Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “Daha yaxşı mən” adlı təlim keçirilib.
Təlimdə “Edulance” Təhsil Mərkəzinin təsisçi direktoru və təhsil psixoloqu Hüseyn Həsənov “Xaricdə təhsil imkanları”, “Ölkədə və xaricdə karyera qurmanın başlıca faktorları”, “Xarici dil bilmənin gələcək iş fəaliyyətinə təsiri”, “Hobbilərə yiyələnmə”, “Kompüter biliklərinin üstünlükləri”, “Gələcəyə fokuslanmanın təkmilləşdirilməsi”, “Peşəkar inkişafa dəstək” və digər mövzulara aydınlıq gətirib. Təlimin sonunda “Edulance” Təhsil Mərkəzi tərəfindən tələbələrə “General English” dərslərinə endirimlər, ödənişsiz dil dərsləri və dil biliyi səviyyəsinin yoxlanılması və s. xidmətlər hədiyyə edilib.
Tehsil-press.az