Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri bir çox cəhətdən əlamətdar oldu. Bunlardan ən vacibi heç şübhəsiz iki ölkə arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığa dair sazişin imzalanmasıdır.
Xarici işlər naziri Ceyhun Bayramov iyunun 24-də Sergel Lavrovla “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzaladı.
Azərbaycanla Rusiya arasında məhz informasiya təhlükəsizliyi sahəsində son vaxtlar müşahidə olunan narahatlıqlar və narazılıqlar, Ukraynada müharibə fonunda Moskvanın Azərbaycanın bəzi media resurslarının ölkə ərazisində yayımını dayandırması, eləcə də Qarabağ separatçılarının tör-töküntüsünün müsahibəsini yaydığına görə Bakının Rusiyanın dövlət agentliyi RİA Novostini ölkə ərazisində bloklaması bu sənədin imzalamasının nə qədər yerində və aktual olduğunu bir daha göstərir.
Yaxından tanış olarkən Sazişin çox böyük əhəmiyyətə malik olduğunu söyləməliyik.
İnformasiya təhlükəsizliyi sahəsində mövcud təhdidlərin qarşısının effektiv şəkildə alınması məqsədilə imzalanmış Sazişdə informasiya təhlükəsizliyinin təmin olunmasına əsas təhdidlər sırasında dövlətlərin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş aktlar, mühüm informasiya infrastrukturu obyektlərinə kompüter hücumları, terrorçuluğun təbliğatı və terror məqsədləri, dövlətin daxili işlərinə qarışmaq və ictimai qaydanın pozulması, millətlərarası, irqlərarası və konfessiyalararası ədavətin qızışdırılması, separatçılığın və ekstremizmin, nifrət və diskriminasiya yaradan, zorakılığa və qeyri-sabitliyə təhrik edən irqi və ksenofobiya fikirlərin təbliğ olunması, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və ya ağır nəticələrə səbəb olan hallar haqqında bilərəkdən yalan məlumatın etibarlı mesajlar adı altında açıq şəkildə yayılması və digər hallar aid edilir.
Sənəd tərəflər (Azərbaycan və Rusiya) üzərinə ciddi məsuliyyət qoyur. Sazişdə qeyd olunur ki, tərəflər təhlükəsizlik və sabitliyin qorunub saxlanılması, suverenliyə, ərazi bütövlüyünə, dövlət sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət, mübahisə və münaqişələrin sülh yolu ilə tənzimlənməsi, güc və güclə təhdid tətbiq etməmə, daxili işlərə qarışmama, insan hüquq və əsas azadlıqlarına hörmət, həmçinin, ikitərəfli əməkdaşlıq və dövlətlərin informasiya resurslarına müdaxilə olunmama prinsipləri də daxil olmaqla, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına uyğun fəaliyyəti təmin etməlidir.
Rusiya və Azərbaycan arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq Sazişi bərabərhüquqlu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan, başlıca təhdidlərə qarşı, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, separatçılıq və ekstremizmin təbliğ edilməsinə, vətəndaşların həyatına və təhlükəsizliyinə təhdid yaradan və s. hallarda informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsi ilə mübarizəni nəzərdə tutan, informasiya-kommunikasiya texnologiyalarından sülh, sabitlik və inkişafın təmin edilməsi məqsədi ilə istifadə məqsədini güdən əməkdaşlıq çərçivəsidir.
Sənədin müddəaları belə qənaətə gəlməyə əsas verir ki, Saziş Rusiya informasiya məkanından Azərbaycan əleyhinə mümkün təhdidləri bloklayacaq. Saziş erməni lobbisinin və Ermənistanın Rusiyanın informasiya məkanında Azərbaycana qarşı fəaliyyətinə zərbə, Ermənistanın Rusiya mediasında anti-Azərbaycan fəaliyyətinə əsaslı maneə olacaq.
Rusiyanın RİA Novosti və digər media resurslarının uzun illərdir, yol verdiyi hərəkətləri yada salsaq, Azərbaycan və Rusiya arasında imzalanmış yeni Sazişin Qarabağdakı separatçıların ciddi təşvişinə səbəb olduğunu da söyləmək olar. Rusiyanın sənədin müddəalarını sonadək icra edəcəyi təqdirdə, bu, separatçı tör-töküntülərinin əhəmiyyətli tribunadan məhrum olması, onların sərsəm fikirlərinin tirajlanmasının qarşısının alınması anlamına gəlir.
Bu sənədlə Azərbaycan və Rusiya eyni zamanda terrorçuluğa qarşı mübarizəni də gücləndirir. Bura həm də informasiya terroru aiddir.
Sergey Lavrovun səfəri zamanı Rusiya ilə Azərbaycan arasında media sahəsi üzrə məsləhətləşmələrin keçirilməsinə dair razılıq əldə olunması də xüsusi vurğulanası məqamdır.
Rusiyanın baş diplomatı Azərbaycan XİN başçısı ilə görüşdən sonra keçirilən mətbuat konfransında kütləvi informasiya vasitələri ilə bağlı mövzunun Azərbaycan Prezidenti ilə də müzakirə olunduğunu bildirib.
“Bu və ya digər tərəfin qəbul etdiyi qərarın səbəbləri barədə anlayışımız var. Tərəflərin gətirdiyi nümunələri bilirik. Bizim ümumi anlayışımız var ki, bir-birimizin qanunlarına hörmət əsasında və bu qanunlara söykənən informasiyanın azadlığı prinsipi əsasında biz hər iki ölkənin aparıcı KİV rəhbərlərinin xüsusi tədbirlər silsiləsini keçirəcəyik, açıq şəkildə bir-birimizin ərazisində hadisələri necə işıqlandırdığımız barədə açıq danışacağıq. Razılaşmışıq ki, bu məsləhətləşmələri Xarici İşlər Nazirliyinin himayəsi altında təşkil edəcəyik”, - Rusiya XİN başçısı qeyd edib.
Burdan belə anlaşılır ki, Rusiya da Azərbaycan kimi, məsələnin əhəmiyyətini və həssaslığını qəbul edir, bu sahədə əməkdaşlıq etmək istəyir.
Sazişin əhəmiyyətini bir daha vurğulamaqla, əlavə etmək olar ki, Azərbaycan digər sahələrdə olduğu kimi, informasiya təhlükəsizliyi sahəsində də prinsipial və ardıcıl addımlar ataraq, dövlətin maraqlarının təmin olunması yolunda məqsədyönlü siyasət yürüdür.
Tehsil-press.az