“Yeni çağırışlar”da növbəti qonaq tanınmış professor Kristin Goh olub
“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı dünyada tanınan professor, Nanyanq Texnologiya Universitetinin nəzdində fəaliyyət göstərən Sinqapur Milli İnstitutunun direktoru Kristin Goh Sinqapur təhsilinin uğur təcrübəsini paylaşıb. Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və Kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 6 aprel 2022-ci il tarixində yayımlanan bölümündə Kristin Goh ilə davamlı, dayanıqlı öyrənmə, keyfiyyətli müəllim hazırlığı barədə danışılıb.
“T-Network”ün koordinatoru, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilində canlı yayımlanıb.
Kristin Gohun müəllimlik hekayəsi
Proqramın aparıcısı Cəfər Mənsimi qonağı salamlayıb və izləyicilərə təqdim edib. O bildirib ki, tanınmış professor, Sinqapur Milli İnstitutunun direktoru Kristin Goh öz innovativ fəaliyyət növü ilə seçilir və onun fəaliyyətinin araşdırma mövzusunun bir hissəsini effektiv ünsiyyət təşkil edir.
Sinqapurdan Azərbaycana salamlarını çatdıran Kristin Goh öz növbəsində dəvət üçün təşəkkürünü bildirib. Fəaliyyətinə ingilis dili müəllimi olaraq başladığını deyən xanım qonaq bu peşəyə iki müəllimi tərəfindən ilhamlandırıldığını diqqətə çatdırıb. Professor qeyd edib ki, həmin müəllimlər öz yanaşmaları ilə şagirdlərində dərslərinə qarşı sevgi aşılayıb və beləcə, öncə hüquqşunas olmaq arzusunda olan gənc Kristin müəllimlik sənətini seçməyə qərar verib. İngilis dilinə xüsusi marağı olduğu üçün ingilis dili müəllimi peşəsinə yiyələnib.
Hekayə oxumaq proqramlarına qatılması haqqında məlumat verən Kristin Goh bu layihəyə 3 il əvvəl başladığını deyib və məqsədinin ibtidai məktəb uşaqlarında ingilis dili bacarıqlarının inkişaf etdirilməsi olduğunu diqqətə çatdırıb. Sinqapurda kifayət qədər belə proqramların mövcudluğunu söyləyən qonaq uşaqların oxu, təxəyyül bacarıqlarının inkişafında, dilə və mütaliəyə sevginin formalaşmasında bu layihənin çox böyük rol oynadığını vurğulayıb.
Təhsillə bağlı bir çox fikir və ideyaların mövcudluğunu bildirən professor Goh təhsildə təbliğ etdiyi əsas ideya olaraq vurğulayıb ki, “təhsil bütün uşaqlara, insanlara yönəlik və əlçatan olmalıdır. Təməl təhsil uşaqlara ölkədə ən yaxşı nə varsa öyrətməli, əlaqələndirməlidir. Biz müəllimlər bunun məqsədini bilməliyik, uşaqlara ən yaxşısını öyrətməliyik ki, onlar da gələcəkdə yaxşı insan olsunlar, bacarıqlarını inkişaf etdirsinlər”.
Sinqapurun uğur təcrübəsi
Cəfər Mənsiminin “Sinqapurun uğur təcrübəsi ilə bağlı hansı məqamları bizimlə bölüşə bilərsiniz? Necə oldu ki, Sinqapur dünya reytinqində ilk sıraları aldı? Sinqapur təhsil təcrübəsindən nələri götürməliyik və öyrənməliyik?” sualını cavablandıran Kristin Goh Sinqapurun kifayət qədər qısa tarixə, kiçik coğrafiyaya, çox az təbii resurslara malik olduğunu diqqətə çatdırıb. Professor ölkənin əsas resurslarının insanlarından ibarət olduğunu önə çəkərək qeyd edib ki, bunun üçün Sinqapurda hər bir uşağın təhsilinə investisiya edilir. Ölkə təhsilinin inkişafına təsir göstərən iki əsas məqamı səsləndirən xanım Goh birinci müəllimlərin və tədrisin vacibliyinə vurğu etməyə çağırıb, ikinci isə yaxşı sistemin olmasının, bütövlükdə təhsil sisteminin bu işləri görməli olduğunu bildirib. Həmçinin, uğur əldə edilməsi üçün təhsilin dayanıqlı və davamlı olması məsələsinə toxunub.
