Turizm sahəsində iaşə mütəxəssisi peşə ixtisası üzrə bacarıq və səriştələr qiymətləndirilib

Turizm sahəsində iaşə mütəxəssisi peşə ixtisası üzrə bacarıq və səriştələr qiymətləndirilib Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən turizm sahəsində iaşə üzrə mütəxəssis peşə ixtisasının ofisiant və qənnadıçı modulları üzrə qiymətləndirmə və tanınma aparılıb.
Agentliyin nümayəndəsinin rəhbərlik etdiyi Qiymətləndirmə Komissiyasına işəgötürənin nümayəndəsi olaraq Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam, müstəqil ekspert qismində isə Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvü Rüfət Əliyarov, turizm və otelçilik sahəsi üzrə mütəxəssis Həvva Səfərova cəlb edilib.
Qeyd edək ki, imtahanlar “Excelsior Otel&Spa” MMC-nin istehsalat bazasında keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər