Ölkəmizdə dövlət qulluğu ilə əlaqədar ciddi dəyişikliklər aparılır. Dövlət qulluğunun inkişafı strategiyası çərçivəsində kompetensiya modelinə keçməyi nəzərdə tuturuq.
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, dövlət qulluğunda hansı dəyişikliklərin aparılması yerli mütəxəssislərin qərarı olacaq: “Müəyyən normativlər qanunvericilikdə də dəyişməlidir. Dünya üzrə aparılan araşdırmalara görə, dövlət qulluğunda çalışan insanların 58 faizi öz potensialını, inkişaf yolunu görə bilmirlər. İnsan üçün inkişaf etmək çox vacibdir. Hesab edirəm ki, ölkəmizdə də bu araşdırmalar aparılmalıdır. İnsan işindən məmnun olmalıdır ki, yaxşı işləsin”.
M.Abbaszadə bildirib ki, dövlət qulluğunda səriştə modelinin tətbiqi təkcə işə götürən tərəf yox, prosesdə iştirak edən tərəf üçün də vacibdir: “İnsan səriştələrini biləndə özünü düzgün qiymətləndirməyi bacaracaq. Səriştə modeli ilə işə qəbul aparıldıqda burada hansısa hüquqi sənədlərə, formal göstəricilərə baxılmır. Bu model insanın indiki potensialını və çalışdığı sahədə gələcək üçün inkişafını müəyyən edir. Səriştə hər bir işə görə əvvəlcədən müəyyənləşdirilib. Hazırda bizdə 16 səriştə profili var. Bu proses addım-addım aparılacaq. Təəssüf ki, ali təhsilli bir çox insan hansı sahədə uğurlu olacağını hələ də bilmir və səriştə modeli sayəsində buna həll yolu tapılacaq”.
DİM sədri qeyd edib ki, 2023-cü ildə dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik gözlənilmir: "Hazırda elmi araşdırmalar aparır, pilot layihələr tətbiq edirik. Yalnız onların müzakirəsi əsasında yeni normativləri hökumətə tətbiq edirik. Ümidvaram ki, 2025-ci ilədək səriştə modelinə keçidə nail olacağıq”.
Tehsil-press.az