorqud dövrünün insanları olan qədim oğuzlar qarşıdakı dağın həqiqətən yatdığına inanıblar. İnanıblar ki, o dağ nə zamansa ayılacaq. Həmin istiqamətdən yanaşanda biz yatan dağın oyanışına inanan insanı, sonra yatan dağın oyanışına inanmayan insanı görürük, bu zaman onu bir ədəbi-bədii fiqur kimi, metafora kimi qəbul edirik. Metaforadan əvvəl isə biz onu müstəqim şəkildə qəbul edirik. Dağın yatdığına inanan insan olub ki, bunu elə belə də deyib. Bax, bu mifoloji dərinlikləri dildən tut budağından tutları çırpan kimi silkələyib çırpmaq lazımdır. İdeyalar çoxdur, söhbətlər də tükənməzdir.
Eyni zamanda, mən mifolinqivistika ilə yanaşı, həm də dilçiliyimizlə bağlı, dilçiliyimizin bugünkü vəziyyəti ilə, ədəbiyyatımızın vəziyyəti ilə bağlı silsilə ictimai mühazirələr oxumağa hazırlaşıram.
-Maraqlı müsahibə üçün təşəkkür edirik.
Tehsil-press.az