Sinqapurda “nəyin niyə öyrədildiyinin” əsas götürülməsi barədə danışaraq Kristin Goh qeyd edib: “Bizim tələbələr bilməlidir ki, nəyi öyrənirlər və niyə öyrənirlər. Bəzən şagird və tələbələr dərsə maraq göstərmirlər. Biz öyrənənləri motivasiya etməliyik, onların məqsədlərini müəyyənləşdirməliyik. Öyrənənlər nəyə görə öyrəndiklərini anlamalıdırlar. Motivasiya hər kəs üçün vacibdir - həm şagirdlər, həm böyüklər üçün. Mən düşünürəm ki, insanlarda daxili və xarici motivasiya olmalıdır. Biz şagirdlərə anlatmalıyıq ki, nəyə görə onlar tarix, coğrafiya və digər fənləri öyrənirlər. Şagird və tələbələr bir növ öyrənməni öyrənməlidirlər. Məqsəd də buradadır. Daxili motivasiya onları öyrənməyə vadar etməlidir. Eyni zamanda tədris keyfiyyətli olmalıdır. Dərsin keyfiyyəti yüksək olmasa, ən motivasiyalı öyrənənlər belə öyrənmək istəməyəcəklər. Bunun üçün də müəllimləri yaxşı öyrətməyə yönəltməliyik. Müəllimlər həssas olmalıdırlar, şagirdlərin ehtiyaclarını duymalı, müəyyənləşdirməli və ona görə davranmalıdırlar”.
Keyfiyyətli müəllim hazırlığı
Kristin Goh qeyd edib ki, ölkə kiçik olduğu üçün Sinqapurda müəllim hazırlayan yalnız bir institut fəaliyyət göstərir. Ölkədə 300-ə yaxın məktəb var və müəllimlər məktəblərə göndərilməzdən öncə sınaqdan keçməlidirlər. Məqsəd müəllimlərin tədrisində dəyişikliklər etmək, texnologiyaları mənimsətməkdən ibarətdir. Müəllimlər tədrisi, nəzəriyyəni bilməli və sinifdə sadalananların praktikasını keçməlidirlər. Professor bildirib ki, zaman-zaman Sinqapurda tədris proqramları gözdən keçirilir və dəyişdirilir. 4 komponentdən ibarət “LİFE” adlanan (həyat boyunca oyrənmə deməkdir) mexanizm quraraq müəllimlərin hazırlığı həyata keçirilib. Kristin Gohun fikrincə, həyatda bir çox şeylərin dəyişdiyi üçün müəllimlər daima öyrənməlidirlər. İkinci əsas məqam olaraq qonaq dərin, üçüncü - geniş öyrənmənin, ətrafdan, cəmiyyətdən öyrənmənin önəmindən bəhs edib. O qeyd edib ki, Sinqapur dövləti tələbələrinin xarici ölkələrdə təhsil almaları üçün geniş imkanlar yaradır. Dördüncü element olaraq Kristin Goh müəllimləri müdrik şəkildə, ağıl və ürəklə öyrənməyə səsləyib. Sinqapur təhsil proqramının digər vacib hissəsinin dəyərlər olduğunu deyən professor müəllimlər tərəfindən bu dəyərlərin şagirdlərə çatdırılması, aşılanması məsələsinin, eyni zamanda ahənglik, sistemlilik və davamlılığın çox önəmli olduğunu önə çəkib.
Kristin Goh qeyd edib ki, ölkəsində bütün orta təhsil müəssisələrinə maliyyə resursları ayrılır və hər bir məktəbin muxtariyyatı vardır. Qonaq, həmçinin, Sinqapurda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinə ayrılan diqqətdən danışıb, bu istiqamətdə müəllim hazırlığı ilə bağlı aparılan işlərdən bəhs edib, resurs və qaynaqların çox vacib olmasını vurğulayıb.
Daha az öyrət, daha çox öyrən
Görüş əsnasında “Yeni çağırışlar” proqramının aparıcısı Cəfər Mənsimi izləyicilərə və qonağa Təhsil Nazirliyi və “T-Network” komandasının təşkilatçılığı ilə PISA direktoru Andreas Şleyxerin “Dünya standartları. XXI əsrin məktəbləri necə qurulmalı?” kitabının Azərbaycan dilinə tərcümə edilməsi haqqında məlumat verib. C.Mənsimi A.Şleyxerin öz kitabında Sinqapur təhsilinin uğur təcrübəsinə xüsusi yer ayırdığına diqqət çəkib.
Aparıcı Kristen Gohdan rəhbərlik etdiyi institutda müəllimlərin yetişdirilməsi, onların peşəkar inkişafı və qiymətləndirilməsi, məktəb liderliyi mövzusunda məlumat verməyi xahiş edib. Qonaq diqqətə çatdırıb ki, “Sinqapur sistemində təhsil üzrə karyera üç yerə ayrılır: 1.Müəllim olaraq başlayanlar və bu cür davam edənlər; 2.Liderlik sferası- bu şəxslər bir neçə il təcrübə əldə etdikdən sonra məktəbdə müxtəlif səviyyə üzrə lider ola bilərlər; 3.Mütəxəssislər - yiyələndikləri sahənin dərinliklərinə varan şəxslər. Biz yeni üsulları inkişaf etdirir, (yeni texnologiyalar, virtual gerçəklik, süni intellekt) müxtəlif liderlik proqramları təklif edirik”.
