Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti (BMU), Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə maliyyə sahəsində savadlılığın artırılması, maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, beynəlxalq və yerli kvalifikasiyalara uyğunlaşdırılması məqsədilə anlaşma memorandumu imzalayaraq rəsmi əməkdaşlığa başlayıb.
Mərkəz tərəfindən keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimiz uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin əməkdaşlıq üçün göstərdiyi marağı yüksək qiymətləndirib və bu razılaşmanın maliyyə, mühasibat və audit ixtisasları üzrə fənn proqramları, tədris planları və daxili semestr imtahanlarının təkmilləşdirilməsi, tələbələrin həm nəzəri biliklər, həm də praktik bacarıqlarla silahlandırılması istiqamətində müstəsna rol oynayacağını qeyd edib.
Sədr PMS imtahanlarının IFAC (Beynəlxalq Mühasiblər Federasiyası) standartlarına uyğunlaşdırılması, PMS-ə sahib şəxslərin ACCA-in müvafiq kvalifikasiyalarından azad olması mexanizmləri, peşəkar inkişaf proqramlarının hazırlanması və sertifikasiya prosesi ilə inteqrasiyası kimi məsələlərə toxunub. O, həmçinin DİM tərəfindən keçirilən PMS imtahanları haqqında statistik məlumatlar təqdim edib, DİM-in Maliyyə Nazirliyi, peşəkar mühasib təşkilatları və tədris mərkəzləri ilə əməkdaşlığını xüsusi vurğulayıb.
Tədbirdə ACCA-in Türkiyə Regional Mərkəzinin nümayəndəliyinin iştirakı xüsusilə qiymətləndirilib və Filiz Demiröz bu əməkdaşlığın əhəmiyyəti, eləcə də ACCA kvalifikasiyalarının yaratdığı imkanlar barəsində danışıb.
Görüşdə çıxış edən ali təhsil müəssisələrinin rektorları da razılaşmanın tərəflər üçün faydalı olacağını, universitetlər tərəfindən ciddi addımların atılmasına zəmin yaradacağını, mühasibatlıq sahəsində tədris zamanı praktiki vərdişlərin mənimsənilməsində, eyni zamanda, beynəlxalq mühasibatlıq standartlarının tətbiqi ilə bağlı əməkdaşlığı dərinləşdirəcəyini qeyd ediblər.
Qeyd edək ki, DİM-in ali təhsil müəssisələri ilə imzaladığı memorandumlar DİM və ACCA arasındakı anlaşma memorandumundan irəli gələn fəaliyyətlərin icrasına töhfə də verəcək.
Mərasimdə DİM-in Direktorlar Şurasının sədr müavinləri Namiq Babayev, Bəhram Xəlilov, ali təhsil müəssisələrinin rektorları, DİM-in strateji tərəfdaşı ACCA-in Türkiyə Regional Mərkəzinin bazarın inkişafı və genişləndirilməsi üzrə meneceri Ülgen Kıymık Coşkun, həmçinin Maliyyə Nazirliyinin nümayəndəsi, DİM-in əməkdaşlıq etdiyi peşəkar mühasib təşkilatlarının nümayəndələri, Mərkəzin struktur bölmə rəhbərləri, eləcə də peşəkar mühasib sertifikatı imtahanından yüksək nəticə toplayan mühasiblər iştirak ediblər.
Tehsil-press.az