Azərbaycan Dillər Universitetində (ADU) skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə norveçli tərcüməçi və pedaqoq, Nizami Gəncəvi əsərlərinin tədqiqatçısı Ragnhild Thorinin görüşü keçirilib.
Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva Ragnhild Thori və onun fəaliyyəti haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. O, Ragnhild Thorinin universitetdə 2008-2009-cu illərdə Norveç dili müəllimi kimi fəaliyyət göstərdiyini də qeyd edib.
Ragnhild Thori dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından və fəlsəfi fikirlərindən danışıb. O, dahi şairin yaradıcılığına marağın məhz Gəncədəki iş fəaliyyəti ilə bağlı olduğunu deyib. Norveçli yazar müəllifi olduğu “Nizami Gəncəvi. Leyli və Məcnun. Aforizmlər” kitabını təhlil edib. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin kitaba göstərdiyi dəstəkdən söz açıb. Həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə 4000 nüsxədə nəşr olunduğunu və həmin kitabları bir çox məktəblərə hədiyyə etdiyini vurğulayıb.
Tədbirin sonunda Ragnhild Thori tələbələrin Norveç dilində suallarını cavablandırıb.
Tehsil-press.az