“Çinin ictimai və siyasi xadimləri Heydər Əliyev haqqında” mövzusunda müsabiqə davam edir

“Çinin ictimai və siyasi xadimləri Heydər Əliyev haqqında” mövzusunda müsabiqə davam edir Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini “Çinin ictimai və siyasi xadimləri Heydər Əliyev haqqında” mövzusunda inşa müsabiqəsinə dəvət edir.
Müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub. Müsabiqəyə Azərbaycan, Çin və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir. Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.
Müsabiqə iştirakçılarının işləri mayın 1-dək [email protected] ünvanına qəbul edilir. Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara isə sertifikatlar veriləcək.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər