Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) səmərəli fəaliyyətinə görə təltif edilmiş bir qrup təhsil işçisi ilə görüş keçirilib.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva təltif olunan müəllimləri təbrik edib, onlara təhsil sahəsindəki səmərəli fəaliyyətlərində uğurlar arzulayıb.
Dövlət başçısı İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışan idarə müdiri ölkəmizdə təhsil işçiləri, xüsusən də müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Sonra təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə 11 nəfər təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanları, 17 nəfərə isə Elm və Təhsil Nazirliyinin fəxri fərmanları təqdim edilib.
Təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildirib və bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.
Tehsil-press.az