Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Əziz Şuşa, sən azadsan!” adlı elmi-praktik konfrans keçirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda, həmçinin Şuşanın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filialın direktoru dosent Tünzalə Yusifova qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə bu il “Şuşa İli” elan olunub. Otuz ilə yaxın işğal altında olan Şuşa şəhəri 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad edilib. Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa olunub və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılıb, bərpa işlərinə başlanılıb.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III tədris ili tələbəsi Zəhra Cəfərzadənin konfransın mövzusuna uyğun hazırladığı “Əziz Şuşa, sən azadsan!” adlı videoçarx böyük maraqla izlənib.
Tədbirdə Sosial və pedaqoji elmlər kafedrasının müdiri dosent Mayıl Alıcanov “Qarabağ Azərbaycandır” mövzusunda çıxış edərək tarixən erməni mənfurlarının Azərbaycan torpaqlarına göz dikdiklərini tarixi faktlarla iştirakçıların diqqətinə çatdırıb. Ömrünün çox hissəsini Qarabağda, Şuşada keçirən M.Alıcanov ötən əsrin 80-ci illərində ermənilərin törətdikləri haqsızlıqlardan danışıb.
Daha sonra Tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov “Əziz Şuşa, sən azadsan!”, Sosial və pedaqoji elmlər kafedrasının müəllimləri Babək Abdullayev “Şuşa fatehləri”, Zərifə Həmidova “Qarabağın təbiəti” mövzularında çıxış ediblər.
Tələbə Gənclər Təşkilatının sədr müavini Nuranə Mirzəyeva “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır” mövzusunda geniş təqdimatla çıxış edib.
Tehsil-press.az