İllər boyu Sinqapur tədris proqramının çətin olması məsələsinə toxunan professor bu istiqamətdə son illər mühüm işlər aparıldığını, “daha az öyrət, daha çox öyrən” prinsipi ilə çalışdıqlarını, yeni kurikulumu asanlaşdırmaqla daha çox bilik vermələrini diqqətə çatdırıb. Yeni yanaşmaya əsasən şagirdlər orta məktəbdə öz tempinə və ehtiyaclarına uyğun olaraq 3 səviyyədən (aşağı, orta, yüksək) birini seçə bilərlər. Qonaq Sinqapur Təhsil Nazirliyi tərəfindən bir sıra imtahanların ləğv edilməsi, yalnız ən mühüm imtahanların saxlanıldığı barədə məlumat verib.
“Öyrətmək qəlb işidir”
Uşaqlarda maraq, xəyal gücü, kitab və din sevgisi inkişafının önəmli olduğunu vurğulayan, “Öyrətmək qəlb işidir” fikrinin müəllifi Kristin Goh təhsil müəssisələrində bu məsələlərin inkişafının təmin olunması haqqında aşağıdakıları qeyd edib: “Texnoloji dəyişikliklərin inkişaf etdiyi zamanda bir çox ölkələr uşaqlara düşünmə bacarığı aşılamağa çalışır və bu, çox önəmlidir. Bütün bunları biz balanslaşdırmalıyıq və məhz bu səbəbə görə uşaqların ədəbiyyat, hekayə, şeir oxumağını təmin edərək onları inkişaf etdirməliyik. Xəyal gücü, düşünmə qabiliyyəti, dil bilikləri, kommunikativlik, yaradıcı olmaq da çox vacib amillərdəndir. Biz gənclərimizin hərtərəfli inkişafını unutmamalıyıq”.
“Necə edək ki, öyrədənlər müəlllimlik missiyasını, öyrətmənin fəlsəfəsini daha dərindən mənimsəsinlər?” sualına cavabında qonaq qeyd edib ki, direktoru olduğu Sinqapur Milli İnstitutunda bu məsələ ilə bağlı tələbələrə mütəmadi olaraq xəbərdarlıq edilir, nə üçün bu peşədə olduqları soruşulur, müəllimlik sənətinin məqsədləri izah olunur. Bu məqsədlə institututda xüsusi mərasimlər keçirilir, müəllimlik missiyası ilə bağlı yol göstərilir. Eyni zamanda müəllimlərin öyrəndiklərini müəyyənləşdirmək üçün yenidən dəyərləndirməyə vadar edilir. Professor vurğulayıb ki, müəllimlər öz missiyalarını həmişə xatırlamalıdılar.
Kristin Goh rəngli qələmlərlə təhsili necə təsvir edərdi sualına “Tədris sistemini mən bir çiçək şəklində təsvir edərdim, çünki çiçək bir toxumdan əmələ gəlir, müəllimlərin məqsədi də əkib yetişdirməkdir ki, gözəl bir çiçəyin açmasını görsünlər. Biz toxumu əkməli, su verməli, müşahidə etməliyik ki, inkişafına nail olaq”.
8 guşəli yeni çağırışlar
Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualını cavablandıran professor aşağıdakı çağırışları sadalayıb: “1.Keyfiyyətli müəllim hazırlığı; 2.Mütəmadi olaraq kurikulumun yenilənməsi; 3.Pedaqogika; 4.Texnologiyaların mənimsənilməsi; 5.Şagirdlərin öyrənməyə ilhamlandırılması; 6.İnvestisiya araşdırılmaları; 7.Müəllim və şagirdlərin dünyaya daha açıq gözlə baxması, yeni ideyalara açıq olması; 8.İnsanın hərtərəfli inkişafı, ətraf mühit üçün faydalı olması”.
Kristin Goh qlobal uğur qazanmaq istəyənlərə tövsiyə edib ki, bunun üçün universitet diplomunun əldə edilməsi mütləq deyil: “Həyatda müvəffəq olmaq üçün məqsədlərini bilmək, özünü kəşf etmək, tanımaq lazımdır”.
Görüşün sonunda “T-Network”un koordinatoru Cəfər Mənsimi Sinqapur təhsil təcrübəsini bölüşdüyü və əhatəli cavabları üçün qonağa dərin minnətdarlığını bildirib, “əsas çağırışlardan birinin də öz missiyamızın fərqinə varmaqdır” fikri ilə proqramın növbəti buraxılışını başa çatdırıb.
Lamiyə ƏLİMƏRDANOVA