Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial- İqtisadi Kollecdə Dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib.
Kollecin metodisti, tarix müəllimi Sveta Behbudovanın təşkilatçılığı ilə keçirilən tədbirdə müstəqilliyə gedən şərəfli yoldan söhbət açılıb. O bildirib ki, XX əsrdə iki dəfə istiqlaliyyət qazanmış Azərbaycan çox çətin tarixi dövrdən keçib. Ötən əsrin 80-ci illərindən başlayaraq baş verən siyasi gedişatlar, struktur dəyişikliyi, iqtisadi tənəzzül, mənəvi boşluq, kommunist ideologiyasının iflası Azərbaycanda milli özünüdərki yenidən alovlandırıb. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunub və bununla da, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.
Sveta Behbudova qeyd edib ki, yeni yaranmış dövləti qoruyub saxlamaq çox çətin idi. Belə bir çətin şəraitdə xalqın tələb və çağırışı ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev respublika daxilində sabitliyi təmin edib və Azərbaycanın tərəqqisinə doğru çox mühüm islahatlara imza atıb, dünya dövlətlərinin ölkəmizə marağını artırıb.
Bu gün Azərbaycan Heydər Əliyevin qoyduğu prinsiplər və cızdığı xətlər üzrə iri addımlarla yoluna davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət uğurla inkişaf edir. Dövlətimizin və şəxsi nüfuzunun dünyada gündən-günə artması onun apardığı uğurlu siyasətinin bariz nümunəsidir.
Kollecin tarix müəllimi Qələndər Muxtarlı bildirib ki, müasir Azərbaycan Respublikası 1918-ci il mayın 28-də istiqlaliyyətini elan edən Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuş ərazilərdə suverenliyini bərpa edən bir dövlətdir. Onun sözlərinə görə, tarixi Azərbaycan torpaqları indiki dövlətin sərhədlərindən daha geniş bir əraziyə malik olub. Sovet imperiyasının apardığı mənfur siyasət nəticəsində ərazilərimiz qoparılaraq digər dövlətlərin ərazisinə qatılıb. “Bu gün dövlət başçımız İlham Əliyevin israrla tələb etdiyi ərazi iddiası vaxtilə Azərbaycandan qoparılaraq ermənilərə birləşdirilmiş tarixi torpaqlarımızdır. Bu haqq səsimizi bütün dünyaya eşitdirmək bizim mənəvi borcumuzdur”, - deyə Qələndər Muxtarlı vurğulayıb.
Kollecin direktoru Vidadi Orucov bildirib ki, müstəqilliyimizi əldə etmək heç də asan başa gəlməyib. Soydaşlarımızın qanı bahasına qurduğumuz bu dövlətin hər bir vətəndaşı bu gün özünü daha güvənli, daha şərəfli hiss edir. Ölkə Prezidentinin apardığı daxili və xarici siyasət Azərbaycan dövlətinin və xalqının mənafeyinə hesablanmış bir siyasətdir: “Bu gün dünya dövlətləri Azərbaycan hökuməti ilə hesablaşır. Azərbaycanın diktəsi ilə bir çox məsələlər həllini tapır. Bütün bunlar Müzəffər Ali Baş Komandanın siyasətinin perspektiv inkişafının nəticəsidir”.
Sonra çıxış edən kollecin müəllimi Natiq Musayev müstəqilliyimizin əbədi və bölünməz olduğunu bildirib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.
Tehsil-press.az