Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycanşünaslıq Mərkəzi və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində olan Regionşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə “Azərbaycan Ordusu xalqın və dövlətin dayağıdır” mövzusunda tədbir keçirilib.
26 İyun - Silahlı Qüvvələr Gününün 104 illiyi münasibətilə təşkil edilən tədbirdə fakültənin dekanı İbrahim Kazımbəyli əsası Cümhuriyyət dövründə qoyulan Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi uğurlardan danışıb.
Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov “Azərbaycan Ordusu xalqın və dövlətin dayağıdır” mövzusunda məruzə edib. O, silahlı qüvvələrimizin yaranması, inkişaf mexanizmi, uğurları haqqında ətraflı məlumat verib. Həmçinin Cümhuriyyət dövründə müsəlman olduğu üçün uzun müddət hərb sənətindən uzaqda qalmış bir xalqın o dövrün tələblərinə uyğun 40 minlik ordu yaratmasının gələcəyimizi müəyyən edən əsas addımlardan biri olduğunu qeyd edib.
Tədbirdə Azərbaycan Ordusunun hərbi qüdrətini əks etdirən videoçarxlar nümayiş olunub.
Tehsil-press.az