Ölkə prezidenti bir çox çıxışlarında demişdi ki, mən bəzi məlumatları azad mətbuatdan alıram. Bəli, mətbuat yazmalıdır. Ancaq faktlar əsasında, işıqlandırdığı məsələyə qərəzsiz, böhtansız, ədalətli yanaşmalıdır. Burada əlbəttə ki, ortaya bir məsələ çıxır: Əgər məlumat qapıları mətbuatın üzünə bağlanırsa, onda həqiqəti necə tam və dolğun əks etdirmək olar?
Oxucularımız yaxşı bilirlər, unudanlara da xatırladırıq ki, əgər cəmiyyət həyatının hansısa sahəsində nəsə çatışmazlıq, nöqsan, neqativ hal varsa, ilk növbədə ağlımıza məhz təhsil gəlir, ilk əyintini də təhsildə axtarırıq. Təhsili, tərbiyəsi yerində olan adam görəndə xalq onun valideynləri ilə bərabər, müəlliminin də ünvanına alqış deyir. Yox, əgər əksinə, pis adamdan söhbət gedirsə, yenə də onun müəllimi qınağa tuş gəlir.
Bu il yerlərdə regional təhsil idarələrinin yaranmasını bütün tərəqqipərvər ictimaiyyət kimi, “Təhsil-Press.az” İnformasiya Agentliyinin jurnalist kollektivi də müsbət qarşılamışdır. İnanırdıq ki, bu yeni təsisat sistemli və keyfiyyətli təhsil mexanizminin qurulmasına gətirib çıxaracaq. Həmçinin ümid edirdik ki, bu yeni təsisatlar təhsil sistemində şəffaflığın, ictimai hesabatlılığın təmin olunmasına şərait yaradacaq ki, bu məqsədə nail olunmasına da kütləvi informasiya vasitələri töhfə verə bilərlər. Ancaq əməkdaşlarımız yerlərdə ezamiyyətdə olarkən, bu inam və ümidlərimizin özünü doğrultmadığının şahidi olurlar. Məsələn, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin qəbuluna düşməyin necə çətin, müşkül məsələ olduğunu təsvir etmək belə olmur. Anar müəllimin bir deyil, bir neçə köməkçisi var. İdarə binasının dəhlizində hər qapıdan bir çıxır və “buyur, eşidirəm, mən Anar müəllimin köməkçisiyəm. Sizə nə kömək edə bilərəm?” deyərək Ərəbzəngi kimi adamın qarşısını koridorda kəsirlər. Hətta üstün imtiyazlara sahib şəhid valideyni belə bu “köməkçi” sipərlərini keçib rəislə görüşə bilmir.
Müstəqil KİV-i təmsil edən jurnalistlərin üzünə qapılar ümumiyyətlə bağlıdır. İkinci mərtəbədə rast gələndə deyirlər “Anar müəllim birinci mərtəbədə vətəndaşları qəbul etməklə məşğuldur”. Düşürsən birinci mərtəbəyə, görürsən “Qəbul Otağı”nda heç kim yoxdur. Qalxırsan üçüncü mərtəbəyə, deyirlər kabinetində yoxdur. Bir sözlə, “siçan-pişik” oynayırlar və özlərinə “bəraət” qazandırmaq üçün guya Nazirlikdən jurnalistləri qəbul etməmək göstərişinin olduğunu deyirlər.
“Təhsil-Press.az” İA olaraq, yaxşı bilirik ki, Elm və Təhsil Nazirinin xüsusi olaraq təhsil idarə və müəssisə rəhbərlərinə, vəzifəli şəxslərinə kütləvi informasiya işçiləri ilə görüşməyə qadağa qoyan heç bir əmr və göstərişi yoxdur. Belə bir göstəriş olsaydı, elan edər, dərc olunardı. Axı həm də gözümüzün şahidiyik ki, Elm və Təhsil naziri cənab Emin Əmrullayev şəxsən özü özəl televiziya kanalı olan “RealTV”-yə və digərlərinə müsahibələr verir. Haqlı olaraq sual doğur: Bəs elə isə yerlərdəki təhsil məmurları, idarə rəisləri özlərini kim hesab edirlər? Nazirdən nələri artıqdır ki, mətbuat işçilərinə vaxt ayırmaq istəmirlər? Hər şeyi onların əvəzinə saysız-hesabsız köməkçiləri edəcəklərsə (edə bilirlərsə! – red.), özləri nəyə lazımdırlar, onlara maaş nəyə görə verilir?
Mövzuya qayıdacağıq.
Tofiq Məmmədov,
Rauf Abbasov