Xəzər Universiteti və İsveç Kənd Təsərrüfatı Elmləri Universitetinin (SLU) nümayəndələri arasında onlayn görüş keçirilib.
Görüşdə SLU-nun molekulyar elmlər bölməsinin dosenti Qalia Zamaratskaya “HanimSpac” layihəsi barədə təqdimat edib.
Rektor İradə Xəlilova rəhbərlik etdiyi Xəzər Universitetinin strukturu, elmi fəaliyyəti, beynəlxalq əməkdaşlıq və s. barədə məlumat verib. Həyat elmləri departamentinin baytarlıq üzrə koordinatoru Ayaz Məmmədov isə Azərbaycanın müxtəlif regionlarında fermer və istehlakçılar arasında heyvan rifahı ilə əlaqədar apardıqları sorğunun nəticələrini iştirakçıların diqqətinə çatdırıb.
Müzakirələrdən sonra Xəzər Universiteti tərəfindən heyvan rifahı ilə bağlı aparılmış sorğunun nəticələri statistik təhlil edilib, SLU ilə birgə beynəlxalq məqalənin hazırlanması qərara alınıb.
Tehsil-press.az