Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Böyük Britaniyanın BIM (Building Information Modeling) sahəsində ixtisaslaşmış “GARLAND” və “Corporate Solutions” şirkətlərinin nümayəndələri ilə görüşüb.
Görüşdə rektor informasiya texnologiyalarının sürətli və dinamik inkişaf dövrü keçdiyini, bütün sahələrə, eləcə də tikintiyə yeniliklər gətirdiyini qeyd edib, BIM texnologiyalarından istifadənin, bu sahədə bilik və bacarıqların əldə olunmasının gələcəyin mütəxəssisləri üçün əhəmiyyətinə diqqət çəkib. Gülçöhrə Məmmədova müasir tələblərə və əmək bazarına uyğun mühəndis kadrlar hazırlamaq, yeni texnologiyaları tədris prosesində öyrətmək üçün qabaqcıl şirkətlərlə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əməkdaşlıq və protokol departamentinin rəhbəri Eldar Salahov görüş iştirakçılarına məlumat verib ki, ölkəmizdə layihələndirmə sahəsində BIM texnologiyalarının istifadəsinə keçidin təmin olunmasına yardım məqsədilə təmsil olunduğu qurum ilə Asiya İnkişaf Bankı (AİB) arasında müzakirələr aparılıb.
“Tərəflər arasında BIM texnologiyalarının tətbiqi üzrə məsləhət xidmətlərinin göstərilməsi istiqamətində texniki yardım layihəsinin həyata keçirilməsi barədə razılıq əldə edilib. Layihənin icrası məqsədilə AİB Böyük Britaniyanın BIM sahəsində ixtisaslaşmış “GARLAND” və “Corporate Solutions” şirkətlərini işə cəlb edib. 2021-ci ilin dördüncü rübündən başlayaraq bu günə qədər Komitə xarici ekspertlərlə sıx əməkdaşlıq edərək Azərbaycanda BIM texnologiyalarının mövcud vəziyyəti, perspektiv və çağırışları haqqında vəziyyətin öyrənilməsi istiqamətində müxtəlif işlər görüb”.
Komitə rəsmisi görüşün BIM texnologiyalarının gələcəkdə yerli tədris ocaqlarında öyrənilməsi imkanlarının müzakirə edilməsi məqsədi daşıdığını bildirib. Qeyd edib ki, layihənin uğurla həyata keçirilməsi üçün əvvəlcə müəllimlərin hazırlanması, məlumatlandırılması, ekspert qrupunun yaradılması, sonrakı mərhələdə tədris olunması vacibdir.
Görüşdə görüləcək işlər müzakirə edilib.
Tehsil-press.az