Heydər Əliyevin anadan olmasından 99 il ötür.Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin bugününə və sabahına çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən gözlənilməz dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun rasional əsaslar üzərində, mükəmməl bir məntiqdən – Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Heydər Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən böyük düha sahibi kimi xarakterizə olunur və bu şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstində deyil, daha geniş miqyasda – XX əsrin qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə, dövlət rəhbərləri ilə bir sırada nəzər salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş olar. Zaman-zaman Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin, dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin və gənc dövlətimizin məhv olması təhlükəsini ortaya çıxardığı anlarda Heydər Əliyevin fövqəladə çevikliklə öz qətiyyətli mövqeyini birbaşa xalqa ünvanlaması və bir anda bütün xalqı təhlükəyə qarşı birləşdirməyə nail ola bilməsi də onun siyasi cəsarətinin və xalqla rəhbər arasında qarşılıqlı inamın nadir nümunəsidir.
Həyat və mübarizə yollarına nəzər saldığımız liderlər fəaliyyət göstərdikləri məkanın coğrafi sərhədlərini aşaraq universal düşüncə sahibləri, dünyanın yeni sosial yaşam, yeni siyasət reallıqlarını ərsəyə gətirən yaradıcı insanlar kimi tanınmışlar. Onlar üçün məkan və zaman fərqi yoxdur. Bu baxımdan, Heydər Əliyevin malik olduğu ali insani keyfiyyətlər və siyasi qabiliyyətlər ona istənilən siyasi mühitdə və istənilən coğrafi məkanda siyasi elitanın ən yüksək pilləsində qərarlaşmağı təmin edə bilərdi. Belə bir dühanın məhz Azərbaycan xalqına mənsub olması və özündən sonra bu xalqın tarixində yaradıcı iz və daha uzaq gələcəyə hesablanmış siyasi irs qoyması bütövlükdə xalqımızın milli uğuru və iftixar mənbəyidir. Müasir dünya tarixində yaradıcı iz qoymuş digər tarixi şəxsiyyətlərlə ortaq məziyyətlər daşıdığı üçün və bəzi hallarda isə həmin siyasi xadimləri belə üstələyən keyfiyyətlərə malik olduğu üçün Heydər Əliyev dünya miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan xalqının hər zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir.
Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən dövlətlərin bugünkü siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin dövlətlərə başçılıq etmiş şəxslərin seçdikləri siyasi xəttlə birbaşa bağlıdır. Bunu post-sovet ölkələrinin keçmiş rəhbərlərinin fəaliyyəti və həmin ölkələrin bu günkü siyasiiqtisadi durumuna nəzər saldıqda daha aydın görmək mümkündür. Belə bir müqayisədə də Heydər Əliyev siyasəti öz möhtəşəmliyi ilə üzə çıxır. Dünya inkişafının perspektivini aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti isə müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasıını təmin edərək onun müstəqilliyini əbədi və dönməz etdi. Bu siyasət, hər şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar olunmasına yönəlmişdir; bu siyasət zaman çərçivəsi ilə məhdudlaşmır – gələcəyə hədəflənmişdir; bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə, həmin maraqların Azərbaycanın milli mənafeləri ilə uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ uzun illər Azərbaycanın daxili və xarici siyasət doktrinasının özəyini, milli inkişafımızın təməlini təşkil edəcəkdir. Məhz bu cəhətləri Heydər Əliyev siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir və onun özünü isə dünya miqyaslı şəxsiyyətə çevirir.
Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider idi. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə, daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla, ümumilikdə, bütün ölkənin yenidən qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev Müasir Azərbaycanın əsasını qoydu. İstənilən xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli və ağrılı proses olduğu şübhəsizdir. Heydər Əliyevin siyasi dühasının böyüklüyü isə onda idi ki, uzaqgörən siyasi gedişləri ilə bugünkü sürətli inkişafımızın kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar etməyə nail oldu. Yalnız Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi. ATƏT-in Lissabon sammitində ölkəmizin ərazi bütövlüyünün yekdil şəkildə dəstəklənməsi artıq Azərbaycanın dünya birliyi tərəfindən suveren dövlət kimi qəbul edilməsinin əyani nümayişi oldu. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik post-sovet ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı.
Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin məzmunda, daha geniş panoramda və daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanımızın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir!

Günəş Cəfərova
Yeni Azərbaycan Partiyası Nəsimi rayon ərazi ilk partiya təşkilatının sədri